Məşhur yazardan İzzət Bağırova SƏRT SÖZLƏR: Ordan-burdan...

Məşhur yazardan İzzət Bağırova SƏRT SÖZLƏR: Ordan-burdan...Müğənni İzzət Bağırovun baş rolda çəkildiyi, həmçinin prodüseri və ssenarisi olduğu "Ümidlər puç olanda" filmi ekranlara çıxmamış tənqid hədəfi olub. Layihə afişanın təqdimatından sonra sosial şəbəkələrdə müzakirə olunmağa başlayıb.

Tanınmış yazıçı Qan Turalı da müğənninin ssenari yazmasını sərt tənqid edib.

Sonxeber.az bildirir ki, Qan Turalı publika.az-a verdiyi açıqlamada İzzət Bağırovun filmini tənqid etməsinin səbəblərini açıqlayıb və ümumilikdə Azərbaycan kinosunun bugünkü durumu ilə bağlı kəskin fikirlər səsləndirib:

"İzzət Bağırov sənətçidirsə bəs Akif İslamzadə kimdir? O, orta səviyyəli müğənnidir. Problem ondadır ki, özünü öz sənətində təsdiq edə bilməyən adamlar özündə müstəsna keyfiyyətlər aşkarlayaraq müğənni, rejissor və aktyorluq iddiasında çıxış edir. Ordan-burdan sponsor tapır və beləliklə ortaya film adlandırdıqları keyfiyyətsiz məhsul çıxarırlar. Bu, artıq həmin şəxslərin özü-özünü aldatması deyil, incəsənətin probleminə və böhranına çevrilib. Məsələ budur. Yoxsa ki, İzzət Bağırov film çəksə və ya çəkməsə nə olacaq? Kommersiya filmi o demək deyil ki, ağzına gələn ssenarini yazıb onu çəkməlisən. Əvvəllər filmlərin ssenarisini İsa Hüseynov, Elçin, Anar, İsmayıl Şıxlı görkəmli şəxslər yazırdı. İndi də İzzət Bağırov da ssenari yazır. Bu, məni narahat etmir, lakin kinomuz niyə bu günə düşməlidir? Kimsə etiraz səsini ucaltmalıdır ki, belə olmaz".

Tanınmış yazıçı və ssenarist müğənninin filminə baxmadığı halda niyə irad bildirməsinin səbəblərini belə açıqlayıb:

"Ümid edir ki, onun filminə baxıb irad bildirəcəyəm? O qədər optimistdir? Yüzlərlə film izləmişəm, yüzlərlə kitab oxumuşam. İzzət Bağırovun ssenarisinin necə olacağını təxmin etmək çətin deyil. Onun çəkdiyini filmin necə faciəvi və dramatik hadisə olduğunu bilmək üçün filmə baxmağa ehtiyac yoxdur. Məsələn, Qan Turalını Azərbaycan Milli Futbol komandasının hücumçusu yerinə qoysalar və buna görə tənqid etsələr, deməliyəm ki, oyunuma baxdıqdan sonra fikir bildirin. Absurddur, hər şey onsuz da ortadadır.

İzzət Bağırovu həyatda görməmişəm, tanış deyilik, onunla şəxsi qərəzliyim yoxdur. O, müğənnidir, mən isə yazıçı. Onunla əlavə bölüşə biləcəyim heç nə yoxdur. Məsələ ondadır ki, son illərdə Azərbaycanda çəkilən filmlərinin böyük faizi keyfiyyətsizdir. Əsas məqsədim də Azərbaycan kinosunun bu gün hansı vəziyyətdə olduğunu vurğulamaqdır.

Müğənninin ssenari yazıb baş rolda çəkilməsini çox məsum şəkildə qəbul etmək olar. Yaradıcı insan kimi özünü bu cür ifadə edə bilər. Lakin ümumilikdə Azərbaycan kinematoqrafiyasının təbiətinə baxsaq, aşağı səviyyədə olduğunu görə bilərik. Azərbaycan kinematoqrafiyasını niyə bu səviyyəyədir? Necə oldu ki, İzzət Bağırov ssenari yazmağa başlayır? Bax, bu səbəbləri qabartmaq lazımdır".

