Şəhriyar Məmmədyarovun atası danışdı: O, kimlərəsə ağız açmaq, yalvarmaq istəmir

Şəhriyar Məmmədyarovun atası danışdı: O, kimlərəsə ağız açmaq, yalvarmaq istəmirAzərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarovun sponsorsuzluqdan gileylənməsi barədə xəbər vermişdik.

Sonxeber.az bildirir ki, oxu.Az bu məsələ ilə bağlı qrossmeysterin atası Həmid Məmmədyarovla əlaqə saxlayıb.

O da biznesmenlərin Azərbaycanı xaricdə layiqincə təmsil edən şahmatçımıza qarşı biganəliyindən danışıb:

"Turnirlərə gedəndə çox xərci özü çəkir. Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir.

Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədir. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin.

Əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar. Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.

Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt isə olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir.

Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdir (mükafat fondu 300 min dollardır – S.M.), iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir".

Həmid Məmmədyarov Şəhriyara ölkə xaricindən vətəndaşlığını dəyişməklə bağlı çoxlu təkliflər gəldiyini, ancaq qəbul etmədiyini də dilə gətirib:

"Federasiyada Şəhriyarın maaşı kapitan kimi iki min manatdır. Teymur Rəcəbov da bu qədər maaş alır. Qızım Zeynəb Məmmədyarovada yeddi yüz manatdır. Amma həmişə avqustun 6-da maaş alırdılar. Bu ay onu da almayıblar. Orada federasiya vitse-prezidenti Mahir Məmmədova böyük "sağ ol" düşür. Ona müraciət olunanda, əlindən gələn köməyi etməyə çalışır.

Şəhriyara Rusiya, ABŞ, Türkiyə kimi ölkələrdən çoxlu dəvətlər gəlib. Amma o, Ramil Quliyev kimi etmək istəməyib. İstəyir ki, Azərbaycan adından çıxış edib, ölkənin reytinqini qaldırsın".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3624   Tarix: 27 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Kriştiano Ronaldo iki oyunluq cəza alacaq

Portuqaliya millisinin və "Əl-Nəsr"in klubunun hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı Superkubokunun yarımfinalında "Əl-Hilal"la oyunda (1:2) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün iki oyunluq cəzalandırılacaq. -in xəbərinə görə, bu barədə "Asharq Al-Awsat"

16 aprel
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24 aprel
.

"Real"ın gələcək futbolçusu sevgilisi ilə qəribə müqavilə imzaladı

Braziliyalı hücumçu Endrik sevdiyi qızla bir neçə qəribə bəndin yer aldığı müqavilə bağladığını bildirib. xarici mediaya istinadla bildirir ki, futbolçunun 17 yaşı olsa da, onu böyük gələcəyin gözlədiyi aydındır. 16 yaşında "Palmeiras"da debüt edib və 2022-ci ilin dekabrında "Real"

24 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12 aprel
.

"Milan"ın baş məşqçisi mövsümün sonunda klubu tərk edəcək

"Milan"ın baş məşqçisi Stefano Pioli mövsümün sonunda klubu tərk edəcək. Bu barədə insayder Fabritsio Romano sosial şəbəkələrdə məlumat verib. O qeyd edib ki, yaxın həftələrdə "Milan" rəhbərliyi mütəxəssislə əməkdaşlığa vaxtından əvvəl son qoymaq üçün lazımi addımlar atacaq. İtaliy

20 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

Mbappe vədinə xilaf çıxdı

PSJ-nin prezidenti Nasser Əl-Xəlaifi hücumçu Kilian Mbappeyə əsəbiləşib. Məlumata görə, Mbappe avqustda Əl-Xəlaifiyə PSJ ilə müqaviləni uzadacağına söz verib. Bununla belə, fransız forvardın yay transfer pəncərəsində parisliləri tərk edərək karyerasını "Real Madrid"də davam etdirməsi qərar

21 aprel