"Sosial şəbəkələrdə bizi təhqir edənlər neçə-neçə xəstəlik tapdığımı bilmirlər"- DEPUTAT

"Sosial şəbəkələrdə bizi təhqir edənlər neçə-neçə xəstəlik tapdığımı bilmirlər"- DEPUTATMilli Məclisin deputatı, Xalq yazıçısı Elmira Axundova sosial şəbəkələrdə Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəblinin sosial şəbəkələrdə təhqir olunması məsələsinə münasibət bildirib.

Sonxeber.az-ın məlumatına görə, deputat "ölkə.az"a açıqlamasında deyib ki, bir çox hallarda sosial şəbəkələrdə Azərbaycanın tanınmış ziyalıları və görkəmli şəxsləri haqqında aşağılayıcı rəylər yazılır:

"Bu cür hallar yolverilməzdir. Ən azı etik normalara uyğun olaraq mən və Hadi Rəcəbli kimi yaşlı insanlarə hörmət edilməlidir. Çünki bizim Azərbaycan dövləti üçün xidmətlərimiz var. Bəzən sosial şəbəkələrdə ağızlarına gələn söyüşləri yazırlar. Əslində, bu cür hərəkətlər həmin adamların mənəviyyatının aşağı olduğunu göstərir. Bu cür hallar məni də narahat edir. Axı biz bu cür yolla hara gedəcəyik? Bəs bizim cavan nəsillər necə tərbiyə olunacaqlar? Sosial şəbəkələrdə olan təhqirlər və söyüşlər Azərbaycan xalqına yaraşmır. Bu yaxınlarda deputat həmkarım Astan Şahverdiyev, repçi Anar Nağılbaz dünyasını dəyişib. Cəmiyyətdə də belə fikirlər var ki, bu şəxslərin vəfat etməsində sosial şəbəkələrin də günahı var. Rus klassiki Qriboyedovun pyesində deyildiyi kimi: "Acı dillər silahdan qorxuludur". Elə insanlar var ki, təhqirə və tənqidə dözümlüdür. Misal üçün mən bu cür təhqirlərə dözümlü yanaşmışam. Vaxilə ermənilər mənim haqqımda nələr yazmırdılar. Ancaq mən mübariz insan olduğum üçün buna dözümlülük nümayiş etdirdim. Ümumiyyətlə, ictimai şəxslər bu cür hallara dözümlü olmalıdır. Ancaq elə insanlar da var ki, təhqirə dözümlü deyillər. Onları bu ağrıdır".

E.Axundova sosial şəbəkə istifadəçilərini təmkinli olmağa çağırıb:
"Hər birimiz təmkinli olmalıyıq, təhqirə yol verməməliyik, bir-birimizə hörmət etməliyik. Necə ki, mən hamıya hörmətlə yanaşıram, heç kəsi təhqir etmirəmsə, hər kəs də bir-birinə qarşı belə olmalıdır. Ola bilsin ki, kiminsə nakamlığı və ya problemi varsa, bunun intiqamını öz fərasəti və ağılı ilə irəli getmək istəyən insandan almamalıdır. Mənim də haqqımda sosial şəbəkələrdə tənqid yazanlar var. Bəzən yazırlar ki, buna bax, xalq yazıçısıdır, deputatdır və sairə. O adamlara sual verirəm ki, axı siz mənim haqqımda nə bilirsiniz? Mən ömrümün 40 ilini yaradıcılığıma həsr etmişəm, neçə-neçə araşdırmalar, elmi məqalələr yazmışam, neçə-neçə xəstəliklər tapmışam. Heç bunu da bilirsiniz? Biz gərək hamının layiqli qiymətini verməyi bacarmalıyıq. Hazırda mənə və Hadi Rəcəbliyə qarşı müxtəlif sözlər deyilir. Bilirsiniz, bizi xalq seçib, mənə bu adı cənab prezident verib, bizim haqqımızda aşağılayıcı fikirlər səsləndirmək cəmiyyətə hörmətsizlikdir. Mən bunu belə hesab edirəm. Məgər mən özüm özümə xalq yazıçısı adı vermişəm? Ona görə də bizim kimi adamları təhqir etmək ilk növbədə insanlarımıza hörmətsizlikdir".

