Məşhur xanımlardan Vüqara reaksiya: On bir ildir mənə "bacı" deyir - FOTO

Məşhur xanımlardan Vüqara reaksiya: On bir ildir mənə "bacı" deyir - FOTOMüğənni Vüqar Muradovun "şou-biznesdə olan xanımların mənə "qaqaşım", "qardaşım" deməsinə qadağa qoyuram" fikirləri müzakirəyə səbəb olub.

Sonxeber.az xəbər verir ki, oxu.az məsələ ilə bağlı xanım məşhurların fikirlərini öyrənib.

Müğənni Dilarə Kazımova qeyd edib ki, Vüqar haqlıdır:

"İnsanlar eyni fikirdə olmaq məcburiyyətində deyillər. Şükür Allaha ki, demokratik, savadlı, gözəl respublikada yaşayırıq. Vüqar bəyin fikridir, ona böyük hörmətlə yanaşıram. Ümumiyyətlə, yersiz səmimi hərəkətləri özüm də bəyənmirəm.

Bəzi insanlar var ki, birinci salamdan, birinci əl sıxmaqdan sonra "sən"ə keçib özünü dərhal yaxın hiss edir. Ona görə də Vüqar bəyin sözlərinə dəstəyəm".

Aparıcı Könül Muxtarova isə Vüqarın sözü hər kəsə aid etmədiyini deyib:

"Əslində, hər qoyun öz ayağından asılır. Hamıya aid etmədiyi də aydındır. Amma bu insan kimisə təhqir etmir. Özünə aid olan fikri yazıb. Bəlkə də, heç o xanımlar da bu haqda düşünməyib.

Sadəcə, tez-tez istifadə olunur deyə, ona "qaqaş" deyib. Bizim bir-birimizlə illərdir doğma münasibətimiz var. Bəlkə də, 2-3 xanımdan biriyəm ki, Vüqar, həqiqətən, mənə "bacı" deyir".

Müğənni Sevda Sanaliyeva isə məsələyə başqa cür yanaşıb. O bildirib ki, Vüqar kimi ifaçılara görə şou-biznes nümayəndələri qınaq obyektinə çevrilir:

"Ailədə söz-söhbət olur. Çalışırıq ki, həmişə söz evdən kənara çıxmasın. Şou-biznes də ailədir. Nə qədər ki özümüzü biabır edəcəyik, özümüzə belə sözlər deyib kənara eşitdirəcəyik, güldürəcəyik, hamının dilinə söz vermis olacağıq.

Deyəcəklər ki, istəmir filankəsə bacı desin, çünki o, pozğundur. Hamıya bunu aid etmək düzgün deyil. Hər yerin yaxşısı da var, pisi də. Layiq olanı da, olmayanı da var. Meşə çaqqalsız olmaz. Ən yaxşısı bu olar ki, kimə iradı varsa, sözünü ona desin".

Qeyd edək ki, Vüqar Muradov fikirlərində "Axirətdə bacım olasınız" ifadəsinə yer vermişdi:

"Sənət dostu, tanış və s. ola bilərik, çoxunu ağır söz deyib sındırmaq da istəmirəm. Amma bu qədər də olmaz axı, kim sizi bacı kimi qəbul edirsə, özü bilər. Axirətdə bacım olasınız".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 4118   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Məni burada sayan yoxdur" - Elməddindən etiraz

Aktyor Elməddin Cəfərov "Demədi demə" layihəsində qonaq olub. "Ölkə.az" Axşam.az-a istinadla xəbər verir ki, aktyor "O dövrün aktyorları Səyavuş Aslan, Yaşar Nuri, Telman Adıgözəlov və indiki, Cəfərov, Fərda Xudaverdiyev, Müşviq Şahverdiyev. Müqayisə edəndə çoxu deyir ki, heyi

15 aprel
.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17 aprel
.

"Zooparkda heyvanlarla dərdləşdim"

Müğənni Mətanət Əsədova növbəti açıqlamalarıyla diqqət çəkib. OLAY yazır ki, ifaçı heyvanlarla dərdləşdiyi söyləyib. Bu barədə o, "Mirinin dibçəyi" yutub layihəsində danışıb. "Mən anamdan başqa heç kimə etibar etmirəm. Bir sözüm də olanda, sevincimi, dərdimi gedirəm onun qəbrini ziyarə

12 aprel
.

Aysel Həsəninin səhifəsi yenə oğurlandı - FOTO

İnfluenser Aysel Həsəninin (icelinee) "İnstagram" hesabı ikinci dəfə oğurlanıb. bildirir ki, 342 mindən çox izləyicisi olan səhifə ələ keçirilib. Ayselin profilində Adolf Hitlerin fotoları paylaşılmağa başlanıb. Qeyd edək ki, bloqerin hesabı daha öncə də oğurlanmış, bir gündən sonra geri qaytarılmışd

14 aprel
.

Nazpəri Dostəliyeva TANINMAZ HALDA - VİDEO

Xalq artisti Nazpəri Dostəliyeva yeni görünüşü ilə diqqət çəkib. xəbər verir ki, yeni klipinin çəkilişində 64 yaşlı müğənninin üzündəki dəyişiklik gözdən yayınmayıb. Həmin görüntülər sosial şəbəkə istifadəçilərinin də marağına səbəb olub

14 aprel
.

Natiq Şirinovun qızı toyunda oxudu - Video

Xəbər verdiyimiz kimi, bu gün paytaxt restoranlarının birində Xalq artisti Natiq Şirinovun qızı Sevilin toyudur. Axşam.az xəbər verir ki, sənətçinin övladı Semih adlı bəylə ailə qurur. Maraqlı məqamlardan biri də Sevil toyda baş tutan xınayaxdı mərasimində "Yüksək yüksek tepeler" mahnısın

12 aprel
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14 aprel
.

Rəmişin həyat yoldaşı: "Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki..."

"Jurnalistlərə demək istəyirəm ki, Rəmiş yoxdursa, mən də yoxam. Əl çəksinlər məndən, yaşlı adamam, infarkt etməsinlər. Evimin ünvanını bütün Azərbaycana yaydılar. Onlara kim icazə verir ki, mənim ünvanımı bütün Azərbaycanla bir edirlər?! Mən hamıdan uzaqlaşmışam. Yalandan yazırlar ki, evi 285 mi

7 aprel
.

Məşhur aktyor vəfat etdi

Polşalı məşhur aktyor Qrzeqorz Minkeviç vətənində vəfat edib. -a istinadən xəbər verir ki, bu barədə "Plotek" məlumat yayıb. Sənətkar karyerası ərzində kino və teatrda 150-dən çox rol oynayıb. O, televiziya tamaşaçılarına 1968-ci ildə çəkilmiş "Kentervil Kabusu" filmindən tanışdır

14 aprel