Bakıda özəl klinikada əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır

Bakıda özəl klinikada əkizlərdən biri öldü, digərinin vəziyyəti ağırdır30 iyul 2018-cil il tarixində Bakıda yerləşən "German Hospital"da əkiz uşaqlar dünyaya gəlib. Hospitaldan doğulan uşaqların valideynlərinə iyulun 31-i və avqustun 1-də uşaqların vəziyyətinin yaxşı olduğunu bildirsələr də, heç bir analizin nəticəsi təqdim olunmayıb.

Bu barədə şikayət edən valideyn Yusif Sadiyev Modern.az-a deyib ki, avqustun 2-si səhər saatlarından uşaqların vəziyyətində pisləşmə olduğunu bildirdilər:

"Vəziyyət pis olduqdan sonra xəstəxanalardan da həkimlər dəvət olundu. Biz bildirdik ki əgər sizin müalicə üçün lazımı şəraitiniz yoxdursa, başqa ixtisaslaşmış xəstəxanaya köçürək. Dedilər ki, biz müalicəni öz üzərimizə götürüb edəcəyik. Təəssüf ki, avqustun 3-də uşağın biri dünyasını dəyişdi. Biz bunu qəbul edib şikayət eləmədik. Digər uşağın müalicəsini davam etməyi və təkrar olaraq başqa uyğun xəstəxanada müalicə olunmasını təklif etdik. Bizə şifahi şəkildə bildirildi ki, başqa yerə köçürülməklə nə isə dəyişməyəcək, lazım olan müalicə burada olunur.

Qeyd edim ki, nə analizin nəticəsi, nə də xəstəlik tarixçəsi bizə təqdim olunub. Biz yenə də xəstəxanadan şikayət eləmədik, inanmışdıq onlara. Təkrar çağırılan həkimlərin rəyi belə oldu ki, əməliyyat olmaz və müalicəsinin OMD-də yaxud "German"da davam etməsinin bir fərqi yoxdur. Biz müalicənin "German"da davam edilməsini istədik".

Y.Sadiyev deyib ki, 14.08.2018-ci il tarixində onlar hospitaldan ölən uşağın ölüm kağızını istədikdə təqdim olunan arayışda uşağın ölü doğulduğunu qeyd ediblər:

"Bu da o deməkdir ki, 3 gün sonra ölən uşağa ölü doğulub yazılması və bunu texniki səhv olduğunu qeyd etmələri artıq bizdə klinikanın fəaliyyəti haqqında böyük suallar yaradır. Digər bir tərəfdən isə vəziyyəti ağır olan uşağın, daha doğrusu ölümcül vəziyyət saldıqları uşağın da müalicəsindən boyun qaçırmaları və bunun mütləq OMD-də davam etməli olduğunu israrla qeyd etmələri, ölən uşağa belə saxta sənəd verilməsi "German Hospital"ın bir valideyn olaraq bizə mənəvi zərbəsidir. Olan bu hadisələrdən sonra hələ bir bizi təhdid edərək köçürülməyə razı olmadığınız halda "uşaqdan imtina edirsiniz" demələri çox ağır bir mənəvi zərbədir.

Və qeyd edirlər ki, uşağın OMD-də ölməsi yaxud qalması bizi maraqlandırmır. O zaman uşaq pis vəziyyətə düşməmiş niyə başqa yerə köçürülməsinə razı olmurdular? İndi ölümcül vəziyyətdə olan uşağın müalicəsindən imtina edərək köçürülməsini "bizdə lazımi şərait yoxdur" deyərək əsaslandırırlar. Xüsusilə də qeyd edirlər k, bizim klinikada yer tutur, biz ona müalicə edirik və s. Bu necə olur axı! Uşağın birinin o klinikada ölməsi, ikincinin bu vəziyyətdə onun müalicəsindən boyun qaçırılması bilmirəm hansı insani dəyərlərə xidmət edir".

Sayt məsələ ilə bağlı "German Hospital"la da əlaqə saxlayıb. Xəstəxanadan bu barədə hər hansı mövqe bildirməyəcəklərini, yalnız hüquq-mühafizə orqanlarına açıqlama verəcəklərini qeyd ediblər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 6573   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

28 mart
.

Bu məhsullar bahalaşıb

2024-cü ilin mart ayında istehlak qiymətləri indeksi 2023-cü ilin mart ayına nisbətən 100,4 faiz, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 98,9 faiz, qeyri-qida məhsulları üzrə 101,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 102,2 faiz təşkil edib. Bu barədə -a Dövlət Statistik

9 aprel
.

İnvestorların DİQQƏTİNƏ: Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? - AÇIQLAMA

Azərbaycanla Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma ləğv edilir. Türkiyədən gələn məhsullar ucuzlaşa bilər? . Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. O bildirib ki, Türkiyədən gələn heç bir məhsul ucuzlaşmayacaq:. "Azərbaycanla Türkiyə arasınd

23 aprel
.

Vətəndaş pulunu niyə banka qoymur?-AÇIQLAMA

Bəzi vətəndaşlar pulu bankda yox, "yastıq altında" saxlayırlar. Vətəndaş niyə görə banka pul qoymaqdan çəkinir?. Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli -a açıqlama verib. İqtisadçı inflyasiyanın sürətli olması vətəndaşın bankda vəsait saxlamaqdansa, əmlak bazarına üz tutmasına gətirib çıxardığın

16 aprel
.

Dörd nəfərdən üçünün banka borcu var: Kredit faizləri niyə yüksəkdir? - AÇIQLAMA

Kreditlərin illik faiz dərəcələrinin yüksək olması məsələsi zaman zaman gündəmə gəlir. Hazırda Azərbaycanda bir çox banklar yüksək faizlə kredit verir. Bunun səbəbi nədir?. Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli -a açıqlama verib. İqtisadçı kredit faizlərinin yüksək olma səbəblərinə aydınlıq gətirib:

15 aprel
.

Qızılın qiyməti rekordunu yenilədi

Qızılın qiyməti aprelin 1-də rekord səviyyəyə yüksəlib. Bu barədə "Bloomberg" məlumat yayıb. Bildirilir ki, ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini azaltmağa yaxınlaşdığını göstərən əlamətlər artıma təkan verib. Qızılın bir unsiyasının qiyməti artaraq 2 265,73 dollar olub. Bu 28 martdak

1 aprel
.

Unla bağlı yenilik olacaq

"Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb". "Qafqazinfo" xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin "Qid

18 aprel
.

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

"Naxçıvan Bank" ASC bu ilin ilk rübündə 12 milyon manata yaxın kiçilib. Bankın aktivləri 1 aprel 2024-cü il tarixinə 194,6 milyon manat təşkil edib. Bu isə 2023-ci ilin sonu ilə müqayisədə 11,6 milyon manat, yaxud 5,6% azdır. Bankın əsas gəlir mənbəyi olan kredit portfeli isə bu dövrdə 27,

20 aprel
.

Kirayə evə görə vergini kim ödəməlidir?

Son zamanlar çoxmənzilli binalarda yaşayanlardan mənzilin özlərinə aid olub-olmaması tez-tez soruşulur. Mənzildə kirayə qalanlar isə daha bir suala cavab verməli olurlar: Mənzilin sahibi ilə müqavilə varmı? . Müqavilə isə vergi öhdəliyini ortaya çıxarır. Bəs bu vergini kim ödəməlidir? Ev sahibi, yoxs

18 aprel