Bankların girovu olan mənzillər satışa çıxarılıb - QİYMƏTLƏR

Bankların girovu olan mənzillər satışa çıxarılıb - QİYMƏTLƏRƏmanətlərin Sığortalanması Fondu "Bank Standard", "Qafqaz İnkişaf Bankı" və "Kredobank" ASC-nin kredit təminatı qismində balansa götürülmüş əmlaklarını hərraca çıxarıb.

"Kredobank" ASC-nin balansında olan mənzil hərraca sentyabrın 17-də çıxarılacaq.

Bu daşınmaz əmlakın satış dəyəri 49 min 56 manatdır.

Ümumi sahəsi 60.3 kv.m olan mənzil Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 5 mənzil 14. ünvanında yerləşir. Ev orta təmirlidir.

"Bank Standard"ın balansında olan və hərraca çıxarılan əmlakın ilkin satış qiyməti isə 280 100 manatdır. Ev Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşir. Ümumi sahəsi 58,8 kv.m olan bu mənzil üzrə hərrac sentyabrın 10-da baş tutacaq.

Göstərilən tarixdə satışa çıxarılan daha bir mənzil ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nın balansındadır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllədə yerləşən əmlakın ümumi sahəsi 250,94 kv.m, 7 otaqdır. Evin ikin satış qiyməti 90 490 manatdır.

Xatırladaq ki, hər üç bank bağlanıb.Bu əmlakların saıtşından əldə edilən gəlirin hansı istiqamətə yönəldiləcəyinə gəlincə,ekspert Əkrəm Həsənov müflis olmuş bankların ləğvedicisinin Əmanətlərin Sığortalanması Fondu olduğunu deyir.

Onun sözlərinə görə, fondun vəzifəsi bankın bütün əmlakını pula çevirməkdir:

"Pula çevirmək dedikdə bankın verdiyi kreditləri qaytarmalı, eləcə də daşınar və daşınmaz əmlakını satmalıdır. Satışdan əldə edilən vəsaitlər isə növbəlilik qaydasında bölüşdürülür.

İlk növbədə Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödənilir. Çünki fond sığortalanmış əmanətləri kompensasiya edib, bu istiqamətdə xərclədiyi vəsaiti geri qaytarmalıdır. Məsələn, Əmanətlərin Sığortalanması Fondu "Bank Standard"ın əmanətçilərinə 450 milyon manat ödəyib.

Bundan başqa, hərraclardan toplanan vəsait həm də fondun ləğvetmə prosesi ilə bağlı xərclərinin qarışlanmasına yönəldilir. Söhbət hərracların təşkili, dəftərxana, poçt, nəqliyyat, əməkhaqqı və sair xərclərdən gedir. Elə "Bank Standard"la bağlı fond ildə 4 milyon manat xərcləyib".

Ekspert deyir ki, Əmanətlərin Sığortalanması Fondunun xərcləri ödəndikdən sonra hərraclardan yığılan vəsait bağlanan bankın keçmiş işçilərinin əməkhaqqlarının ödənişinə sərf edilə bilər:

"Pul qaldığı halda bankın dövlət qarşısında borcları, vergi öhdəlikləri icra edilir. Sonda bankın digər borcları qaytarılır. Bura sığortalanmamış əmanətlər, hüquqi şəxslərin bank hesablarındakı vəsaitləri, Mərkəzi Bank da daxil digər maliyyə qurumlarında götürdüyü borclar daxildir".(oxu)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 2211   Tarix: 19 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI

Son günlər Bakıda çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin qiyməti bahalaşıb. xəbər verir ki, bunu trend-ə yeni tikili binalarda yaşayan sakinlər bildiriblər. Onların sözlərinə görə, ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır. Bəs bu nə dərəcədə qanunidir?. Məsəl

28 mart
.

Həcc üçün ayrılan kvotanın yarısından çoxu dolub - RƏSMİ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək. Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib. Eyni zamanda, Həcc ziyarət

27 mart
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27 mart
.

Suraxanıda 36 yaşlı qadını avtomobil vurub

Bakının Suraxanı rayonunda 36 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. "Report" xəbər verir ki, 1988-ci il təvəllüdlü Xatirə Əyyub qızı Yusifova yolu keçərkən avtomobil onu vurub. Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır

28 mart
.

Kişi ondan xəbərsiz telefon işlədən arvadını döydü

Abşeron Rayon Məhkəməsində arvadını döyməkdə təqsirləndirilən Qafar Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. xəbər verir ki, hakim Sevinc Quliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən aza

28 mart
.

Qanunsuz evlər yaxın vaxtlarda sənədləşdiriləcək? – AÇIQLAMA

Bu gün qanunsuz evlərdə yaşayan vətəndaşların problemlərindən biri də yaşadıqları evlərdə qeydiyyata düşə bilməmələridir. Vətəndaşlar bələdiyyədən aldıqları torpaqlar üzərində müvafiq sənədləşmə aparmadan ev tikirlər ki, bu da sonda vətəndaşın özünə problemlər yaradır. xəbər verir ki, məsələ ilə bağl

27 mart
.

Azərbaycanda işığın qiyməti ucuzlaşa bilər (VİDEO)

Günəş enerjisi istehlakındakı kəskin artım elektrik enerjisinin qiymətlərinə təsir edə bilər. Bu ilin ilk iki ayında ölkədə günəş enerjisinin istehsalı 6 dəfə artıb. Azərbaycanın bərpaolunan enerji mənbələri üzrə potensialı 27 00 meqavat dəyərləndirilir. Mövzu ilə bağlı danışan millət vəkili Vüqar Bayramo

28 mart
.

İnsult keçirən Əməkdar artist xəstəxanadan evə buraxıldı

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb. Bu barədə "Report"a Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib. O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub:. "O, səhhəti yaxşılaşdığında

27 mart
.

DTX 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb - VİDEO

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 105-ci ildönümünə həsr olunan videoçarx yayımlayıb. xəbər verir ki, videoçarxda DTX əməkdaşlarının quruda, suda və havada keçirdikləri əməliyyatlardan görüntülər əskini tapıb. Videoçarxı təqdim edirik:

28 mart