"1 manatlıq" taksilərlə bağlı - Yol polisindən AÇIQLAMA

"1 manatlıq" taksilərlə bağlı - Yol polisindən AÇIQLAMAYolunuz azı bir dəfə Xırdalan, Masazır, Sumqayıt və Hövsana düşübsə, el arasında "1 manatlıq" adlanan taksilərlə mütləq qarşılaşmısınız deməkdir.

Daha çox metronun 20 Yanvar və 28 May stansiyalarının yaxınlığında yerləşən bu taksilər qeyd olunan istiqamətlər üzrə sərnişin daşıyırlar. Məsələni problemə çevirən məqam isə istənilən şəxsin bu xidməti həyata keçirə bilməsidir.

Qeyd olunan məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməlidir:

"Yol polisi tərəfindən saxlanılan nəqliyyat vasitəsinin sürücüsü hər hansı bir xətaya yol verirsə, yol polisi tərəfindən protokol tərtib edilir, edilmiş protokol əsasında sürücü cərimələnir. Beləliklə, xətaların qarşısı alınır. Eyni zamanda, təbliğat işləri aparılır, Kütləvi İnformasiya Vasitələrində məlumat yayılır. Kimsə qeyri-qanuni 1-2 manatlıq taksi xidməti ilə məşğul olursa, yaxşı hal deyil. Taksi fəaliyyəti ilə məşğul olanlar yalnız Bakı Nəqliyyat Agentliyinin yaratdığı şərait üzrə hərəkət etməli, sərnişindaşıma ilə məşğul olmalıdır. 1-2 manatlıq taksilər Yol hərəkəti haqqında Qanunun tələbini pozursa, bu, yol polisi tərəfindən aşkarlanır və inzibati məsuliyyətə cəlb edilir. Bu gün Bakı şəhəri üzrə müsbət göstəricilər bu ifadəni söyləməyə əsas verir. Ən azından yol polisinin məqsədli və davamlı keçirdiyi tədbirlər yol hərəkətində mədəniyyət səviyyəsinin formalaşmasına birbaşa təsir göstərir. Əvvəllər metronun Əzizbəyov stansiyasında da bu kimi hallara rast gəlinirdi. Müəyyən tədbirlər görüldükdən sonra onun qarşısı alındı".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2792   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda icra başçısına yeni müavin təyin edildi

Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib. xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyəti başçısının müavini, icra başçısının səlahiyyətlərini icra edən Əhməd Vəliyev əmr imzalayıb. Əmrə əsasən, Gülxanım Orucova icra başçısının müavini təyin olunub. O, bu gün kollektiv

22 aprel
.

Paytaxtın hansı küçələrində sıxlıq var? - SİYAHI + FOTO

Bakının bəzi küçə və prospektində nəqliyyatın sıxlığı müşahidə olunur. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Hazırda:. 1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;. 2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

23 aprel
.

Sabah yağış yağacaq, külək əsəcək

Aprelin 23-də Azərbaycanda gözlənilən hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərind

22 aprel
.

Məktəb direktoru həmin qadından 300 min alıbmış

Məktəb direktoru həmin qadından 300 min alıbmış. Bakıda məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü​Samirə Əkbərova barəsindəki cinayət işi üzrə məhkəmə yekunlaşıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə S.Əkbərova Cinayət Məcəlləsini

23 aprel
.

Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır

Beynəlxalq arenada beyin mərkəzlərinin rolu informasiya təhlükəsizliyi və texnoloji inqilab, həmçinin siyasət problemlərinin artan mürəkkəbliyi fonunda getdikcə güclənir. Beyin mərkəzlərinin yeni bilik yaratmaq, sosial problemləri təhlil etmək, cəmiyyətə innovativ ideyalar təqdim etmək kimi funksiyalar

23 aprel
.

Rafael İskəndərovdan 52 yaş videosu

Əməkdar artist Rafael İskəndərovun ad günüdür. Axşam.az xəbər verir ki, 52 yaşı tamam olan aktyor bununla bağlı paylaşım edib. R.İskəndərov oğlu ilə çəkdirdiyi ad günü videosuna "Təbriklərə görə təşəkkür edirəm" qısa şərhini yazıb. Qeyd edək ki, "Bu şəhərdə"nin aktyorunun iki övlad

23 aprel
.

Qubad İbadoğlu ev dustaqlığına buraxıldı - FOTO

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ev dustaqlığına buraxılıb. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məlumatı onun vəkili Bəhruz Bayramov da təsdiq edib. Xatırladaq ki, ötən həftə Q.İbadoğluya Cinayət Məcəlləsinin 204.3.

22 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

"Qarabağ Universiteti"ndə bu ixtisas da olacaq

2022-2023-cü tədris ilində Azərbaycanda ali və orta ixtisas məktəblərindən turizm təhsili üzrə 1548 nəfər məzun olub. APA-ya istinadən bildirir ki, bunu Bakıda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşündə Dövlət Turizm Agentliyini

22 aprel