Azərbaycanın xaricdə ilk Şərab Evi açılıb

Azərbaycanın xaricdə ilk Şərab Evi açılıbSentyabrın 2-də Çinin Urumçi şəhərində "Azərbaycan Şərab Evi" açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.

İqtisadiyyat Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, bununla əlaqədar keçirilən tədbirdə hər iki ölkənin rəsmi şəxsləri ilə yanaşı, Azərbaycanın şərab istehsalçıları və Çinin şərab satışı ilə məşğul olan şirkətlərinin təmsilçiləri iştirak ediblər.

İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə yaradılmış "Azərbaycan Şərab Evi" Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.

Açılış tədbirində çıxış edən Çin Xalq Respublikası Sincan Uyğur Muxtar Rayonunun beynəlxalq əlaqələr üzrə rəhbərlər qrupunun rəis müavini Mao Xuey, AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu, Çinin "YEMA İnternational" şirkətinin vitse-prezidenti Çen Qan, Azərbaycan Şərab İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Elçin Mədətov və başqaları Urumçidə fəaliyyətə başalayan Şərab Evinin Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə, Azərbaycan məhsullarının ixracının artırılmasına töhfə verəcəyini vurğulayıblar.

Tədbir çərçivəsində AZPROMO ilə Çinin "YEMA" şirkəti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, Azərbaycan şərablarına həsr olunmuş mətbuat konfransı keçirilib, şərabçılığın inkişafına dair təqdimat və video-çarxlar nümayiş etdirilib, Çinin şərab satışı ilə məşğul olan şirkətləri üçün Azərbaycan şərablarının dequstasiyası təşkil olunub.

Qeyd edək ki, "Made in Azerbaijan" brendinin təşviqi, ixracın və istehsalın stimullaşdırılması, o cümlədən Azərbaycan məhsullarının xarici bazarlarda tanıdılması və satışının genişləndirilməsi məqsədi ilə xarici ölkələrdə yeni ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İqtisadiyyat   Baxılıb: 2832   Tarix: 03 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycan nefti kəskin ucuzlaşdı

Azərbaycan neftinin qiyməti kəskin ucuzlaşıb. "Azeri Light" markalı neftin bir bareli 4,78 ABŞ dolları və ya 6,45 faiz ucuzlaşıb. Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 69,33 ABŞ dolları təşkil edib. Qeyd edək ki, "Azeri Light" markalı neftin bir barelini

20 iyul 2021
.

Maliyyə Nazirliyi 60 milyon manat da BORC ALDI

18 may 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105016882 ISIN-li, 40 milyon manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərrac zamanı 18 investor tərəfindən qiymət interval

18 may 2021
.

Azərbaycan təbii qaz ixracını 57 % artırıb

Bu ilin yanvar-iyun aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 10,379 milyard kubmetr həcmində təbii qaz ixrac edib. xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir. Məlumata görə, ötən 6 ay ərzində Azərbaycandan ixrac edilən təbii qazın dəyəri 1,586 milyar

17 iyul 2021
.

Azərbaycanda bu məhsullar ucuzlaşıb - SİYAHI

Cari ilin iyun ayında əvvəlki aya nisbətən Azərbaycanda bahalaşan və ucuzlaşan məhsullar məlum olub. -ın məlumatına görə, ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmı

17 iyul 2021
.

İyulun 22-nə USD/AZN rəsmi məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 22-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən -a bildirilib ki, bankın iyulun 22-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,700 manat səviyyəsində müəyyən olunub

17 iyul 2021
.

İnvestisiya Holdinqinin idarə edəcəyi qurumlarla bağlı - Sərəncam

Baş nazir Əli Əsədov Prezidentinin "Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı"nda dəyişiklik edilməsi haqqında" Fərmanının icrasının təmin edilməsi barədə sərəncam imzalayıb

8 may 2021
.

Azərbaycandakı kredit ittifaqlarının zərəri artıb

Azərbaycandakı kredit ittifaqları bu ilin I yarısını 0,5 milyon manat zərərlə başa vurub. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə 66,7% çoxdur. Yanvar-iyun aylarında kredit ittifaqlarının gəlirləri 1,1 milyon manat (illik müqayisədə 15,4% az), xərcləri 0,5 milyo

24 iyul 2021
.

"Bitcoin"in qiyməti düşdü

Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0

23 may 2021
.

Azərbaycanda problemli kreditlər artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il avqustun 1-nə 937,5 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ayla müqayisədə 2,5 % çox, ilin əvvəlinə nisbətən 5 % çoxdur. Problemli kreditlər son 1 ildə isə 11,8 % azalıb

25 avqust 2021