"Toyadək gəlinə toxunmaq olmaz" - FOTO

"Toyadək gəlinə toxunmaq olmaz" - FOTORusiya Premyer Liqasında mübarizə aparan "Rostov"un futbolçusu Ayaz Quliyev klubun rəsmi saytında azarkeşlər arasında aparılan səsverməyə görə 4,36 balla avqust ayının ən yaxşı oyunçusu seçilib.

Atası azərbaycanlı olan Ayaz Quliyev bu münasibətlə Rostov klubunun rəsmi saytına müsahibə verib:

– Moskvada doğulmusan, ancaq cənub mənşəlisən. Bu haqda danışmağını istərdik...

– Köklərim Azərbaycanın Lənkəran şəhərindən, o cümlədən Masallı rayonundakı Boradigah qəsəbəsindən gəlir. Atam hərbi xidmətdən sonra, iyirmi yaşında Moskvaya köçüb və anamla tanış olub. Təbii ki, həmin vaxtlar bütün ölkədə gərgin situasiya yaranmışdı və atamın işləyib bu şərtlərə uyğunlaşması lazım gəldi.

– Özün Azərbaycanda olmusan?

– Orada olanda uşaq idim. Sonda atamla tətillərim üst-üstə düşmədiyindən, az-az ora gedə bildim. Amma əksinə, qohumlarımız Moskvaya bizə qonaq gəlirlər.

– Vətənində futbolla bağlı işlər nə yerdədir?

– Bir ara pis maliyyələşməyən "Xəzər Lənkəran" adlı klub vardı. Bu bölgədə futbolu çox sevirlər. Bütün qohumlarım matçlarıma baxır və mənə azarkeşlik edir.

– "Spartak"ın məktəbinə necə düşdün?

– Beş yaşım olanda. Onda hələ komanda yığılmamışdı, məni bir yaş yuxarı komandaya götürdülər.

– Niyə məhz "qırmızı-ağlar"?

– Bu klubun yetirmələrini yüksək liqanın, demək olar ki, bütün komandalarında görmək olur. Yəqin, atam da bu haqda bilirdi. Bəlkə də, buna görə o, bu komandaya azarkeşlik edir.

– Gəl, sənin "Spartak"ın prezidenti Leonid Fedunla məşhur fotonu xatırlayaq. O, şəkildə Akademiyanın açarlarını sənə verir...

– Bizdə onda məşq idi. Mənə deyildi ki, şəkil çəkdirmək lazımdır. Onu onda ilk dəfə görürdüm. Hətta buna görə bir az həyəcanlanmışdım da.

– Sən "Spartak"ın akademiyasında qalırdın, yoxsa evdə?

– Evdə. Akademiyada yalnız Moskvadan olmayanlar qalırdı.

– Evdə qalmağının sənə köməyi dəyirdi?

– Əlbəttə. Onda illərin necə keçdiyi haqda düşünmürsən. Valideynlərimlə söhbət edəndə həmişə onların qayğısını hiss etmişəm. Bizdə bütün ailə futbolla yaşayır, hətta babam və nənəm də.

– Nə vaxtsa düşünmüsən ki, futbolla məşğul olmasaydın, nə işlə məşğul olardın?

– Əlbəyaxa döyüşlə. Başqa nə ola bilər ki? (gülür) Ola bilər ki, peşəkar səviyyədə yox, amma əlbəyaxa döyüşlə məşğul olardım. Futbolu daha əvvəl seçdiyimdən bu idmanla məşğul olmağa vaxtım olmadı. Səhər məktəb, axşam isə məşq idi.

Böyük və kiçik qardaşlarım əlbəyaxa döyüşlə məşğuldurlar. Ona görə də əvvəl onlarla rəqib qismində döyüşürdüm. Onlardan yeganə şey xahiş edirdim ki, futbolla məşğul olduğuma görə ayağıma "vurmasınlar". Bizim döyüşlər çox ciddi olurdu. Heç kim bir-birinə güzəştə getmirdi.

– O düzdür ki, yeniyetmə yığma Avro-2015-in qrupundan çıxanda ləzginka oynamışdın?

– Onda bu təklifdən imtina etmək olmazdı. Üstəlik, yaxşı əhval-ruhiyyə vardı. Ancaq indi belə təklifdən imtina edərdim.

– "Rostov" bu mövsüm avrokuboklara düşsə, təkrarlayacaqsan?

– Yox, yox, mənim üçün daha bəsdir (gülür).

– Yaxınlarda Akinfeyev demişdi ki, öz populyarlığına pis yanaşır. Bəs səndə necədir?

– Hesab edirəm ki, Akinfeyevin populyarlığına çatmaq üçün mən hələ bundan uzağam. Olur ki, yolda məni də tanıyırlar. Ancaq hər addım atmağımıza imkan verməyəcək dərəcədə tanımırlar.

