Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."

Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."Sonxeber.az bildirir ki, baku.ws-in budəfəki müsahibi "Mister Grand Azerbaijan" müsabiqəsinin qalibi Nuru Əhmədovdur.

-Nuru bəy, öncə oxucularımızın sizi tanıması üçün özünüzü təqdim edərdiniz…

-Bakı şəhərində anadan olmuşam, 28 yaşım var. Hal-hazırda Türkiyənin Atatürk Universitetində ali təhsil alıram, IV kurs tələbəsiyəm.

-Model olmaq fikrinə necə gəldiniz? Kumiriniz kim idi? Uşaqlıqda necə biri idiniz?

-Model sənətinə bir dostumun təkidi ilə gəlmişəm. Heç vaxt düşünmürdüm ki, nə vaxtsa model olaram. Kumirin Kriştiano Ronaldodur. Onun əziyyət çəkib, dayanmadan işləməyi həqiqətən də zövq verir. Uşaqlıqda ağlagəlməz dərəcədə çox kök olmuşam. Düşünmürdüm ki, nə vaxtsa arıqlayaram, model olaram.
Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."-Hər bir modelin boy və çəkisi maraqlıdır...

-Boyum 188 sm., çəkim 84 kiloqramdır.

-Neçə ildir bu sənətdəsiniz?

-6 ilə yaxındır.

-Model olmaq üçün nələr etmisiniz, nələrdən keçmisiniz?

-Uşaqlıqdan kök olmuşam deyə, indi də bu problemi yaşayıram. İlin 365 günü pəhrizdəyəm. Elə bu mənim üçün ən böyük əziyyətdir. İstədiyim təamları yeyə bilmirəm.

-Model sənətində uğurlarınız...

-İlk dəfə "ATV maqazin" jurnalında 8 model arasında birinci yerə layiq görülmüşəm. Bu yaxınlarda isə "Mister Grand Azerbaijan" müsabiqəsinin qalibi olmuşam.

-Sizi hansısa məşhura bənzədənlər olub?

-Bəli, məni ingiltərəli model və aktyor Devid Qandiyə oxşadanlar çox olub.

-Azərbaycanın ən yaraşıqlı oğlanı olmaq çətin deyilmi?

-Təbii ki, çətindir. Hansısa tədbirə gedəndə bütün diqqətlər sənin üzərində olur. Düzdür, Azərbaycanda məndən də yaraşıqlı oğlanlar var, amma söhbət ən yaraşıqlı oğlandan gedirsə, bu simanı daşımaq çox çətindir.

-Maraqlıdır, sizi qısqananlar çoxdurmu?

-Bəli, çoxdur. Hətta dostlarımın arasında da. Belə bir halda çox sıxılıram.

-Model oğlanların işi model qızların işindən nə ilə fərqlənir?

-Hazırda ölkəmizdə model qızların işi oğlanların işindən daha çoxdur. Qızların reklam edə biləcəyi brendlərin sayı çoxdur və bu ən böyük fərqimizdir.
Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."-Modellərin ölkəmizdə özünü daha rahat hiss etmələri üçün onların hər hansısa model agentliyi ilə əməkdaşlıq etmələri vacibdirmi?

-Əlbəttə, hər bir modelin hansısa agentliklə əməkdaşlıq etməsi vacibdir, çünki ən azından insan özündə nizam-intizam hiss edir. Bundan əlavə, müxtəlif şirkətlər agentlik vasitəsi ilə modellərlə əlaqə qura bilir. Agentlikdə məşqlər olur, müxtəlif yarışlar keçirilir.

-Modellikdən başqa hansı bacarıqlarınız var?

-Uşaqlıqda musiqi məktəbinin qarmon ifaçılığı sinfini bitirmişəm. İndi qarmonda ifa etmirəm, amma musiqiyə çox bağlı insanam.

-Hobbiniz...

-Düzünü desəm, modelliyə hobbi kimi baxmışam. Heç vaxt düşünmürdüm ki, bu sənətdən gəlir əldə edərəm.

-Fobiyanız...

-İlandan qorxuram.

Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."-Yaraşıqlı oğlansınız. Sözsüz ki, xanım pərəstişklarınız çoxdur. Bu günə qədər sizə yazılan ən maraqlı ismarıc hansı olub?

-Xanım pərəstişkarlarımdan saysız-hesabsız ismarıclar alıram. Elə bir qeyri-adi mesaj xatırlamıram. Məsələn, bir xanım yazmışdı ki, "siz mənim üçün nömrə birsiniz".

-Hansı tip xanımları bəyənirsiniz?

-Sarışın xanımları çox bəyənirəm.

-Bir çox modellər onlara edilən qeyri-etik təkliflərdən gileylənirlər. Siz belə hallarla rastlaşmısınız?

-İstər model ol, istərsə də olma real həyatda yaşayırıq və bu cür təkliflərlə rastlaşırıq. Düşünürəm ki, belə şeylərə yol vermək lazım deyil. Özüm qürurlu bir insanam və heç vaxt buna razılıq vermərəm.

Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."-Son işlərinizdən biri əməkdar artist Röya Ayxanın "Ummadığım anda" klipidir. Klipə necə dəvət aldınız?

-Röya xanımın klipinə dəvəti agentlik vasitəsi ilə almışam. Röya xanım şəxsən özü məni seçmişdi.

-Röya Ayxanı qucaqlayanda hansı hissləri keçirdiniz?

-Röya Ayxanı qucaqlayanda keçirdiyim hisslər bir fanat hissləridir. Ola bilər ki, onun bir çox pərəstişkarları mənim yerimdə olmaq istəyərdi: onunla şəkil çəkdirmək, bir neçə dəqiqə söhbət etmək. Mən klipdən əvvəl də Röya xanımın fanatı olmuşam və bütün fanatların arzusunda olduğu şeyləri həyata keçirə bildim.

-Gələcək planlarınız...

-İlk növbədə Türkiyədən gələn təkliflərlə bağlıdır. Yaxın zamanda onları gerçəkləşdirəcəyəm. Arzum ölkəmizi xaricdə layiqincə təmsil etməkdir.

Əməkdar artistin klipinə çəkilən model: "Röya Ayxanı qucaqlayanda..."


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şou-biznes   Baxılıb: 3035   Tarix: 19 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanlı musiqiçi DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycanda musiqiçi vəfat edib. -ə istinadən bildirir ki, Ucar şəhər Uşaq İncəsənət məktəbinin tar müəllimi Tofiq Əliyev 64 yaşında dünyasını dəyişib. Mərhum 40 ildən artıq müəllim kimi fəaliyyət göstərirmiş. Tofiq Əliyev ürək tutmasından vəfat edib. Allah rəhmət eləsin!

16 mart
.

Boşanması müğənniyə 2 milyona başa gələcək - FOTO

Amerikalı populyar müğənni Ariana Qrande 2021-ci ildə evləndiyi və 2022-ci ildə ayrıldığı əri Dalton Qomezdən rəsmən boşanıb. Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, 3 illik evliliklərinə son qoyan 30 yaşlı Ariana və 28 yaşlı daşınmaz əmlak brokeri Dalton boşanmaq üçün ərizə verdikdən 6 ay sonr

20 mart
.

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları gündəm oldu - FOTO

Müğənni Sevda Yahyayevanın qızının mətbəxdə çəkilən fotoları sosial şəbəkələrdə gündəm olub. xəbər verir ki, sənətçi "Instagram" hesabında qızı Ayla ilə bağlı paylaşım edib. Müğənni övladının bibisigildə Novruz şirniyyatı hazırlanan zamanı xəmir ilə oynadığı görüntülərini sevənləri ilə bölüşüb

18 mart
.

"Gah "tanış olaq" yazır, gah da məni sevdiyini..." - Kamil

Tanınmış fitnes müəllimi Kamil Zeynallının -a müsahibəsini təqdim edirik:. - Kamil, Rusiyada həbs olunanda müraciət yaymışdınız: rənginiz ayazımışdı. Çox qorxmuşdunuz?. - Qorxusuz insan yoxdur. Kim deyirsə ki, mən heç nədən qorxmuram, yalan deyir. Sırf o məsələdə, həbsimdə qətiyyən qorxmadım. Stres

16 mart
.

Xalq artisti ABŞ-da alış-veriş mərkəzində muğam oxudu

Xalq artisti Gülyanaq Məmmədova Amerikaya səfərə gedib. Sosial şəbəkələrdə müğənninin alış-veriş mərkəzlərindən birində yapon pianoçunun müşaiyəti ilə muğam oxumasını əks etdirən görüntüləri yayımlanıb. -a açıqlama verən Xalq artisti bildirib ki, Novruz bayramı münasibəti ilə bir neçə şəhərdə konser

19 mart
.

Terrordan son anda xilas olan Röyadan YENİ AÇIQLAMA - VİDEO

Moskvada dünən terror aktı baş verən ticarət mərkəzində azərbaycanlı məşhurlar da olub. -ın məlumatına görə, silahlı insident baş verən dəqiqələrdə həmin məkanda Xalq artisti Röya Ayxanın konsert proqramı ilə çıxışı planlaşdırılırdı, lakin hadisə səbəbindən konsert təxirə salınıb və sənətçi binadan təxliy

23 mart
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24 mart
.

10 illik evlilikləri bitir

Türkiyənin məşhur futbol məşqçisi Fatih Terimin kiçik qızı Buse Terim Volkan Bahçekapılıdan boşanmaq qərarına gəlib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, daha əvvəl evliliklərinə ikinci şans verən cütlüyün boşanma işinə bu gün İstanbul 3-cü Ailə Məhkəməsində baxılacaq. Qeyd edək ki, 2014-c

26 mart
.

69 yaşlı Ceki Çanın son görüntüsü - TANINMAZ HALDA - FOTO

70 yaşa yaxınlaşan Ceki Çanın son görüntüsü yayılıb. xəbər verir ki, kino ulduzunun son halı pərəstişkarını xeyli kədərləndirib

17 mart