Şəhriyara sponsor olmaq istəyənlər növbəyə durdu: bank, şirkət, hotel...

Şəhriyara sponsor olmaq istəyənlər növbəyə durdu: bank, şirkət, hotel..."Məlum statusdan sonra mənə zəng vuran 2 bank, qida sektorunu təmsil edən 1 şirkət, 1 hotel onunla sponsorluq müqaviləsi imzalamağa hazır olduğunu bildirib".

Sonxeber.az publika.az-a istinadən xəbər verir ki, bu sözləri idman jurnalisti Sənan Şəfizadə öz feysbuk hesabında qeyd edib.

S.Şəfizadə qeyd edib ki, müraciət edənlər "Şah"ın menecerinə yönləndirilib.

"Yəqin ki, nəticəsi müsbət olacaq. Bir şirkət 3 il müddətinə onun şəxsi saytını pulsuz idarə etmək, eləcə də dizaynını yeniləməyi təklif etdi. Təkliflər az deyil. Sadəcə çox istərdim ki, Şəhriyarın sponsoru dünya brend şirkətlərindən biri olsun" – jurnalist bildirib.

Qeyd edək ki, ötən gün dünyaca məşhur qrossmeyster Şəhriyar Məmmədyarov sponsorunun olmaması və yarışlara sırf maddi baxımdan təminatını ödəmək üçün qatıldığını yazmışdı.

İdman   Baxılıb: 6409   Tarix: 28 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş



Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR