Uşaq bağçası adıyla obyekt tikildi

Uşaq bağçası adıyla obyekt tikildiBakıda yaşayış binalarının arasında obyekt tikmək istəyənlər sakinlərin qəzəbini sakitləşdirməyin yeni üsulunu tapıblar.

Sxem təxminən belədir: İki yaşayış binasının arasında balaca bir boş ərazi görən "biznesmen" burada obyekt tikmək qərarına gəlir.

Bir anın içində inşaatçılar həmin ərazidə peyda olub, hazırlıq işlərinə başlayırlar. İş başlayarkən əhalini məlumatlandıracaq heç bir lövhə olmur.

Sakinlər binalarının qarşısında naməlum bir obyektin tikintisinə hazırlığı görüb etiraza başlayan kimi məlumat lövhəsi peyda olur və oradan aydın olur ki, sən demə ərazidə sakinlərin rahatlığını nəzərə alaraq, onlara yaxşılıq etmək üçün uşaq bağçası tikilir.

Tikinti işləri başa çatana yaxın bu məlumat lövhəsi təbii ki, yoxa çıxır, çünki yalnız kor adam tikilinin uşaq bağçasına aid olmadığını başa düşməz.

Sonradan isə həmin tikili ilkin olaraq nəzərdə tutulan profilə uyğun istifadəyə verilir.

Məhz belə bir sxemlə "Miraj" kooperasiyası işləyib. Adını çəkdiyimiz bu koorporasiya 2014-cü ilin avqust ayında Bakının Xətai rayonu General Şıxlinski 1B ünvanında binanın qarşısında balaca bir ərazidə bir neçə mərtəbəli binanın inşasına başlayıb.

Sakinlər etiraz səslərini ucaldan kimi, ərazidə guya uşaq bağçasının tikildiyi barədə məlumat lövhəsi də vurublar.

Lövhəyə əsasən, burada 350 yerlik bağça inşa olunur Bu şirkət bir az da irəli gedərək, işin PR tərəfini də qurub və mediaya məlumat da ötürüblər.

Qeyd edək ki, bütün bunlar bir il bundan əvvəl baş verib. 2015-ci ildə isə ərazidəki tikinti başa çatmaq üzrə olarkən, uşaq bağçası ilə bağlı məlumat lövhəsi yoxa çıxır.

Əvəzində fasadı və daxili tikililəri hazır olan binanın üzərində bir neçə yerə "İcarəyə verilir" sözləri peyda olur. Bu isə istər-istəməz bir sual yaradır – uşaq bağçası adı altında tikilən obyekt kimə icarəyə verilə bilər? Biz yalnız ehtimal edə bilərik ki, bu bina ticarət obyekti kimi inşa olunub və indi də ticarətçilərə icarə üçün təklif edilir.

Əlbəttə ki, əgər həqiqətən də tikinti başlamazdan əvvəl Xətai rayon İcra Hakimiyyətinin rəyi alınıbsa və Dövlət Ekspertizasının rəyi də varsa, adıçəkilən qurumlar tikintinin profilə uyğun aparılmasına nəzarət etməli idilər və indi də həmin şirkətə bir sual verməlidirlər – bəs uşaq bağçası necə oldu?

Reallıqda isə bu müddət ərzində öz öhdəsinə düşən işi təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yerinə yetirib.

2014-cü ilin avqustunda nazirlik adıçəkilən tikili ilə əlaqədar xəbər yayıb ki, "20 avqust 2014-cü il tarixində ETSN-in qaynar xəttinə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən bildirilib ki, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin "Miraj" kooperasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub".

Bundan başqa, nazirliyin açıqlamasına görə sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyi belə alınmayıb.

"Faktla bağlı "Miraj" kooperasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120 min manat məbləğində cərimə edilib" - deyə, nazirlikdən bildirilib.

Bakıda uşaq bağçasının icarəyə verilən obyektə çevrilməsi sxemi belə olur, bizlərə isə qalır həmin obyektin kimlər tərəfindən icarəyə götürüləcəyini seyr etmək...
Uşaq bağçası adıyla obyekt tikildiUşaq bağçası adıyla obyekt tikildiUşaq bağçası adıyla obyekt tikildigun.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 900   Tarix: 10 noyabr 2015  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

​Belə çağırışlar edənlər - 500 manat ödəməli olacaq

İnternet informasiya ehtiyatında fahişəliklə məşğul olmağa açıq çağırışların edilməsinə görə 500 manat cərimə tətbiq olunacaq. "Qafqazinfo" xəbər verir ki, bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barəd

19 dekabr
.

Arayik Arutyunyan: Kəlbəcərdəki Tunel və Bəylik bağı hadisələri hərbi cinayətlərdir

"Burada müharibə cinayətləri təqdim olundu. Səmimi desəm, böyük hissəsi ilə burada tanış oldum". AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Hərbi Məhkəməsində Ermənistan Respublikası vətəndaşlarının ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesində son söz nitqi zamanı təqsirəndirilən şəx

19 dekabr
.

İtkin balıqçının meyiti ailəsinə belə təhvil verildi - Video

10 gündür itkin düşən Ağadədə Famil oğlu Həsənovun meyitinin ailəsinə təhvil verilmə anın görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntlər İTV-nin instaqram hesabında paylaşılıb. Belə ki, 199-cu il təvəllüdlü A.Həsənovun meyiti FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetm

19 dekabr
.

Bəzi şəxslər 100 manatlıq bu rüsumu ödəməyəcək

Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmaların əhatə dairəsi genişləndirilir. xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Dövlə

19 dekabr
.

Azərbaycanda əsgərlik müddəti azaldılacaq - Ekspert AÇIQLADI

Azərbaycanda hərbi xidmət müddətinin azaldılması məsələsi artıq ictimai müzakirə mərhələsini geridə qoyub və real mexanizmə çevrilmək üzrədir. Bu addım ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunmasından sonra gündəmə gələn təbii və zəruri proseslərdən biridir. xəbər verir ki, bu sözləri -

20 dekabr
.

"2 500-dək tibbi avadanlıq, cihaz və tibbi inventarlar satın alınıb" - Vüqar Qurbanov

"2025-ci ilin ötən dövrü ərzində tibb müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, diaqnostik və müalicə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif profilli tibb müəssisələrinin ehtiyacları nəzərə alınaraq, diaqnostik, reanimasiya, laboratoriya, cərrahi, fizioterapiya v

19 dekabr
.

Ağakərimdən danışan Ağamirzə: "Sonuncu dəfə 5 il bundan əvvəl danışmışıq"

"Biz Ağakərimə mütəmadi olaraq baş çəkirdik. 10-20 gündən bir biz onu ziyarət edirdik. Demək olar ki, hər gün oğlu ya da bacısı oğlanları ilə telefonla danışırdıq". Qaynarinfo xəbər verir ki, bu sözləri "Xəzər axşamı" verilişinə açıqlaması zamanı meyxanaçı Ağamirzə Məmmədov deyib

20 dekabr
.

Meyxanaçı Kərim dəfn edilidi (FOTO)

Meyxanaçı Kərim Novruzov Maştağa qəsəbəsində yerləşən Seyidəli qəbiristanlığında dəfn olunub. APA xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri və sənət dostları iştirak ediblər. Qeyd edək ki, Kərim Novruzovla vida mərasimi yaşadığı evdə keçirilib. Xatırladaq ki, o, dünən uzun sürən xəstəlikdə

20 dekabr
.

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycanda dekabrın 22-nə olan hava proqnozu açıqlanıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Lakin 21-dən 22-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhə

21 dekabr