"Şah" yeni status yazdı: Nəyə layiq olduğumu gözəl anlayıram

"Şah" yeni status yazdı: Nəyə layiq olduğumu gözəl anlayıramƏziz dostlar, hər birinizə qayğınız və biganə qalmadığınız üçün ayrı-ayrılıqda təşəkkür edirəm.

Sonxeber.az xəbər verir ki, bunu azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov son günlər ətrafında gedən müzakirələrlə bağlı yazdığı növbəti "Facebook" statusunda bildirib.

Şahmatçı dünən yazdığı statusuna siyasi rəy verilməsindən təəssüfləndiyini bildirib:

"Əfsuslar olsun ki, mənim qəlbimin harayına siyasi xarakterli rəylər verilib. Bildirmək istəyirəm ki, mən canım Azərbaycanım üçün mübarizə aparmaqdan qürur duyuram və vətənimi uğurla təmsil etmək üçün hər zaman əlimdən gələni edəcəm.

Məsələyə aydınlıq gətirmək üçün bildirmək istəyirəm ki, son beş il ərzində aidiyyəti qurumlar tərəfindən yalnız iddiaçılar turniri üçün maliyyə dəstəyi almışam. Bu məbləğ isə yalnız bir turnirin xərclərini ödəməyə kifayət edir.

Həmçinin milli komandanın iştirak etdiyi rəsmi yarışlar dövlət büdcəsi hesabına maliyyələşir.

Ümumi il ərzində Azərbaycan şahmatçılarına ayrılan vəsaitin mənim şəxsi büdcəm kimi təqdim edilməsini ədalətsiz hesab edirəm".

Məmmədyarovun sözlərinə görə, onun şahmatdan başqa gəlir mənbəyi olmadığından və məşqlərə hazırlaşmaq, komandaya məvacib ödəmək və s. xərcləri öz hesabıma ödədiyi üçün məcbur olub çox sayda turnirlərə qatılır:

"Bu isə həddindən artıq fiziki və zehni yük yaradır, yarışlarda effektivliyi aşağı salır".

Şahmatçı həmçinin dövlətin ona göstərdiyi qayğı barədə fikirlərini bölüşüb:

"Eyni zamanda, qeyd etmək istəyirəm ki, yarışlarda qazandığım uğurlar üçün möhtərəm prezidentimiz tərəfindən dəfələrlə mükafatlandırılmışam və bunu çox yüksək qiymətləndirirəm.

Bundan əlavə, bəzi vəzifəli şəxslər dəstək nümayiş etdirərək, şəxsən mənə kömək ediblər. Lakin yarışlarda uğurlu olmaq üçün və dünya miqyasında rəy bildirmək üçün mütəmadi hazırlığa və maliyyə dəstəyinə ehtiyac var".

Məmmədyarovun sözlərinə görə, onunla bərabər turnirdə mübarizə aparan və daha aşağı reytinqi olan şahmatçılar həm dövlət, həm də fərdi sahibkarlar tərəfindən dəstək alırlar, "mən isə burada öz və komandamın yeməyini belə öz hesabıma ödəyirəm".

"Heç bir halda mənim bu fikirlərimin hansısa maddi qazanc məqsədi daşıdığını düşünməyin. Hər bir peşəkar idmançı kimi mən nəyə qadir və layiq olduğumu çox gözəl anlayıram.

Şahmatdan uzaq olanlar üçün kiçik bir açıqlama gətirim ki, dünya səviyyəsində 20-liyə daxil olan şahmatçının il ərzində oynayacağı yarışlara hazırlığı üçün aşağdakı tərkibdə komandanın olması vacibdir: menecer, iki məşqçi-sekundant, psixoloq, fiziki hazırlıq üzrə məşqçi və təlim-məşq toplantılarının keçirilməsi üçün güclü sparrinq-tərəfdaşlar. Bu tərkibdə komandanın saxlanılması isə, sözsüz ki, külli-miqdarda vəsait tələb edir.

