Azərbaycanlı tanınmış vəfat etdi - FOTO

Azərbaycanlı tanınmış vəfat etdi - FOTOAzərbaycan futbol ictimaiyyətinə ağır itki üz verib.

Uzun sürən xəstəlikdən sonra AFFA-nın əməkdaşı, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Abbas Əzim oğlu Əzimov ömrünün 82-ci ilində dünyasını dəyişib.

Əzimov Abbas Əzim oğlu 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) "Dinamo" cəmiyyətində Əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb.

Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5 min və 10 min metr məsafələrə qaçanlar arasında mükafata layiq yerlər tutub.

1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlarla təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında "Dinamo"nun şərəfini qoruyub.

Universitetdə oxuduğu illərdə yüngül atletika üzrə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edib. Yaxşı hakimliyinə görə Olimpiadanın xatirə medalına layiq görülüb.

Bundan əlavə, Avropa çempionatı, Avropa Kuboku, "Dostluq-84" və bir çox beynəlxalq turnirlərdə hakimlik edib. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ilin idman yekunlarına görə A.Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib.

1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİBS) üzvü olub. A.Əzimov 2008-ci ildə Azərbaycan Respublikasının Əməkdar jurnalisti adına layiq görülüb. "Neftçi-70", "Futbolumuzun futzal salnaməsi", "Xatirələrdə yaşayanlar" və "Azərbaycan Milli Komandası" kitablarının müəllifidir. 1997-ci ilin aprelindən AFFA-da çalışırdı. O, AFFA-nın muzeyinin rəhbəri idi. (oxu.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 8394   Tarix: 31 avqust 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Devid Bekhem niyə Viktoriya ilə evlənmək qərarına gəldiyini AÇIQLADI

48 yaşlı məşhur ingilis futbolçu 25 ilə yaxındır ki, müğənni və dizayner Viktoriya Bekhemlə evlidir. xarici mediaya istinadla bildirir ki, cütlük şou-biznesin ən güclülərindən biri hesab olunur. Birlikdə cütlük çox şey yaşayıb və dörd uşaq böyüdüb. Devid Bekhem bu yaxınlarda niyə "Spice Girls"

24 mart
.

Arda Turana bir illik həbs cəzası verildi

"Barselona"nın və Türkiyə milli futbol komandasının sabiq yarımmüdafiəçisi Arda Turan İspaniyada vergi cinayətlərinə görə şərti olmaqla bir il həbs cəzası alıb və 630 min avro məbləğində cərimə olunub. Bu barədə Kataloniya Ali Məhkəməsi məlumat yayıb. Tərəflər 2015 və 2016-cı illər üzrə gəli

19 mart
.

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib

AFFA prezidentliyinə və İcraiyyə Komitəsinə namizədlər müəyyənləşib. "Report" milli assosiasiyanın saytına istinadən xəbər verir ki, aprelin 2-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında AFFA prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçiləcək. Nizamnamənin 34-cü maddəsinin 4-cü bəndin

23 mart
.

Azərbaycanın atıcısı Almaniyada beynəlxalq turnirdə qızıl medal qazanıb

Azərbaycanın atıcısı Vladislav Kalmıkov Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində qızıl medal qazanıb. Bu barədə -a Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən bildirilib. Məlumata görə, təmsilçimiz oğlanlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güll

23 mart
.

"Real Madrid"ın qapıçısı "Mançester Yunayted"ə keçə bilər

"Real Madrid"in qapıçısı Andrey Lunin "Mançester Yunayted"dən transfer təklifi alıb. Premyer Liqa klubu bu mövsüm özünü kral klubunun əsas qapıçısı kimi təsdiqləyən 25 yaşlı ukraynalı ilə müqavilə imzalamaq istəyir. İspaniya komandası ilə müqaviləsi 2025-ci ilin iyununda başa çataca

24 mart
.

"Qalatasaray"ın oyunu ilə bağlı qalmaqallı görüntülər ortaya çıxdı - Video

Türkiyə Süperliqasının 26-cı turunda keçirilən "Qalatasaray" – "Antalyaspor" (2-1) matçı ilə bağlı baş tutan hakim iclasının görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, görüntülərdə adıçəkilən matçın hakimləri Abdulkadir Bitigenle Özgür Yankayanın (VAR hakimi) səh

27 mart
.

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir. O, 2004-2021-ci illərd

19 mart
.

"Yəqin ki, "McDonald’s"da işləyəcəkdim" - Ronaldo

"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo karyerasını "Sportinq"də başa vurmağı planlaşdırdığını bildirib. "Qafqazinfo" TCR-yə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu deyib: "Karyeramı "Sportinq"də başa vuracağam. Bu kluba qayıtmaq istəyirəm. Portuqaliy

20 mart
.

"Qarabağ" sabah çempion ola bilər

"Qarabağ" sabah ölkə çempionluğunu təmin edə bilər. "Qafqazinfo" xəbər verir ki, 28-ci turda Ağdam təmsilçisi "Kəpəz"lə qarşılaşacaq. Qurban Qurbanovun komandası qələbə qazanacağı halda xalını 69-a yüksəldəcək. "Qarabağ"ın ən yaxın izləyiciləri "Sabah"

28 mart