Əməkdar artist ağır itkisinə ağladı: "Kaş ki, heç yana getməyəydin..."

Əməkdar artist ağır itkisinə ağladı: "Kaş ki, heç yana getməyəydin..."Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə yeni paylaşım edib.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, ifaçı mərhum atasını doğum günü münasibəti ilə təbrik edib. Onun bu təbriki izləyiciləri kövrəldib. İzləyiciləri Haşımovaya başsağlığı veriblər.

Müğənni atasının 1996-cı ildə çəkilən videosunu paylaşaraq, bu sözləri yazıb:

"Atanın, ananın və onu həsrətinin yaşı olmurmuş. Bu gün doğum günüdür axı. Təəssüf ki, onsuz. Baxıram, hey baxıram, ağarmış saçına, yorulmuş çiyinlərinə, bükülmüş belinə. İlahi, bir bədən nə qədər yük gəzdirə bilərmiş o kövrək çiyinlərdə, bir bədən nə qədər yük daşıyarmış və vaxtından öncə necə tez qocalarmış Atam kimi. Ömrünün tam 40 ilini dayanmadan çalışdı dövlətə. Eskavatorçu idi atam. Hər həftənin sonları gözləyirdik ki, Bərdədən və yaxud da hansı rayonda işə başlayıbsa, həftə sonu evə gələcək, biz də sevinərək qabağına qaçacayıq. Boyumuz çatmadığından ayaqlarından yapışaraq, qucaqlayıb "Atam gəlib" deyib tullanıb sevincimizdən düşəcəyiz. Sonralar Bakıda təhsil almağa gəldim deyə atam hər həftə yanıma gələrdi və tək yeməyim deyə, "dostlarını da götür gedək" deyib bizi aparırdı yeməkxanaya. Dostlarım onu çox sevirdi, xüsusin də Nuriyə Hüseynova və Pəri. O, kasıb canı ilə hər dəfə yanıma gələndə çıxardıb cibimə 50 rubl pul qoyardı. Mən də onun getməyini bilirdim. O saat uşaqları yanıma alıb axırıncı qəpiyimə qədər o pulu xərcləyib başına daş salardım. Gələn həftə yenə yanıma gələndə rəhmətlik nyankamız Tamilla xanım axırda dedi ki, ay Həsən kişi, bu qıza pul vermə, sən gedən kimi başına daş salır pulun. O da sakitcə üzümə baxıb hey gülümsəyib, "bala, niyə belə edirsən?" deyirdi.

Gecənin bu vaxtında, səni indi izləyirəm, ay ata. Ancaq bu dəfə çox fərqli bir yanaşma ilə, nə əlim çatır, nə ünüm yetir, nə səsim sənə çatır, nə səsini eşidirəm. Heç yuxularıma da artıq gəlmirsən, amma sən belə deyildin, belə deyildin. Sən çox vəfalı, ürəyi yanımcıl, heç kimin sözünü, qeybətini qırmayın, ağlayanda ağlayan, güləndə gülən, axırıncı tikəsini belə insanlarla bölən biri idin, ay atam. Getmisən! Hansı diyardasan görəsən? Ananımı, atanımı, yoxsa bacı-qardaşlarının ya da ki, heç tanımadıqlarının yanındasan? Yerin, yurdun istidimi? Sən istini çox sevərdin. Yeməyin, içməyin necədir? Səh hər şeyi yeməzdin, papa, xüsusən də sulu xörəyi heç sevməzdin. Kaş ki, heç yana getməyəydin, ay ata, hey yanımda qalardın. Getdin. Mən isə səni xatırlamaqdan başqa... Doğulduğun günün mübarəkmi, yoxsa..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3499   Tarix: 15 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə

12 aprel
.

Bu gün Mələkxanım Eyubovanın qızının nikahıdır - FOTOlar

Xalq artisti Mələkxanım Eyubovanın qızı Nəzrin ailə qurur. -a istinadən xəbər verir ki, bu gün Nəzrinin müğənni Mərdan Kazımovla nikahıdır. Məclis şəhərdə, açıq məkanda təşkil olunub. Qeyd edək ki, toy aprelin 22-də şəhər restoranlarından birində olacaq. Məclis mediaya qapalı keçiriləcək. Nəzrin və Mərdanı

14 aprel
.

Azərbaycanda tanınmış müğənninin toy görüntüləri üzə çıxdı - VİDEO

Müğənni Tacir Şahmalıoğlunun toy görüntüləri üzə çıxıb. "axşam.az"a istinadən xəbər verir ki, sözügedən kadrlar "7 Tamam" proqramında nümayiş olunub. Arxiv kadrlar 1995-ci il dekabrın 17-də sənətçinin ikinci həyat yoldaşı Kəmalə xanımla özəl günündə lentə alınıb. Qeyd edək ki, Taci

17 aprel
.

Müğənni Rahidə Baxışova: "Elə bilirdim atam bizi atıb gedib" - VİDEO

"20 Yanvar hadisələri zamanı atam itkin düşüb". xəbər verir ki, bu fikri müğənni Rahidə Baxışova ATV-də yayımlanan "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, anam iki-üç il atamı axtarıb:. "Mən uşaq idim, 15 yaşına kimi dərk etməmişəm, elə bilirdim atam bizi atıb gedib

7 aprel
.

Türkiyəli fenomen duet oxuduğu azərbaycanəsilli reperlə məhkəməlik oldu

Son vaxtlar mahnıları ilə gündəmə gələn türkiyəli sosial media fenomeni Berkcan Güven Azərbaycan əsilli rusiyalı reper Əlizadəni məhkəməyə verib. Türkiyə KİV-ə istinadən xəbər verir ki, B. Güven bu barədə qatıldığı "Ebo Show" adlı proqramda açıqlama verib. Belə ki, verilişin aparıcısı İbrahi

17 aprel
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14 aprel
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14 aprel
.

Dilarə Əliyeva bunu ilk dəfə edəcək

Əməkdar artist Dilarə Əliyeva "Zarafat bir yana" verilişində qonaq olub. Axşam.az xəbər verir ki, aktrisa ilk dəfə solo "stand-up" konserti verəcəyini açıqlayıb. O, bunu ad günü münasibəti ilə edəcəyini deyib:. "Oktyabrın 27-də ilk solo "sand-up" konsertim olacaq. Hazırlıqla

14 aprel
.

"Anamın kim olduğunu 12 yaşımda bildim" - Video

"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mə

7 aprel