Zəhərlənmə "Tonqal" restoranı ilə Qida Təhlükəsizliyi Agentliyini üz-üzə qoydu

Zəhərlənmə "Tonqal" restoranı ilə Qida Təhlükəsizliyi Agentliyini üz-üzə qoyduRestoran rəsmisi: "Biz də xəbər gözləyirik..."

Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş vermiş kütləvi zəhərlənmə Qida Təhlükəsizliyi Agentliyi ilə restoran rəhbərliyini üz-üzə qoyub. Məlum hadisə avqustun 11-də qeydə alınıb. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi açıqlama yayıb.

Həmin açıqlamaya görə, 11.08.2018-ci il tarixində Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev prospekti 82 ünvanında yerləşən "Tonqal" restoranında baş verən kütləvi zəhərlənmə hadisəsi ilə bağlı daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb, hadisənin baş verdiyi restoranda, zəhərlənən şəxslərin yerləşdirildiyi Klinik Tibbi Mərkəzdə və 2 saylı Uşaq Kliniki Xəstəxanasında qida təhlükəsizliyi araşdırmalarına başlanıb. İlkin məlumata əsasən, axşam saat 20:00 radələrində "Tonqal" restoranında 2 ayrı masada qidalanan müxtəlif ailə üzvlərində bir neçə saatdan sonra zəhərlənmə əlamətləri baş verib. Hadisə nəticəsində 3-ü azyaşlı olmaqla, 13 nəfər zəhərlənib. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və laboratoriyaya göndərilib. İlkin araşdırmalara görə, zəhərlənməyə səbəb baytarlıq-sanitariya nəzarətindən keçirilməyən ət və ət məhsullarından hazırlanan qidalar olub. Bundan əlavə, hadisənin baş verdiyi "Tonqal" restoranında müvafiq epidemoloji araşdırmalar aparılıb, bir sıra ciddi qida təhlükəsizliyi qaydalarının pozulduğu müəyyən olunub və faktla bağlı protokol tərtib edilib.

Milli.Az bildirir ki, "Yeni Müsavat"ın əməkdaşı məsələ ilə bağlı "Tonqal" restoranı ilə əlaqə saxlayıb. Restoran rəsmisi Fərhad Əsədullazadə deyib ki, zəhərlənmənin nədən baş verməsi haqda onlara məlumat verilməyib: "Bildiyim qədər restorandakı qidalardan götürülən analizlərin cavabı hazır deyil. Qida Təhülkəsizliyi Agentliyindən bizə deyiblər ki, analizlərin cavabı 1-2 günə hazır olacaq. Biz də xəbər gözləyirik. Bizdə 4 gündür ki, sanitar günlərdir, bütün profilaktik işlər görülür".

Fərhad Əsədullazadə deyib ki, hazırda cavabı gözləyirlər deyə özləri də zəhərlənmənin hansı səbəbdən baş verdiyini bilmirlər: "Həmin gün restoranda çoxlu müştəri olub. Sadəcə, 2 stolda əyləşənlərdə problem yarandığı deyilir. Restoranda, ümumiyyətlə, köhnə nəsə olmur. Biz də araşdırırıq, ən çox bizə maraqlıdır ki, bu nə məsələdir".

Restoran rəsmisi QTA-nın zəhərlənmənin ətlə əlaqəli olması haqda açıqlaması ilə tanış olmadığını bildirdi: "Biz agentliyin mütəxəssislərinə istifadə etdiyimiz ətləri hansı ünvandan aldığımızı bildirmişik. Həmişə ət aldığımız məkandır. QTA mütəxəssisləri orada da yoxlamalar aparıblar. Həmin qəssabxana Binəqədidə yerləşir".

Qeyd edək ki, zəhərlənən 13 nəfərdən 11-i aparılan müayinə və müalicələrdən sonra evə buraxılan, 2 nəfər azyaşlının müalicəsi isə 2 saylı Uşaq Kliniki Xəstəxanasında davam etdirilir. Hazırda onların vəziyyəti qənaətbəxşdir.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1508   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

DTX rəisi: "Daşaltı əməliyyatında itkin düşən daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq"

"1992-ci ilin yanvar ayında Daşaltı əməliyyatında itkin düşmüş təhlükəsizlik orqanlarının mərhum əməkdaşı, Azərbaycanın Milli Qəhrəmanı Riad Əhmədov da daxil olmaqla, ümumilikdə 34 nəfərin adları ictimaiyyətə elan olunub. Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq". Bun

28 mart
.

Vaxtilə Qarabağı tərk edən separatçı rejimin qalıqları Qarabağda təxribat törədə bilər? - AÇIQLAMA

Bu gün Ermənistan baş naziri Nikol Paşinyan hökümət iclasında "hökumət" yaratmaq istəyən separatçılara səslənib. O, bildirib ki, vaxtilə Qarabağda fəaliiyət göstərmiş, mühacirətdə olan separatçılar ölkə daxilində yaxud xaricdə "qurum" yaratmağa çalışırlar. Paşinyan açıq şəkildə deyi

28 mart
.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Azərbaycanda 14 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən QAÇDI - FOTO

Evdən qaçan 14 yaşlı Məryəm Xanəliyeva tapılıb. xəbər verir ki, bu barədə ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişində məlumat verilib. Aparıcı bildirib ki, Məryəm ifadəsində sosial şəbəkədə tanış olduğu 17 yaşlı Murada görə evdən qaçdığını bildirib

28 mart
.

Bakı Olimpiya Stadionunun qarşısında qəza: Sıxlıq var - FOTO

Paytaxtın Heydər Əliyev prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb. Bildirilib ki, qəza səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın qarşısını alma

28 mart
.

Bacısının dırnağı 6 aylıq körpəni xəstəxanalıq etdi - Foto

Bakıda özəl klinikalardan birində boğazında plastik dırnaq qalan 6 aylıq körpə xilas olunub. "Qafqazinfo" xəbər verir ki, bu barədə uşaq cərrahı, uroloq Fuad Hüseynov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, hadisə İsmayıllı rayonunda qeydə alınıb. Belə ki, uşaq bacısının plasti

28 mart
.

Azərbaycanda taksilər ağ və qırmızı rəngdə olacaq

Taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin xarici tərtibatına dair tələblər müəyyənləşib. APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi "Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə oluna

28 mart
.

Bu gün ilk Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ilk Qədr (əhya) gecəsidir. İkinci Qədr gecəsi martın 30-da, üçüncüsü aprelin 1-də, sonuncusu isə aprelin 5-də olacaq. Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hiss

28 mart
.

Lənkəranda faciə: Ata və oğul öldü - FOTOLAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb. "VAZ-2109", "Chevrolet Cruz" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"də olan sürüc

28 mart