"Evin açarını verdim ki, pişiklərimə baxsın, pullarımı oğurladı" - Azərbaycanlı idmançı

"Evin açarını verdim ki, pişiklərimə baxsın, pullarımı oğurladı" - Azərbaycanlı idmançıAzərbaycanlı taekvandoçu Fəridə Əzizovanın evindən oğurluq edən Nicat İsrafilov və Nərgiz Fərəcovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu barədə Yenicag.az-a zərərçəkən şəxsin özü məlumat verib. Onun sözlərinə görə, Əzizovaya dəymiş 67 min manatın 53 mini geri qaytarılıb. Bəzi şahidlər məhkəmədə iştirak etmədiyindən proses sentyabrın 13-nə təyin olunub:

"Məhkəmə bir həftə sonraya ertələndi. Bəzi şahidlər var ki, hələ də gəlməyiblər. Mənə 67 min manat ziyan dəymişdi. Həmin məbləğin 53 min manatını qaytarıblar. Nərgiz mənim rəfiqəmin bacısı idi. Mən xaricdə olanda ona evimin açarını vermişdim ki, pişiklərimə yem versin. Nərgizi rəfiqəmin sayəsində tanımışdım. Münasibətimiz yaxşı idi. Hadisə baş verəndən sonra bacısı heç nə demədi. Onsuz da ünsiyyətimiz qalmayıb. Nərgiz hazırda ev dustaqlığındadır. Əslində, bu gün axırıncı məhkəmə olmalı idi. Sadəcə, sentyabrın 13-nə təyin edildi. Yəqin ki, bu da sonuncu məhkəmə olacaq".

Qeyd edək ki, hadisə ötən ilin sentyabrında baş verib. Nicat İsrafilov və Nərgiz Fərəcova idmançının evinə daxil olaraq içində pul olan seyfi aparıblar. Oğurluqda təqsirli bilinən Nərgiz Fərəcova taekvandoçunun rəfiqəsinin bacısıdır.

Onu da qeyd edək ki, oğurluqda iştirak edən Nicat İsrafilov əvvəllər məhkumluq həyatı yaşayıb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3609   Tarix: 05 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Simge Sağından İkardi etirafı

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin qollarından sonra stadionda səsləndirilən "Aşkın Olayım" mahnısı məşhur olan Simge Sağın 2018-ci ildə musiqisevərlərə təqdim etdiyi mahnının məşhurlaşması ilə bağlı etiraf edib. Türkiyə mediasına istinadən xəbər verir ki, şəxsi həyat

17 aprel
.

Arda Gülərlə bağlı ŞOK iddia: Qərarını açıqladı

"Real Madrid"in türkiyəli futbolçusu Arda Gülərin ispan nəhəngində oynamaq şansı olmadığı üçün ayrılmaq qərarına gəldiyi və istəyini rəhbərliyə bildirdiyi iddia edilib. xarici mediaya istinadən xəbər verir ki, son olaraq dünən axşam La Liqada İspaniya komandasının səfərdə "Malyorka"y

15 aprel
.

Qurban Qurbanovdan "Beşiktaş"la bağlı AÇIQLAMA

"Qarabağ" Azərbaycan Premyer Liqasının 31-ci turunda öz meydanında "Qəbələ" ilə 2:2 hesablı heç-heçə edib. xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:. - Sönük oyun getdi. İstərdi

20 aprel
.

"Formula 1": Çin Qran-prisinin mükafatçıları müəyyənləşib

'Formula 1" üzrə Çin Qran-prisinin mükafatçıları bəlli olub. "Report"un məlumatına görə, "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen birinci yeri tutub. "Maklaren"in ingiltərəli sürücüsü Landro Norris ikinci, Ferstappenin meksikalı komanda yoldaş

21 aprel
.

"Barselona"nın yeni baş məşqçisi o olacaq

Birminqemin "Aston Villa" klubunun baş məşqçisi Unai Emeri tezliklə Kataloniya "Barselona"sına rəhbərlik edə bilər. xəbər verir ki, bu barədə "Teamtalk" portalı məlumat yayıb. Mənbənin məlumatına görə, "Blauqrana" rəhbərliyi ispan mütəxəssislə əməkdaşlıqda maraqlıdı

20 aprel
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12 aprel
.

Azərbaycan gimnastları beynəlxalq turnirdə yeddi qızıl medal qazanıblar

Bədii gimnastika üzrə Azərbaycan millisinin üzvləri Zəhra Cəfərova və Şəms Müvəffəgi Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən birinci "Kelechek" beynəlxalq turnirində yeddi qızıl medal qazanıblar. Bu barədə -a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib. Bildirilib ki, Zəhra böyüklər

15 aprel
.

"Qarabağ"ın futbolçusu: "Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq" - VİDEO

"Nəriman Axundzadə ilə rəqs videomuza görə çox tənqid olunduq".  xəbər verir ki, bunu "İdman Bizimlə" verilişinin qonağı olan "Qarabağ"ın futbolçusu Toral Bayramov deyib. 23 yaşlı müdafiəçi bildirib ki, tənqidlə üzləşdikləri video heç də əvvəlcədən hazırlanmamışdı:. "Əslində

11 aprel
.

Əfsanəvi futbolçu karyerasını bərpa etdi

Əfsanəvi braziliyalı hücumçu Romario 58 yaşında karyerasını davam etdirmək qərarına gəlib. bildirir ki, bu barədə "Globo" məlumat yayıb. Braziliya millisinin keçmiş hücumçusu ölkənin dördüncü divizionu olan D Seriyasında çıxış edən Rio-de-Janeyronun "Amerika" klubu ilə müqavilə imzalayıb

18 aprel