– Bilirsən, azarkeşlər səni Həbib Nurməhəmmədovla müqayisə edirlər...

– Əlbəttə, internetdə görmüşəm. Tez-tez mənə "caps"lar göndərirlər, çox gülməli olur.

– Buna necə yanaşırsan?

– Yaxşı. İstənilən halda, Həbib şərəfli, düzgün insandır. Xoşdur ki, məni onunla müqayisə edirlər. Axı o, təkcə dahi döyüşçü deyil. O, həm də şəxsi keyfiyyətləri ilə seçilir.

– Makqreqorla onun döyüşünü gözləyirsən?

– Onun istənilən döyüşünü gözləyirəm. O, kəmər üçün mübarizə aparanda da, indi də mənim üçün maraqlıdır.

– Döyüşdən öncə ona nə arzulamaq istəyirsən?

– Qələbə! Həbib özünə arxayındır. Bu döyüşdən öncə onun heç bir narahatlığı yoxdur. Nurməhəmmədov məğlubedilməz döyüşçüdür, əminəm ki, belə də qalacaq.

– Sənin zövqlərin barədə danışaq. Əvvəl demişdin ki, nə repi, nə də şanson mahnıları sevmirsən. Bəs sən hansı musiqilərə üstünlük verirsən?

– Demək çətindir. Türk, çeçen musiqilərinə qulaq asmağı sevirəm. Məsələn, Məkkə Mejiyevanın (çeçen müğənnisi – S.M.) mahnıları xoşuma gəlir.

– Bəs yeməkdə nəyə üstünlük verirsən?

– Dadlı yeməkləri sevirəm, xüsusən də ət yeməklərini.

– Azarkeşlərə ilk növbədə hansı Qafqaz xörəyini yoxlamağı məsləhət görərdin?

– Çeçen mətbəxini götürsək, bu çapilqaşdır. Bu yeməkdə pendir, balqabaq olur. Həmçinin jijiq qalnaşı qeyd edərdim. Dağıstan mətbəxini götürsək, əlbəttə ki, xəngəli məsləhət görürəm. Ancaq hamısından çox şərq şirniyyatlarını sevirəm. Xüsusən türk və Azərbaycan şirniyyatlarını. Məsələn, şəkərbura, paxlavanı. Həmişə bibim Azərbaycandan belə paylar göndərir.

– Sən çox səfər edirsən? BƏƏ-dən fotolarını gördük...

– Dubay və Abu-Dabidə olmuşam. Səudiyyə Ərəbistanına getmək, hər bir müsəlman üçün vacib olan Məkkədə olmaq istəyirəm. Evləndikdən dərhal sonra arvadımla oraya getməyi planlaşdırıram.

– Komandada daha çox kiminlə dostluq edirsən?

– Saşa Zuyevlə. Onunla hətta "Spartak"da oynayanadək tanışlığımız olub. Rizvan Mirzovla tez-tez danışırıq.

– Kənardan elə görünür ki, çox utancaqsan. Evdə də beləsən?

– Deyə bilmərəm ki, utancağam. Açıq olmağa çalışıram. Evdə valideynlərim və yaxınlarımdan heç nə gizlətmirəm, utanmağım üçün heç bir əsasım yoxdur.

– Evlənməyi, ailə qurmağı nə vaxta planlaşdırırsan?

– Düzünü desəm, bu haqda sonra danışmaq istərdim. Ancaq soruşdunuzsa, deyim. Bu qış evlənməyi planlaşdırıram. Daha sonra bu haqda hamıya ətraflı deyəcəyəm. Çoxdandır ki, bu iş üzərində çalışıram.

– Gəlini qaçırmısan?

– Bu, dinlə qadağandır, ona görə də belə etməmişəm. Toyadək gəlinə toxunmaq heç bir halda olmaz. İstəyirəm ki, hər şey gözəl və İslam qaydalarına uyğun alınsın.

– Bizim şəhərdə ən çox hansı yerləri xoşlayırsan?

– İndi axşamlar məşqlər olur, isti havada isə gəzmək olmur. Ümimilikdə isə boş vaxtlarımda halal ət satılan restoranlarda yemək yeməyə gedirəm.

– Çoxları Rostovda pis sürücülüyü qeyd edir. Sən nəyi bəyənmirsən?

– Yolları. İndi onlar dünya çempionatından sonra yaxşılaşıb. Maşınımla çuxurlarda getmək olduqca problemə çevrilir.

– Harada yaxşı sürürlər: Rostovda, yoxsa Mahaçqalada?

– Düzünü desəm, Mahaçqalada sürmək daha rahatdır (gülür). Oradakı yollarda özümü daha yaxşı hiss edirəm.

