Paşinyan Qarabağ danışıqlarından dovşan kimi qaçmamalıdır - Koçaryan

Paşinyan Qarabağ danışıqlarından dovşan kimi qaçmamalıdır - KoçaryanErmənistanın ikinci prezidenti Robert Koçaryan "Yerkir Media" telekanalına geniş müsahibə verib.

Sonxeber.az azvision.az-a istinadən xəbər verir ki, Koçaryan rezonans doğuran müsahibəsində nəinki Ermənistanda, o cümlədən regionda baş verən proseslərdən, xüsusilə də İrəvanın müttəfiqliyə yaraşmayan tərzdə Moskvaya münasibət göstərməsindən və Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış yeni vəziyyətdən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, baş nazir Nikol Paşinyan hökuməti mövcud vəziyyətə nəzarət edə bilmir və bütün təhdidləri adekvat qiymətləndirməyi bacarmır. Koçaryanın fikrincə, Dağlıq Qarabağ münaqişəsi ətrafında kifayət qədər problematik vəziyyət yaranıb.

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ adından danışıqlar aparmaq səlahiyyətinin olmadığına dair bəyanatını şərh edən Koçaryan deyib: "Ermənistanın birinci şəxsi sadəcə kənara çəkilərək "bu məsələdə yaxamı geri çəkirəm" deyə bilməz. Bu, mümkün deyil. Hər kəs onun danışıqlarda iştirak edəcəyini görəcək və artıq o, bu cür bəyanatlar verib. Mən Paşinyanın bu mövqeyini təcrübəsizliklə əlaqələndirirəm. Çünki yeni hökumət təsəvvür edə bilmir ki, danışıqlar prosesindən imtina nə deməkdir və bu, hansı nəticələrə səbəb ola bilər. Hətta ən pis danışıqlar belə, müharibədən yaxşıdır. Əgər danışıqlardan imtina edirsənsə və bu proses ümumiyyətlə yox olursa, yeganə həll yolu müharibədir".

Sabiq prezident onu da bildirib ki, Qarabağ məsələsində öz təcrübəsini Paşinyanla bölüşməyə hazırdır: "Mən hazıram. Dialoqdan heç vaxt qaçmamışam. Məsuliyyəti öz üzərinə götürmək üçün cəsarət lazımdır, daha dovşan kimi qaçmaq yox".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1900   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Ermənistan tərəfi narahat olmalıdır ki..." - Politoloqdan Zatulinə CAVAB

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin parlamentdə çıxışı zamanı "Azərbaycanı yerinə oturtmaq lazımdır" ifadəsini işlədib. Qeyd edək ki, Zatulin hər zaman belə ifadələrlə Azərbaycan cəmiyyətində qıcığa səbəb olub. Məsələ ilə bağlı saytına açıqlam

31 avqust 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

İlham Əliyev və xanımı Şuşada "Qarabağ" hotelinin açılışında

Avqustun 29-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan "Qarabağ" hotelinin açılışı olub. Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər. Qeyd edək ki, 1980-cı ild

29 avqust 2021
.

Kremldən Bakıya xoş olmayan mesaj - Rusiya generalı niyə İrəvana göndərdi?

"Rüstəm Muradov hardan bilir ki, Rusiya hərbçiləri 5 ildən sonra da Qarabağda qalacaqlar? Axı bu onun səlahiyyətinə aid olmayan məsələdir". -ın məlumatına görə, bunu -a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, Kosobokovu

10 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

"Biz Ararat Mirzoyanın arzusunu ürəyində qoymayacağıq" - Deputatdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Ermənistanın yeni təyin olunan XİN rəhbəri Ararat Mirzoyanın, Sergey Lavrovla görüşü zamanı "Qarabağın statusu" ilə bağlı qərar verilməyənə qədər Azərbaycan tərəfi ilə heç bir sülh müqaviləsi imzalanmayacaq" tərzindəki sərsəm açıqlaması Azərbaycan cəmiyyətind

2 sentyabr 2021
.

Bakının erməni-bolşevik işğalçılarından azad edilməsindən 103 il ötür

Bakının işğalçı erməni-bolşevik birləşmələrindən azad olunduğu gündən 103 il keçir. xatırladır ki, 1918-ci ilin martından başlayaraq erməni-bolşevik birləşmələri azərbaycanlıların etnik təmizləməsinə başlayır. Bu zaman Qafqaz İslam Ordusu Nuru Paşanın komandanlığı ilə Azərbaycanın xilasına gəlir. Qafqa

15 sentyabr 2021
.

"Üç Qardaş – 2021": Xüsusi təyinatlıların beynəlxalq hərbi təlimi başladı - VİDEO

Sentyabrın 12-də Bakıda Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin nümayəndələrinin iştirakı ilə "Üç qardaş - 2021" beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəlcə Vətən Müharibəs

12 sentyabr 2021