Biz dəfələrlə sponsorluq üçün şirkətlərə müraciət etmişik (son dəfə altı il qabaq olub), lakin maraq və dəstək göstərən olmayıb. Sizlərin dəstəyi nəticəsində çoxsaylı təkliflər əldə etdim və bunun üçün həm sizlərə, həm də təklif göndərənlərə dərin minnətdarlığımı bildirirəm. Bu, məni çox ruhlandırır.

Sonda Amerikada oynadığım turnirlərdə mənə dəstək olan hər kəsə təşəkkürlər, bu turnirdə reytinqi biraz da qaldırdım və doqquz oyunda məğlub olmadım! Çox sağ olun", - deyə şahmatçı yazıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4364   Tarix: 28 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Ən sürətli futbolçuların adları açıqlandı - SİYAHI

Müasir futbolda hansı mövqedə çıxış etməsindən asılı olmayaraq, futbolçu üçün vazkeçilməz sayılan ən mühüm xüsusiyyət sürətdir. xarici mediaya istinadən xəbər verir ki, 2024-cü ildə dünyanın bütün zamanlarının ən sürətli futbolçuları açıqlanıb. Ulduz futbolçu Kriştiano Ronaldo bu siyahıda sonuncu yer

25 aprel
.

"Fənərbağça"nın penaltilərini çıxaran qapıçının SİRRİ: Atası oyundan əvvəl…

"Fənərbağça" - "Olimpiakos" matçına damğasını vuran və 3 penalti vuruşunu qurtaran Konstantinos Tzolakislə bağlı çox danışılan fakt üzə çıxıb. bu barədə xarici mətbuata istinadən xəbər verir. Tzolakis matçdan sonra verdiyi açıqlamada məşqçilərlə analiz apardıqlarını və penaltilərdə

19 aprel
.

"Qarabağ"ın daha iki potensial rəqibi bilindi

"Qarabağ"ın 2024-25 mövsümündə Çempionlar Liqasının I təsnifat mərhələsində daha iki potensial rəqibi müəyyənləşib. "Qafqazinfo" xəbər verir ki, buna Litva və Qazaxıstan çempionatlarında qızıl medalçının bəlli olması ilə aydınlıq gəlib. Adıçəkilən ölkələrin çempionlarının "Panevejis"

15 aprel
.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. Geniş araşdırma zamanı mütəxəssislər maraqlı bir qanunauyğunluq aşkar ediblər: axşamlar fiziki fəaliyyətə üstünlük verənlərdə ürək patologiyalarını

14 aprel
.

"Qarabağ" – "Neftçi" görüşünün başlama saatı bəlli olub

Azərbaycan Premyer Liqasında növbəti 2 turun oyun proqramı açıqlanıb. Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, həm XXII, həm də XXIV turun oyunları üç gün ərzində keçiriləcək. "Qarabağ" - "Neftçi" matçı mayın 4-də, saat 19:30-da başlayacaq. XXII tur. 4 ma

16 aprel
.

Arda Turan Messi ilə heç vaxt danışmadığı xatirəsini paylaşdı

Futbol üzrə Türkiyə milli komandasının və İstanbulun "Qalatasaray" klubunun sabiq futbolçusu, hazırda Türkiyə 1-ci Liqasında çıxış edən "Eyüpspor"un baş məşqçisi Arda Turan İtaliyanın məşhur "La Gazzetta dello Sport" nəşrinə müsahibə verib. O, müsahibəsində xüsusən İspaniyadak

25 aprel
.

"Qarabağ" "Qəbələ"yə, "Neftçi" "Zirə"yə qarşı

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXI turun daha iki oyunu keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda çempionluğunu rəsmiləşdirən "Qarabağ" saat 16:30-da sonuncu pillədə qərarlaşan "Qəbələ"ni qəbul edəcək. Günün digər matçnda 47 xalla 3-cü pilləd

20 aprel
.

Məşhur futbolçu İtaliya klubunun baş məşqçisi oldu

İtaliya A Seriyasında çıxış edən "Udineze" klubu Fabio Kannavaro ilə müqavilə imzalayıb. Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. 50 yaşlı italiyalı mütəxəssis yeni klubu ilə mövsümün sonuna qədər razılığa gəlib. O, son olaraq İtaliyanın digər təmsilçisi "Benevento"n

23 aprel
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24 aprel