"Qara bazar"da qara ciyər neçəyədir? - ORQANLARIN QİYMƏTLƏRİ

"Qara bazar"da qara ciyər neçəyədir? - ORQANLARIN QİYMƏTLƏRİXəbər verildiyi kimi, Azərbaycanda "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" qanuna dəyişikliklər hazırlanır. Yeniliklərə əsasən ölkədə donorların və oranlara ehtiyac olanların məlumat bazası yaradılacaq, eləcə də meyitlərdən bəzi orqanların götürülməsinə icazə veriləcək.

Milli Məclisdən verilən məlumata görə, Hazırki qanunda köçürülməli olan orqanlar arasında böyrək, qaraciyər və gözün buynuz qişası yer alıb. Yeniliklər nəicəsində isə bu siyahıya ürək, ağciyər kompleksi, sümük əzələ kompleksi, mədəaltı vəzin bir hissəsi, uşaqlıq və s. də əlavə oluna bilər.

Qeyd edək ki, dünyadakı orqan transplantasiyası əməliyyatlarının 80-90 faizi məhz ölmüş insanların orqanı hesabına aparılır. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bildirib ki, Azərbaycanda isə meyitdən orqan köçürülməsi olmadığına görə bütün transplantasiyalar canlı insandan götürülən orqanların hesabına həyata keçirilir.

Bu da bir tərəfdən donor üçün riskdir, digər tərəfdən geniş şəkildə transplantasiya həyata keçirməyə imkan vermir, yəni canlı insan yalnız cüt orqanlarını verə bilər. Ona görə də bu sistemin qurulması çox vacibdir.

Bəs Azərbaycanda orqan köçürülməsi neçəyə başa gəlir?

Hazırda Azərbaycanla daha çox böyrək və qaraciyər transplantasiyası keçirilir. Bu sahədə həm xəstəxanadakı rəsmi, həm də "qara bazar"dakı qeyri-rəsmi qiymətləri araşdırılıb.

"Mərkəzi Neftçilər Xəstəxanası"-dan verilən məlumata görə qaraciyər köçürülməsi 45 min manat , böyrək isə 12 min manata həyata keçirilir, özü də bu yalnız əməliyyatın qiymətidir. Lakin sonra xəstəxana bu məlumatı təkzib edib.

"Memorial Klinik"-in Azərbaycandakı nümayəndəliyindən verilən məlumata görə, qaraciyər köçürülməsi əməliyyatı 90 min dollar, böyrək isə 25 min dollardır. Qeyd edək ki, bu əməliyyatlar Türkiyədə olur və bu qiymətə yalnız əməliyyat və orada qalma xərcləri aiddir. Donor isə yalnız qohum olmalıdır və böyrək uyğunluğunu yoxlamaq üçün keçirilən analiz isə bu qiymətdən əlavə hesablanır.

"M.Cavadzadə adına Respublika Klinik Uroloji" –dən verilən məlumata görə burada yalnız böyrək köçürülməsi həyata keçirilir və əməliyyat pulsuz olaraq aparılır. Donor isə qohum olmalıdır.

"Mərkəzi Gömrük Hospital"-dan verilən məlumatda isə bildirilir ki, qaraciyər köçürülməsi 42 min manat, böyrək isə 12 min manatdır. Qeyd etdi ki, bu qiymətlər təqribidir və qiymətlər donorların böyrək və qaraciyərinin vəziyyətinə görə dəyişir və bu qiymətlərə əməliyyata qədər olan analiz qiymətləri daxil deyil.

Xəstəxanalardan donorun yalnız qohum olması tələbi qoyulsa da, "qara bazar"da da böyrək satan və alanlar var.

Böyrək satışında qiymətlər 30-45 min manat aralığında dəyisir və hətta razılaşma yolu ilə satanlar da var. Qaraciyərini satmaq istəyənlər isə onu 25 min manata təklif edirlər. (fed.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 6726   Tarix: 16 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda vəzifəli şəxs 3500 manat cərimələndi

"Enerji Construction" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Tovuz rayon prokurorluğunda araşdırma aparılıb. xəbər verir ki, bu barədə Tovuz Rayon Prokurorluğunun yaydığı məlumatda deyilir. Bildirilib ki, araşdırm

23 aprel
.

"Azərbaycan-Rusiya arasında əlaqələrin sürətli inkişafı qarşıdakı dövrdə də uğurla davam etdiriləcək" - DEPUTAT

"Azərbaycan-Rusiya münasibətlərinin inkişafı bütövlükdə regionun bölgədə sülhün və təhlükəsizliyin təmin olunmasına xidmət edir". Bunu -a danışan deputat İqbal Məmmədov bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri də dövlətlərimizin başçılarının siyasi iradəsinə uyğun sürətl

23 aprel
.

Məktəbli qıza qarşı əxlaqsızlıq edən kişiyə cəza verildi

Bakının Nərimanov rayonunda yerləşən binanın dəhlizində 11 yaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə təqsirləndirilən şəxsə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Oğuz rayon sakini olan 1993-cü il təvəllüdlü Riad Ağayev (ad-soyad şərtidir) Cinayət Məcəlləsinin 153.2-ci (14 yaşına çatmamı

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

Hər bir ata qızına bu 3 şeyi öyrətməlidir

Balaca qızlar böyüyüb gözəl analar, müdrik qadınlar və mehriban nənələr olurlar. xarici KİV-ə istinadən xəəbr verir ki, qızın məhz bu yolla getməsi üçün onu təkcə anası deyil, həm də atası böyütməlidir. Ona məsuliyyəti öyrədin. Qızınıza məsuliyyət aşılamaqdan başlamaq lazımdır. Biz hamımız başa düşməliyi

23 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO

Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən "Buta Palace"ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə dayandırılmış məhkəmə prosesi yenidən başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda mərhu

23 aprel