Azərbaycandan həccə gedən Abdulla Kəbənin ətrafında pul qabı tapdı- Görün neylədi

Azərbaycandan həccə gedən Abdulla Kəbənin ətrafında pul qabı tapdı- Görün neylədiAzərbaycandan həcc ziyarətinə gedən zəvvarlardan biri Kəbənin ətrafında dolanma ibadətini yerinə yetirərkən pul qabıtapıb.

Sonxeber.az virtualaz.org-a istinadən bildirir ki, zəvvar dərhal pul kisəsini açıb və içərisində tapdığı mobil telefon nömrəsinə zəng vurmağa başlayıb. Pul qabının içində avro və Səudiyyə rialı ilə nəğd pul, bir neçə kredit kartı olub.

Abdulla adlı azərbaycanlı zəvvar mobil telefon nömrəsinin Fransa mobil operatorlarından birinə aid olduğunu görüb və ona dəfələrlə zəng vursa da nömrə bağlı olub. Sonra o, pul qabında tapdığı stasionar telefon nömrəsinə zəng vurub, telefonun dəstəyini götürən şəxs pul qabını itirən zəvvar ibn Zaruqun qohumu olduğunu bildirib.

Qohumu zəvvarın üçüncü ölkədə olan arvadının telefon nömrəsini ona verib. Abdulla həmin nömrəyə zəng vurub, bildirib ki, ərinə itirdiyi pul qabının Azərbaycandan olan zəvvartərəfindən tapıldığını çatdırsın. Pul qabını itirən zəvvarın arvadı isə Həcc ziyarətində əri ilə birlikdə olan dostunun adını deyib.

Abdulla dərhal avropalı, amerikalı və türkiyəli zəvvarlar üçün tavaf ibadətini -Kəbənin ətrafına dövrə vurmağı təşkil edən təsisatla əlaqə saxlayıb, onlardan fransalı zəvvarı tapmaqda kömək istəyib. Həmin struktur öz məlumat bazasından ibn Zaruqun barəsində məlumatları tapıb, onun qaldığı otellə əlaqə saxlayıb və fransalı zəvvardan pul qabını gedib götürmək xahiş olunub.

Fransalı zəvvar pul qabının tapılıb ona qaytarılacağına heç vaxt inanmırdı, xüsusən də pul qabı ziyarətin ilk günlərində Kəbənin ətrafında itirilmişdisə.

Abdulla deyib ki, o ilk dəfə 1974-cü ildə həccə gedəndə öz pul qabını itirmişdi və onu təhlükəsizlik qüvvələrinin əməkdaşları tapıb qaytarmışdı. "Mən indi 44 il sonra öz borcumdan çıxdım"-o deyib.

Fransalı zəvvar isə deyib ki, içərisində mühüm sənədləri olan pul qabını itirdiyinə görə çətin vəziyyətə düşmüşdü və Allaha pul qabının tapılması üçün dua edirdi.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3455   Tarix: 19 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

Əri tərəfindən döyülən hamilə qadın özünü eyvandan atmaq istədi - ANBAAN GÖRÜNTÜLƏR

Əri tərəfindən döyülən hamilə qadın pəncərədən tullanmağa cəhd edib. -a istinadən xəbər verir ki, Braziliyanın Rio-De-Janeyro şəhərində həyat yoldaşına təcavüz edən adamın görüntüləri gündəm olub. Belə ki, əri tərəfindən döyülən 10 həftəlik hamilə qadının evinin pəncərəsindən tullanaraq qaçmağa cəh

17 sentyabr 2021
.

Tovuza dolu düşüb - VİDEO

Tovuzun dağ kəndlərinə leysan yağıb, qısa müddətli dolu düşüb. APA-ya istinadən xəbər verir ki, bu gün rayonun Kirən, Əhmədabad, Əsrik Cırdaxan və Yanıqlı kəndlərinə dolu düşüb. Bəzi kəndlərdə isə yağışdan sonra sel gəlib. Təsərrüfata ciddi ziyan dəymədiyi bildirilir. Hazırda qərb rayonlarında yağıntıl

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Çörək əvvəlki qiymətinə qaytarıldı - YENİLƏNİB

"Çörəkçi" zavodu da çörəyin satışını əvvəlki qiymətə qaytarıb. Şirkətin hüquq departamentinin direktoru Akif Abbasov -ın redaksiyası ilə əlaqə saxlayaraq bildirib ki, təmsil etdiyi şirkət də çörəyin satışında əvvəlki qiyməti bərpa edib. O, çörəyin satış qiymətinin əvvəlki qiymətə qaytarılmasın

17 sentyabr 2021
.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021