Soyadları uyğun gəlmədiyi üçün ailəni "Sakit Göl" otelinə buraxmadılar - Azərbaycanda

Soyadları uyğun gəlmədiyi üçün ailəni "Sakit Göl" otelinə buraxmadılar - AzərbaycandaRedaksiyamıza Azərbaycandakı otellərin biri ilə bağlı şikayətçi zəngi daxil olub.

Sonxeber.az Sfera.az-a istinadən xəbər verir ki, söhbət Şamaxıda yerləşən "Sakit Göl" otelindən gedir. Şikayət edən şəxsin sözlərinə görə, o, ailəsi və onlarla birgə Şamaxıya səfər edən daha bir ailə bu gün həmin otelin qonağı olublar. Lakin qeydiyyat şöbəsində problemlə üzləşiblər.

Otel əməkdaşları onu və ailəsini qeydiyyata almaqdan imtina edib. Səbəb kimi isə şəxsiyyət vəsiqələrindəki soyadlarının üst-üstə düşməməsi göstərilib. Vəziyyəti isə uşağın olması xilas edib. Uşağın şəxsiyyət vəsiqəsində valideynlərin göstərilməsi vəziyyəti dəyişib. Əks halda isə otel əməkdaşları onları bir otaqda yerləşdirməkdən imtina edəcəyini bildiriblər.

Şikayətçimizin sözlərinə görə, o ailəsi ilə birgə Azərbaycanda və dünya üzrə səyahətlər etdiyini, ancaq onlardan heç yerdə nikah haqda şəhadətnamənin olmasını və ya hansısa bir formada evli olduqlarını sübut etmələrini tələb etməyiblər.

"Sakit Göl" otelinin internet saytına (http://sakitgol.az/ ) daxil olduq, lakin orada oteldəki bu daxili qayda ilə bağlı heç bir məlumatla qarşılaşmadıq. Özündən "qanun" uyduran otel rəhbərliyi heç olmasa müştərilərə bu mövzuda əvvəlcədən xəbərdarlıq edə bilər. Bunun üçün isə saytlarına bu barədə qısa məlumat yerləşdirə bilərdilər.

Qeyd edək ki, dünya praktikasında bu cür tələblər mövcud deyil. Azərbaycanda da qanunvericilikdə bu halı dəstəkləyən heç bir maddə yoxdur. Ancaq bəzi mehmanxanalarda müştərilərdən nikah haqqında şəhadətnamə tələb olunur ki, bu da turizmin inkişafına maneə yaradan amillərdən biridir.

Otelin müştərilərlə bu cür davranması qanunvericiliyin tələblərinə ziddir. Azərbaycan müasir dövlət kimi turizm sektorunu inkişaf etdirmək istəyir, lakin bu tip otellər dövlət proqramına, prezidentin apardığı siyasətə zidd qadağalar tətbiq edirlər. Yəqin ki, otel rəhbərliyi qonaqları qeydiyyata alanda prezidentin siyasətini nəzərə almır.

Bundan əlavə qadağa qonaqların rahatçılığına mane olur, onları çətin vəziyyətdə qoyur.

Xatırladaq ki, keçmiş Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev çıxışlarının birində otellərdə nikah kağızının tələb olunması ilə bağlı məsələyə münasibət bildirərkən deyib ki, qanunvericilikdə belə bir şey yoxdur: "Qanunvericilikdə heç kəs tələb etmir ki, hər hansı nikah kağızı, hansısa izahat verilməlidir. Hesab edirəm ki, əgər insan öz pasportunu təqdim edərək öz otağında yaşayırsa, onun yanına gələn qonaqların haqqında soruşmağa dəyməz".
Soyadları uyğun gəlmədiyi üçün ailəni "Sakit Göl" otelinə buraxmadılar - Azərbaycanda


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1810   Tarix: 17 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Bakıda 21 yaşlı model bədbəxt hadisədə öldü - Foto

Bakıda gənc qız dəm qazından boğulub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsənova dəm qazından boğularaq vəfat edib. Bildirilib ki, K.Həsənova aktrisa-model kimi də fəaliyyət göstərirmiş. O, həm də Moskv

26 aprel
.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

25 aprel
.

Mübariz Qurbanlının ailəsinə ağır itki

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, YAP-ın İdarə Heyətinin üzvü Mübariz Qurbanlıya ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, keçmiş komitə sədrinin bacısı Zərəngiz xanım dünyasını dəyişib. Onun xəstəlik səbəbindən vəfat etdiyi bildirilib. Qeyd edək ki, bir çox tanınmı

25 aprel
.

"Bu bəyanat anti-Azərbaycan qüvvələrinin ölkəmizə olan hikkəsidir" - ŞƏRH

Məlumdur ki, Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə qeyd olunur ki, Avropa Komissiyasının Azərbaycanla enerji sahəsində strateji tərəfdaşlığın dayandırılması məsələsinə baxması istənilir. O cümlədən qətnamadə Azərbaycana qarşı bir sıra sanksiyaların tətbiq edilməsi təkli

26 aprel
.

İrəvan bundan imtina edir: Paşinyandan ermənilərə "soyqırımı" şilləsi

Ermənistanın baş naziri Nikol Paşinyanın qondarma "soyqırımı"nın ildönümü münasibətilə etdiyi çıxış erməniləri qəzəbləndirib. Buna səbəb Paşinyanın qondarma "soyqırımı" "böyük faciə" adlandırmasıdır. xəbər verir ki, Paşinyan çıxışında cəmi 3 dəfə "soyqırımı" ifadəsin

25 aprel
.

Rusiyada silahlı insident: Yaralananlar var - ANBAAN VİDEO

Rusiyanın Primorye diyarının Dalneqorsk şəhərində silahlı insident yaşanıb. Primorye diyarının prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində üç nəfər güllə yarası ilə xəstəxanaya çatdırılıb. Qeyd olunur ki, atəş açan bir neçə nəfər dərhal ərazidən uzaqlaşıblar. Hüquq-mühafizə orqanları onları

26 aprel
.

Millət vəkilinə ağır itki

Milli Məclisinin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, millət vəkilininin qardaşı Vaqif Əmiraslanov vəfat edib. Qeyd edək ki, Vaqif Əmiraslanov Bakı Humanitar Kollecinin sabiq direktoru olub

25 aprel
.

Keçmiş başçının hospitalından şikayət - Pasientlə "Rela Hospital" arasında nə baş verib?

Sumqayıtda fəaliyyət göstərən "Real Hospital"dan maddi ziyan tələb edilir. Qaynarinfo xəbər verir ki, xəstəxanın pasienti olmuş Cəmilə Abbasova bu tələblə məhkəmə iddiası qaldırıb. O, paralel olaraq hospitalın həkimi Səkinə Xudiyevanı da məhkəməyə verib. Lakin birinci instansiya məhkəməsi onu

25 aprel
.

Maşını kapotu açıq şəkildə sürüb təhlükə yaratdı - Video

Sosial şəbəkələrdə "Chevrolet Cruze" markalı avtomobilin magistral yolda kapot hissəsi açıq şəkildə idarə edilməsini əks etdirən görüntülər yayılıb. "Qafqazinfo" xəbər verir ki, minik avtomobilinin ön hissəsində görüntünün məhdudlaşdırılmış formada idarə edilməsi yolda təhlükəli vəziyyə

25 aprel