Deputat qeyd edib ki, sosial şəbəkələrə birmənalı yanaşmaq olmaz:

"Sosial şəbəkələrin müsbət və mənfi cəhətləri var. Çünki sosial şəbəkələrdə Bəhram Bağırzadə və digərlərinin çox pozitiv bloqları var. Ancaq sosial şəbəkələrin mənfi cəhətləri daha çoxdur. Mən hələ də bilmirəm ki, biz bu cür bəlalara qarşı necə mübarizə aparacağıq. Sosial şəbəkələri bağlasaq, bu Azərbaycan dövlətinə yaraşmaz. Çünki biz demokratik ölkəyik. Mənə elə gəlir ki, yalnız və yalnız daxili mədəniyyətlə bu cür xoşagəlməz hallara qarşı mübarizə apara bilərik".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2851   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əməkdar artist Faiq Sadıqovun son durumu ilə bağlı RƏSMİ AÇIQLAMA

Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqovun vəziyyəti ağır stabil olaraq qiymətləndirilir. Bu məlumat -ın sorğusuna cavab olaraq TƏBİB-dən verilib. Məlumatda qeyd olunub ki, Əməkdar artist, Prezident təqaüdçüsü

23 aprel
.

Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTO

İşğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib. Bu barədə -a TƏBİB-dən bildirilib. Doğulan körpənin cinsi kişi, çəkisi 3 00,0 qr., boyu 49 sm.olub. Doğuş həkim-mama-ginekoloq Günel İsmayıl, həkim-anestezioloq-reanimatolo

23 aprel
.

Azərbaycanda DƏHŞƏT: 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürüldü - İDDİA - FOTO - VİDEO

Azərbaycanda 32 yaşlı kişi arvadı və bibisi oğlu tərəfindən öldürülüb. xəbər verir ki, bunu ARB televiziyasında yayımlanan "Səni Axtarıram" verilişinə çıxan Tehran adlı qadın bildirib. Qadın söyləyib ki, oğlunu 3 ildir ki itirib:. "Oğlumu öz kiçik bacımın qızı ilə evləndirmişdim. Mən

23 aprel
.

"McDonald’s Azərbaycan" və DSMF qazi övladları üçün seminar təşkil ediblər - FOTO - VİDEO

"McDonald’s Azərbaycan" şirkətinin və Dövlət Sosial Müdafiə Fondunun birgə təşkilatçılığı ilə qazi övladları üçün 23 aprel Ümumdünya Kitab Gününə həsr olunmuş seminar təşkil olunub. Bakı şəhəri və ətraf ərazilərdə yaşayan 30-a yaxın qazi övladının iştirak etdiyi seminarda xüsusi qonaq qismind

23 aprel
.

Övladları Rəşad Dağlının 40 yaşını belə təbrik etdi - VİDEO

Ötən gün meyxanaçı Rəşad Dağlının 40 yaşı tamam olub. xəbər verir ki, onun övladları Yusif və Betül atalarını təbrik edib, daha sonra kiçik ad günü tortunun şamlarını üfürüblər. Hazırda həbsdə olan Rəşad Dağlını həmkarı Baləli də təbrik edib. O meyxanaçının ad günün gələn il öz evində qeyd etməsini arzulayıb

22 aprel
.

Şəmkirdə mağaza yanıb - VİDEO

Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən mağazada yanğın baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyya

23 aprel
.

"Oğluma Ali Baş Komandanın adını verəcəyik" - Fotolar

Xəbər verdiyimiz kimi, bu gün işğaldan azad edilmiş Xankəndidə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, Səadət Namazlı və Abbas Abdullayevin ilk övladı olan körpə Xankəndi şəhərindəki tibb müəssisəsində doğulub. Körpənin atası saytımıza açıqlamasında bildirib ki, onların oğla

23 aprel
.

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi təfərrüat MƏLUM OLUB - YENİLƏNİB + FOTO

Astarada intihar edən yeniyetmə ilə bağlı bəzi detallar məlum olub. -ın əldə etdiyi məlumata görə, intihar edən yeniyetmənin ailəsinin maddi vəziyyəti yaxşı olmayıb və o, bu səbəbdən dərsdən sonra neft məhsullarının satışı ilə məşğul olub, qazancını isə ailəsi ilə bölüşüb. Mərhumun atasının Bakıda işlədiyi

23 aprel
.

Sabah Bakıda 29° isti olacaq

Aprelin 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperatur

23 aprel