– Rostovda nəyi bəyəndiniz?

– Mərkəzi çox bəyənirəm. Getmək üçün çox yer var.

– Moskva ilə müqayisədə şəhərdə sakitliyi bəyənirsən?

– Ümumilikdə, hə. Amma bəzən böyük şəhərin səs-küyü çatışmır.

mənbə: oxu.az
"Toyadək gəlinə toxunmaq olmaz" - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 4810   Tarix: 06 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan futbol millisi ilin ilk oyununda Monqolustana qalib gəlib

Futbol üzrə Azərbaycan millisi 2024-cü ildə ilk oyununa çıxıb. "Report"un məlumatına görə, yığma "FIFA series–Edition 2024" layihəsi çərçivəsində keçirilən yoldaşlıq görüşündə Monqolustanla üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan qarşılaşma yığmamızın üstünlüy

22 mart
.

Braziliyalı ən yaxşı 10 futbolçu - SİYAHI

Britaniyanın "FourFourTwo" nəşri tarixin ən yaxşı on braziliyalı futbolçusunun adını açıqlayıb. siyahını təqdim edir:. 1. Pele (hücumçu). 2. Ronaldo (hücumçu). 3. Qarrinça (hücumçu). 4. Ronaldinyo (yarımmüdafiəçi). 5. Romario (hücumçu). 6. Rivaldo (hücumçu). 7. Ziko (yarımmüdafiəçi). 8. Sokra

26 mart
.

Azərbaycanın qadınlardan ibarət basketbol millləri Türkiyədə parlaq qələbələr qazanıb

Azərbaycanın qadınlardan ibarət basketbol milləri parlaq qələbələr qazanıb. "Report" Azərbaycan Basketbol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını davam etdirən qadınlardan ibarət U-16 və U-18 yığmalarımız yoldaşlıq görüşlərind

23 mart
.

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək

Azərbaycan futbol millisi bu gün Monqolustanla üz-üzə gələcək. İlk dəfə Bakıda təşkil olunan futbol üzrə "FIFA series – Edition 2024" layihəsi çərçivəsində bu gün ilk oyunlar keçiriləcək. "Report"un məlumatına görə, Azərbaycan millisi birinci görüşünə çıxacaq. Arif Əsədovun rəhbərli

22 mart
.

Azərbaycan gimnastları Dünya Kubokunda finala yüksəliblər

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin üzvləri Portuqaliyanın Kantanhede şəhərində keçirilən Dünya Kubokunda finala yüksəliblər. xəbər verir ki, yığmanın heyətində Mədinə Mustafayeva, Vladimir Dolmatov və Dilarə Qurbanovadan ibarət üçlük həlledici mərhələdə iştirak hüququ qazanıb. Martın 22-s

24 mart
.

Bir klubda ən çox qol vuran futbolçuların adları açıqlanıb

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bir komandada ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Məlumata görə, 13 futbolçunun yer aldığı siyahıya ABŞ-nin "İnter Miami" klubunun və Argentina millisinin üzvü Lionel Messi başçılıq edir. O, 2004-2021-ci illərd

19 mart
.

Azərbaycanlı kikboksçu "Glory 91" yarışında iştirak edəcək

Azərbaycanlı kikboksçu Bəhram Rəcəbzadə Fransanın paytaxtı Parisdə "Glory 91" yarışında iştirak edəcək. xəbər verir ki, döyüşçümüz turnirdə özünü yeni çəkidə sınayacaq. O, ağır yox, yüngül ağır - 91 kq-dan aşağı çəkidə çıxış edəcək. Bəhramın rəqibi yerli idmançı Kevin Oumar (33-4) olacaq. "Glor

24 mart
.

Arda Gülerin yeni transfer qiyməti açıqlandı

Xəbər verdiyimiz kimi "Transfermarkt" İspaniya La Liqasında çıxış edən ən dəyərli futbolçulardan ibarət 11-i açıqlamışdı. Ölkə.az -a istinadən xəbər verir ki, Arda Güler heyətdə yer almasa da, siyahıda yer alıb. "Transfermarkt"in açıqladığı yeni siyahıda ümumilikdə 20 futbolçu ye

26 mart
.

"Qarabağ"ın qapıçısı gələcəklə bağlı planlarını açıqlayıb

"Qarabağ"ın rusiyalı qapıçısı Andrey Lunyov gələcəklə bağlı planlarını açıqlayıb. "Report"un "Sovsport"a istinadən məlumatına görə, 32 yaşlı futbolçu hazırda bütün diqqətini Rusiya millisinə və "Qarabağ"a yönəltdiyini bildirib. "Hələlik diqqətimi millini

22 mart