Tanınmış yazıçı tənqid etdiyi "Ümidlər puç olanda" filminin afişasındakı səhvlərdən də danışıb:

"Məlum olduğu kimi, afişada filmin ümumi mahiyyətindən bəhs edən şüar qeyd olunur. İzzət Bağırovun filminin afişasında "...Bəzən də üz çevirib getmək istəyirsən heç kəsin olmadığı yerə" sözləri yazılıb. Birincisi, istəyirsən sözündən sonra vergül qoyulmalıdır. İkincisi, bu cümlə filmin ssenarisi haqqında əvvəlcədən artıq müəyyən fikir yaradır. Üçüncüsü, filmin rejissoru Samir Qulamovdur. Samir Qulamovun əvvəl çəkdiyi film haqqında da ürəkaçan sözlər söyləmək olmaz".

Daha sonra Qan Turalı Azərbaycan kinosunun bugünkü durumundan söz açıb:

"Azərbaycanda o qədər keyfiyyətsiz film çəkilir ki, arasından keyfiyyətlisini seçib baxa bilmirsən. İstər aktyorlarımız, istər jurnalistlərimiz, istər kinematoqraflarımız, ümumilikdə hamı bu məsələlərə susmaq yolunu seçib. Hamısı keyfiyyətsiz filmlərin çəkilməsini normal qarşılayır, sanki belə də olmalıdır. İzzət Bağırov və onu müdafiə edənlər Özcan Dəniz, Burak Özçivit və ya Əmrah kimi türkiyəli sənətçilərin film çəkdiyini misal göstərə bilər. Lakin adlarını sadaladığım ulduzların çəkdiyi filmlərin türk kinosu standartlarından çox-çox aşağıda olduğunu hamımız bilirik. Bu filmlərin baxılma sayı zəifdir. Müxtəlif türk saytlarında onların reytinq göstəriciləri ilə tanış olmaq mümkündür".

Yazıçı hesab edir ki, ssenari yazmaq üçün insanda yarıdıcı keyfiyyətlər və istedad olmalıdır:

"Ola bilsin ki, İzzət Bağırov yaxşı aktyordur, lakin onun yüksək səviyyəli ssenari yazdığına inanmıram. Bu mövzu o qədər şişirdilib ki, özümdən şübhə etməyə başlamışam. Elə bilirəm ki, hamı İzzətin böyük ssenarist olduğuna inanır, onun yaradıcılığına inanmayan tək mənəm. Belə nümunələr çox çəkmək olar.

Məsələn, "Ağanatiq" filminin ssenari müəllifi də, prodüseri də Tahir İmanov, rejissoru, quruluşçu rejissoru və baş rol ifaçısı isə Cabir İmanovdur. Halbuki, quruluşçu rejissor spesifik peşədir. Bir adamın bir neçə işi öz üzərinə götürməsi sual yaradır. Eyni hal "Ümidlər puç olanda" filmi üçün keçərlidir. Müğənni layihənin həm prodüseri, həm ssenaristi, həm də baş rol qəhrəmanıdır. Təəssüf ki, Azərbaycan kinosunu bu səviyyəyə endiriblər".

Sonda yazıçı filmlərə baxış sayının açıqlanmamasından gileylənib:

"Bütün dünyada filmlərin baxılma sayı açıqlanır, bizdə isə gizli saxlanılır. Tom Kruzun sonuncu çəkildiyi "Impossible - Fallout" filmi ilk üç gündə 77 milyon dollar gəlir gətirib. Mən bunu bilirəm, amma Azərbaycandakı filmlərin nə qədər pul qazandığı bilmirəm. Məsələ ondadır ki, xalq həmin filmlərə baxmır. Reklamlarına külli miqdarda pul xərclənən filmlərin maksimum baxış sayı 10 mindir. Bu 10 min nəfər büdcəni xilas etmir. Sponsordan 150-200 min pul alıb film çəkirlər, baxılıb-baxılmaması isə veclərinə deyil".

