"Rusiya "nəinki Suriyaya, hətta Liviyaya girmək istəyən məndən icazə almalıdır" deyir"-RƏY

"Rusiya "nəinki Suriyaya, hətta Liviyaya girmək istəyən məndən icazə almalıdır" deyir"-RƏYRusiya prezidenti Vladimir Putin Liviyadakı muzdlularını geri çağırmadığı kimi, İdlibdə də atəşkəsə riayət etmir.
Suriyada növbəti hadisələr nə olacaq?
Tramp seçki öncəsi nələr edə bilər?

Mövzu ilə bağlı Sonxeber.az-a politoloq Mübariz Əhmədoğlu açıqlama verib. O, bildirib ki, Yaxın Şərqdə Putinin apardığı siyasət Trampın apardığı siyasəti çoxdan üstələyib:
"Putin Rusiyaya nə vaxt qoşun yeritdi? Bu proses 2014-cü ildən başladı. Hansı şəraitdə ora qoşun yeritdi? Artıq Amerika, Suriya və bütün dünyada qəbul etmişdi ki, Amerikanın qoşunları Suriyadakı vəziyyəti düzəltməyiblər. Yəni Amerikanın qoşunları rəsmi olaraq 3 il Suriyada idi və vəziyyəti nizamlaya bilmədilər. Hətta ABŞ-ın o dövrdə Suriya ilə bağlı sabit bir siyasəti də yox idi. Hillari Klinton dövlət katibi idi və Bəşər Əsəd ilə görüşdü. Qeyd etdi ki, biz Bəşər Əsədi dəstəkləyirik. Niyə bunu devirməliyik ki, axı o bizim öz adamımızdır. Amerikaya qayıtdıqdan sonra Obama artıq ayrı formada, yəni Klintonun mövqeyinin əleyhinə qərar qəbul etdi. Rusiya Suriyaya o zaman daxil oldu ki, artıq ABŞ hərbçiləri orada vəziyyətə nəzarət edə bilmirdilər. Bir sözlə ABŞ-ın siyasəti Suriyada gücsüz idi. Zaman keçdikcə Putinin mövqeyi xeyli gücləndi. Artıq Suriya ictimaiyyəti Putini tanıyır, oradakı müsəlmanlar, xristianlar da bilir ki, Putin kimdir. Orada həm katoliklər, həm də pravoslavlar var. Hamısı bu dəqiqə Putinin başına and içir. Suriya məsələsinə görə hətta Roma Papası 6 dəfə Putini qəbul edib. Rusiyanın siyasəti Suriyada artan istiqamətdə, ABŞ-ın siyasəti isə azalan istiqamətdədir. Onu da qeyd etməliyəm ki, Rusiya "nəinki Suriyaya, hətta Liviyaya girmək istəyən hər kəs məndən icazə almalıdır" deyir. Yəni, Rusiya Liviyada özünü bu dərəcədə güclü hesab edir. Ona görə düşünmürəm ki, yaxın zamanlarda ABŞ-ın Rusiyanı Yaxın Şərq regionu üzrə siyasətini zəiflətməyə gücü çatsın. ABŞ-ın orada ən yaxın müttəfiqləri Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləridir. Putin 5-6 ay qabaq hər iki ölkədə səfərdə oldu. Onlar Putini kral kimi, dünyanın bir nömrəli prezidenti kimi qarşıladılar. Dünyanın heç bir prezidentini o qaydada, bu qədər yüksək səviyyədə qarşılamamışdılar. Bu mənada Rusiyanın Yaxın Şərqdə siyasəti güclənir. Belə başa düşürəm ki, bu güclənmə hələ davam edəcək. Ona görə Trampın nəsə bir şey edə biləcəyini mən düşünmürəm. Əgər münaqişə ssenarisini götürürüksə, ABŞ-ın əlində yeganə şans Mərkəzi Asiya regionunda vəziyyəti gərginləşdirməklə Çin və Rusiyanı bir biri ilə savaşdırmaqdır. Ancaq bu halda Çin Rusiyanı üstələyə bilər. Baxmayaraq ki, Rusiya hərbi, kosmik və nüvə silahlarına görə Çindən üstündür amma iqtisadiyyat və texnologiyada isə Çin Rusiyadan qat-qat üstündür. Amma ABŞ hələ ki, bu siyasətə heç yaxın da gəlmir. Ona görə elə başa düşürəm ki, Trampın son bəyanatı ABŞ-ın Çin və Rusiya ilə münasibətlərinin yaxşı olmasına yönəlib. Hələki Tramp belə danışacaq. Tramp yenidən prezident seçiləndən sonra 2021-ci ildən ayrı siyasət apararsa, bu artıq hərbi məsələ olacaq. Amma hazırda ABŞ Rusiyanın dünya miqyasında, xüsusən Yaxın Şərq regionunda güclənməsinin qarşısını ala bilməyəcək".

Fəridə Ağazadə


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2969   Tarix: 23 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib

Xankəndinin mərkəzi meydanına "Zəfər meydanı" adı verilib. AZƏRTAC xəbər verir ki, Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bu barədə danışan Prezident İlham Əliyev deyib:. "Uzun illər ərzində bu meydan və bu bina separatçıların yuvası idi. .Məhz bu meydanda xalqımız

18 mart
.

Cenevrədə Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü keçirilib - YENİLƏNİB

Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində martın 22-də Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarovanın və Alen Simonyanın ikitərəfli görüşü olub. "Report" AZƏRTAC-a istinadən xəbər verir ki, görüş Parlamentlərarası İttifaqın təşəbbüs

22 mart
.

"Dörd kənd Azərbaycana qaytarılmalıdır" - Paşinyan

Qısa müddət ərzində dörd kənd Azərbaycana qaytarılmalıdır. "Qafqazinfo" xəbər verir ki, bu barədə Trend Ermənistanın "Hraparak" qəzetinin materialına istinad edib. Materialda qeyd olunub ki, bununla bağlı Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə qapalı iclasda danışıb. "Ötə

26 mart
.

Paşinyanın müharibə qorxusu: "Əgər lokal toqquşmalar baş versə, əsas istiqamət bu ərazi olacaq" -Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinə səfər edib. (Dilican mahalı - red.) Sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. N.Paşinya

19 mart
.

Zaxarova: "Aİ-nin Ermənistandakı müşahidə missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir"

"Aİ-nin Ermənistandakı müşahidəçi missiyası Rusiya, İran və Azərbaycan əleyhinə casusluq edir və bu, regionda gərginliyi artırır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. "Ermənistan ərazisindən Avropa İttifaqının missiyası ölkəmizə, İrana

20 mart
.

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb

Qərbi Azərbaycan İcması Avropa İttifaqı və ABŞ-ı ikili standartlara son qoymağa çağırıb. "Report" xəbər verir ki, bu, icmanın aprelin 5-də Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ görüşünün keçiriləcəyi barədə yayılan xəbərlərlə əlaqəli yaydığı bəyanatda bildirilib. İcma hesab edir ki, so

22 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart
.

Ombudsman Xankəndidə erməni əsilli sakinlərlə görüşüb - FOTO

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xankəndidə erməni əsilli sakinlərlə görüşüb, həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib. Bu barədə -a Ombudsman Aparatından məlumat verilib. Qeyd edilib ki, Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməni əsilli sakinlərlə görüşüb

28 mart