Manat 1 qəpik ucuzlaşsa, insanlar kütləvi şəkildə dollar alacaq

Manat 1 qəpik ucuzlaşsa, insanlar kütləvi şəkildə dollar alacaqQonşu Türkiyə, Rusiya və İranda yerli valyutaların kəskin ucuzlaşması fonunda Azərbaycan manatının da dəyərdən düşəcəyinə dair əhali arasında ajiotaj yarandı. Bununla belə, vətəndaşların valyuta məntəqələrində kütləvi şəkildə manatı dollara dəyişdirməsinin şahidi olmadıq. Bəs vətəndaşların valyuta məntəqələrinə kütləvi axın etməsi üçün məzənnədə psixoloji hədd hansıdır?

Söhbət psixoloji həddən getmir.

Mövzunu Sonxeber.az-a dəyərləndirən iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, Azərbaycanda 2017-ci ilin II yarısından etibarən faktiki olaraq sabit məzənnə siyasəti həyata keçirilməsi nəzərə alınsa, o zaman söhbət psixoloji həddən getmir.

Məzənnənin istiqamətinin dəyişilməsi vaxt alır

R. Həsənov bildirib: "2015 və 2016-cı illərin təcrübəsi onu göstərir ki, Azərbaycanda məzənnənin istiqaməti azalan və ya yüksələn tərəfə yönələndə bir müddət bu proses davam edir. Valyuta bazarının iştirakçıları da buna uyğun olaraq öz mövqelərini müəyyənləşdirirlər. Məzənnənin istiqamətinin dəyişilməsi müəyyən vaxt alır ki, bu da insanlara həmin zaman kəsiyində valyuta üzrə öz mövqelərini müəyyənləşdirməyə imkan verir".

Məzənnə hətta mində bir qəpik artarsa…

Ekspert diqqətə çatdırıb ki, məzənnə hətta mində bir qəpik artan istiqamətdə olurdusa, o zaman artıq proqnozlaşdırmaq olurdu ki, növbəti həftələrdə qiymətlər artan dinamika nümayiş etdirəcək. Eyni sözləri azalan istiqamətdə üzrə gedən proses üçün də demək mümkündür.

Manat 1 qəpik ucuzlaşanda

Onun sözlərinə əsasən, buna görə də indiki halda vətəndaşların kütləvi dollar almasına təsiri məzənnənin psixoloji həddindən daha çox Azərbaycan Mərkəzi Bankının növbəti günlərdə müəyyənləşdirəcəyi rəsmi məzənnənin hansı istiqamətdə olacağı göstərəcək: "Çünki Mərkəzi Bank manatın məzənnəsinin hətta bir qəpik səviyyəsində belə ucuzlaşması istiqamətində qərar qəbul edərsə, bu, vətəndaşlarda növbəti dövrlərdə manatın dəyərsizləşəcəyinə və son nəticə olaraq kütləvi şəkildə valyuta məntəqələrinə üz tutulmasına dair qənaət formalaşdıracaq. Bizdə vəziyyət belədir".

Dolların 2,80 manat səviyyəsində olacağı gözləniləcək

R. Həsənov əlavə edib ki, ümumiyyətlə götürəndə isə dolların məzənnəsi təxminən 1,80 səviyyəsini keçərsə, o zaman artıq növbəti hədəf olaraq vətəndaşlar daha çox 2 manat səviyyələrinə yönələcəklər: " Çünki Azərbaycan manatı bir neçə dəfə, xüsusilə 2017-ci ilin əvvəlində 2 manata yaxın səviyyəyə yaxınlaşdı, lakin o səviyyəni keçmədi. Buna görə də vətəndaşlar manatın dollar qarşısında 2 manat səviyyələrinədək ucuzlaşacağını proqnozlaşdırır. Əgər məzənnə 2 manat səviyyəsini ötərsə, o zaman hədəflər də dəyişəcək. Bu zaman 2,50 manat və 2,80 manat səviyyəsində gözlənti formalaşacaq".

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 7658   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda vəkillərin sayı açıqlanıb

"2018-ci ildən indiyədək ARVK üzvlüyünə qəbulla bağlı 12 yazılı test imtahanı keçirilib. Bu imtahanlarda iştirak edən 4808 namizəddən 1483 nəfər ixtisas imtahanlarında uğur qazanıb, icbari təlimi müvəffəqiyyətlə başa vuraraq vəkil andı içib". Bunu Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağıro

25 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Mübahisəli ərazilərin delimitasiyası təxirə SALINIR? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistan parlamentinin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Köçəryan sərhədlərin delimitasiyasından danışıb. Bildirib ki, proseslər mübahisəli ərazilərə çatanda delimitasiya məsələsi ilə bağlı daışıqlar başlayacaq. Köçəryan eyni zamanda mübahisəli əraziləri

24 aprel
.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

İcra Hakimiyyəti sabiq nazirdən 133 minə "BMW 520i" alır – Bazardakı qiymətdən 17,5 min bahadır

Sumqayıt Şəhər İcra Hakimiyyəti sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun rəhbərlik etdiyi "İmprotex Motors" Məhdud Məsuliyyətli Müəssisə (VÖEN – 140064731) ilə satınalma müqaviləsi imzalayıb. xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti "İmprotex Motors"

24 aprel
.

Paytaxtın bu ərazilərində yeni parklar salınacaq - 2026-cı ildən...

Bakıda bir neçə ərazidə yeni parkların salınması planlaşdırılır. -in əldə etdiyi məlumata görə, yeni parklar paytaxtın 6 istiqamətində salınacaq. Bakının simasını daha da gözəlləşdirəcək yeni parklar paytaxt sakinləri və turistlərin mədəni istirahəti üçün əlverişli məkana çevriləcək. Parklara müxtəli

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Bakıda avtomobil mopedlə toqquşdu, ölən var

Bakıda avtomobillə moped toqquşub. xəbər verir ki, hadisə Nəsimi rayonu, Azadlıq prospektində qeydə alınıb. Orxan Əlizadənin idarə etdiyi "Mitsubishi L 200" markalı avtomobillə Rəşad Hüseynovun idarə etdiyi moped toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən moped sürücüsü orada ölüb

24 aprel