Qeyd edək ki, İzzət Bağırov Qan Turalının iradlarına ətraflı cavab verib. Müğənninin geniş açıqlamasını sabah saytımızda oxuya bilərsiniz.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Mədəniyyət   Baxılıb: 4823   Tarix: 05 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Afaq Bəşirqızı həyat yoldaşı ilə - FOTOLAR

Xalq artisti Afaq Bəşirqızının həyat yoldaşı Əhməd Təhməzovla fotosu yayılıb. xəbər verir ki, şəkli aparıcı Elgiz Əkbər İnstaqram hesabında yerləşdirib. Fotoda aktrisa və həyat yoldaşı yer alıb. Qeyd edək ki, A.Bəşirqızının Səmral adlı bir oğlu var

12 iyul 2021
.

Türkiyəyə aparılan Arif Babayevin SON DURUMU

Xalq artisti Arif Babayevin Türkiyədə müalicəsi davam etdirilir. xəbər verir ki, bu barədə xanəndənin oğlu Yaşar Babayev məlumat verib. O, bildirib ki, sənətçi bir müddətdə Türkiyədə qalacaq: "Gəzməkdə və danışmaqda çətinlik çəkir, Vəziyyəti olduğu kimi qalır. Müalicə gedir, inşallah yaxşılığa doğr

5 iyul 2021
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevin fərman

18 sentyabr 2021
.

Hər reklamdan 50 min qazanacaq

Sonuncu dəfə "Muhteşem yüz yıl" serialında rol alan Merve Boluğur İnstaqram hesabında izlənmə sayı artdığı üçün reklam qiymətini qaldırıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, 3 milyon 600 min izləyicisi olan aktrisa etdiyi hər reklamdan 50 min TL qazanacaq. Qeyd edək ki, M.Boluğu

22 avqust 2021
.

"Fəryad 2" filmi çəkilir

Vətən müharibəsinə həsr olunmuş, kinorejissor Vaqif Mustafayevin şərti adlandırılan "Fəryad 2" filminin çəkilişlərinə hazırlıq prosesi gedir. -a istinadən xəbər verir ki, bu barədə "Azərbaycanfilm" kinostudiyasının direktoru Fariz Əhmədov məlumat verib. O bildirib ki, Hadrut və Bakıd

8 iyul 2021
.

Flora Kərimova təltif edilməsindən danışdı: "Ali Baş Komandan mənə əsgər kimi baxdı..." - VİDEO

"Qəflətən oldu. Mənə zəng etdilər, təbrik etdilər, and içdim ki, xəbərim yoxdur". -ın məlumatına görə, bu sözləri APA TV-yə açıqlamasında Xalq artisti Flora Kərimova Prezident İlham Əliyev tərəfindən "Şərəf" ordeni ilə təltif edilməsi ilə bağlı deyib. "Nə etmişəmsə millətim üçü

31 iyul 2021
.

Arif Babayev Türkiyəyə aparılır? - Tələbəsi danışdı

Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasının müdiri, Xalq artisti Arif Babayevin səhhəti haqda xəbər var. xəbər verir ki, bu barədə -a danışan Xalq artisti Mənsum İbrahimov A.Babayevin səhhətinin normal olduğunu deyib. Yetirməsinin sözlərinə görə Xalq artisti bir müddət sonra Türkiyəyə yollanacaq:

21 iyun 2021
.

Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama: "Dərmanlar qəbul edir"

Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb. xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib. Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir: "Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkin

13 avqust 2021
.

"Kinoteatrların açılması təqdirəlayiq olar" - DEPUTAT

Artıq iki ilə yaxındır ki, ölkəmizdəki pandemiya səbəbindən tamaşaçılar teatr, kinoteatr və konsert zallarına həsrət qalıblar. Hər sahədə, az da olsa, yumşalmalar var, hətta toy məclislərinin keçirilməsinə, iri ticarət obyektlərinin açılmasına icazə verilib, lakin nədənsə kinoteatrlar və teatrların açılmas

18 avqust 2021