"Oğlumun adını yaşatmaq üçün bir sot torpaq istədim, vermədilər" - Vüqar Həşimovun anasından etiraz

"Oğlumun adını yaşatmaq üçün bir sot torpaq istədim, vermədilər" - Vüqar Həşimovun anasından etirazŞəhriyar Məmmədyarovdan sonra, mərhum şahmatçımız Vüqar Həşimovun anası Aidə Həşimova da narazı qaldığı məsələlərlə bağlı ictimaiyyətə müraciət ünvanlayıb.

Həşimova müraciətində bunları deyib:

"Mənim gücüm sonsuz deyil" deyirsən, Şəhriyar Məmmədyarov. Bəs Vüqarın gücü sonsuz idimi? Vüqar dünya şahmat reytinqində 6-cı pillədə qərarlaşanda, sona qədər 7 saat gərgin mübarizə apararaq Azərbaycanı ilk dəfə Avropa çempionu edəndə, 8 yaşından dünya, Avropa çempionatlarında Azərbaycan himninin sədaları altında Azərbaycan bayrağını şərəflə yüksəldəndə Azərbaycan xalqı harada idi? Öz gücü və bacarığı ilə, halal zəhməti və əziyyəti ilə həyatı bahasına Azərbaycan şahmatını dünyaya tanıdanda, bir neçə xarici ölkələrdən təkliflər almasına baxmayaraq "Mən Azərbaycanlıyam" deyə özünün haqq səsini qaldıranda Azərbaycan xalqı harada idi? Haqsız şər və böhtanlar, haqsız iftiralarla "Vüqar ulduz xəstəliyinə" tutulub deyən şərəfsizlərə niyə səsinizi qaldırmadınız? Haqsız yerə Vüqarı Azərbaycan şahmat yığmasından uzaqlaşdıranda Azərbaycan xalqı və sizlər harada idiniz? Vüqar tək başına mübarizə apardı, gücü yetmədi, şərlərdən, böhtanlardan, yalanlardan yoruldu. Şər və böhtanları yazan qələm əhli, barmaqlarınız niyə qırılmadı? Yalanları reklam edənlər, öz valideynlərinizi və balalarınızı gözünüzün qabağına niyə gətirmədiniz? 5 ildir Vüqarımın quru adını yaşatmaq üçün 1 sot quru torpaq istəyirəm. Müraciət etmədiyim orqan, təşkilat və idarə qalmadı, ala bilmədim. Həyatda olmayan balamın içərisində bir gün belə yaşamadığı evinin ipotekasını hələ bundan sonra 18 ildə ödəyəcəyəm. Niyə mənim səsimə səs verən olmadı? Mən heç kimdən heç nə istəmirəm. Ulu tanrıdan bir istəyim var. Vüqara qarşı haqsızlıq edənlər öz cəzalarını alacaqlarmı? O dünyada yox – bu dünyada".

yenicag.az


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4739   Tarix: 29 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

"Formula 1": 2025-ci ildə Azərbaycan Qran-prisi sentyabrda keçiriləcək

"Formula 1" 2025 mövsümünün təqvimini açıqlayıb. Azərbaycan Qran-prisi sentyabrın 19-21-də təşkil olunacaq. Qeyd edək ki, Bakıdakı yarış bu il sentyabrın 13-15-də gerçəkləşəcək

12 aprel
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14 aprel
.

"Qarabağ"dan daha bir UĞUR

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası futbol klublarının dünya reytinqi açıqlanıb. xəbər verir ki, Azərbaycan cədvəldə 3 komanda ilə təmsil olunub. 13 pillə irəliləyən "Qarabağ" (176,5 xal) 48-cı sırada yer alıb. Bir pillə irəliləyən "Neftçi" (62 xal) 377-ci, 4 pill

9 aprel
.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Dani Alveş həbsdən girov müqabilində buraxıldıqdan sonra ilk paylaşımını edib: "Doğru deyil"

Braziliya milli futbol komandasının və Kataloniya "Barselona"sının keçmiş müdafiəçisi Dani Alveş həbsdən çıxandan sonra ilk paylaşımını dərc edib. -ın məlumatına görə, o, bir gün əvvəl "El Periodico"da dərc olunan məqaləyə münasibət bildirib. "Hansısa mediaya müsahibə verdiyi

7 aprel
.

Azərbaycan güləşçisi: Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım

Yarışa çox ciddi hazırlaşmışdım. Frank Çamizo kimi titullu idmançını məğlub etməyi bacardım. "Report"un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov (74 kq) İtaliya təmsilçisi Frank Çamizonu məğlub etdiyi Bakıdakı Avropa Olimpiya Təsnifat turnirinin yarımfinal görüş

7 aprel
.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14 aprel