Azərbaycan məhsulları niyə bahalaşıb? EKSPERTDƏN AÇIQLAMA
"Rusiya rublu yenidən ucuzlşamağa başlayıb. Bu ilin fevralında 1 dollar almaq üçün 55 rubl ödəmək lazım idisə artıq 69 rubldan artıq vəsait tələb olunur. Rusiya pulu "1 dollar 70 rubl" psixoloji həddinə yaxınlaşmaqdadır. Son 1 ayda rubl 11 faizə yaxın dəyər itirib".
Sonxeber.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Vüqar Bayramov özünün "Facebook" səhifəsində yazıb.
Onun sözlərinə görə, enerji məhsullarının qiymətinin yüksək və eləcə də Rusiya xarici ticarət göstəricilərinin pozitiv olmasına baxmayaraq rəsmi Moskva milli valyutasını dəyərsizləşməkdən qoruya bilmir: "Belə ki, 2017-ci ildə Rusiyanın ixracatı 353 milyard dollar, idxalı isə 238 milyard dollar olub. Bu isə o deməkdir ki, ötən il Rusiya xarici ticarətdə 115 milyard dollar müsbət saldo olub. Enerji məhsullarının Rusiyanın ümumi ixracatında payı isə 60 faizdir. Tədiyyə balansında da Rusiyanın vəziyyəti pis hesab edilmir. Amma bunlara rəğmən ABŞ sanksiyaları fonunda rubl dəyər itirməkdədir. Güman olunur ki, Vaşinqton sanksiyaları sərtləşdirərsə o zaman rublu yeni dalğalanmalardan qorumaq mümkün olmayacaq".
V. Bayramov qeyd edib ki, rublun ucuzlaşması şimal qoşumuzda Azərbaycan məhsullarının bahalaşmasına gətirib çıxarıb: "Əgər 1 ay öncə 100 manatlıq məhsulumuzun Rusiyada qiyməti 3676 rubl idisə indi bu rəqəm 4084 rubladək dəyişib. Bu isə o deməkdir ki, şimal qonşumuzun milli valyutası ifadəsində hər 100 manatlıq məhsulumuz son 1 ayda Rusiya bazarında 408 rubl bahalaşıb. Rubl dəyərsizləşməkdə davam edərsə qeyri-neft məhsullarımızın Rusiya bazarında rəqabət imkanları azalacaq. Rusiya Azərbaycanın qeyri-neft ixracatında 34 faizə malik olmaqla ixrac etdiyimiz aqrar məhsulların 90 faizə yaxınını aldığını nəzərə alsaq rublun ucuzlaşmasının ixracatımıza təsirlərini müəyyənləşdirmək çətin olmaz".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşAzərbaycanlılar 1 ayda bu ölkədə 131 MƏNZİL ALIB
2021-ci ilin yanvar-aprel aylarında azərbaycanlılar Türkiyədə 382 mənzil alıblar. 2020-cu ilin eyni dövründə azərbaycanlılar Türkiyədə 319 mənzil almışdılar. istinadən xəbər verir ki, azərbaycanlılar Türkiyədə 2021-ci ilin yanvar ayında 68 mənzil, fevral ayında 77 mənzil, Mart ayında 106 mənzil, Apre
13 may 2021Mikayıl Cabbarovdan qeyri-neft ixracı ilə bağlı AÇIQLAMA
Azərbaycanda qeyri-neft ixracının təşviqi tədbirləri bu sahədə artımı sürətləndirib. xəbər verir ki, bu barədə İqtisadiyyat Naziri Mikayıl Cabbarov məlumat verib. Nazir bildirib ki, pandemiyanın təsirlərinə baxmayaraq, göstəricilər müsbətdir: "İlkin nəticələrə görə, əvvəlki ilin müvafiq dövrü il
6 may 2021Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib - VİDEO
Sahibkarlar üçün maliyyə dəstəyi mexanizmlərindən istifadə asanlaşdırılıb. Güzəştli kreditlərin verilməsi proseduru sadələşdirilib. Xəzər TV-yə istinadən xəbər verir ki, Sahibkarlığın İnkişafı Fondu tərəfindən daxil olan müraciətlər əsasında təhlillər aparılıb və maliyyə dəstəyi mexanizmlərindən istifad
3 sentyabr 2021Çip defisitinə görə "Toyota" istehsalı kəskin azaldır
Yaponiyanın avtomobil nəhəngi "Toyota" gələn ay bütün dünya üzrə avtomobil istehsalını 40 % azaldacaq. Report-a istinadən xəbər verir ki, şirkət çip çatışmazlığına görə, sentyabrda 900 min yerinə 500 min avtomobil istehsal edəcək. İstehsalın azalmasına görə gələn aydan Yaponiyadakı bir neç
19 avqust 2021Dollar almaq istəyənlərin NƏZƏRİNƏ
Azərbaycan Mərkəzi Bankı bu günə olan valyuta məzənnələrini açıqlayıb. AMB-ə istinadən xəbər verir ki, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.700 manat təşkil edir. Manata nəzərən avronun məzənnəsi 2.0681, 1 türk lirəsi 0.2042 manat, 1 rus rublu 0.0231 manatdır
18 may 2021Azərbaycan nefti ucuzlaşdı
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,6 % azalıb. xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 73,53 ABŞ dolları təşkil edib. Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağ
4 sentyabr 2021"Bitcoin"in qiyməti düşdü
Dünyanın ən populyar kriptovalyutası olan "bitcoin"in qiyməti 18 faizdən çox düşüb. TASS-a istinadla xəbər verir ki, saat 20:45 (GMT+4) üçün "bitcoin"in dəyəri 18,32 faiz ucuzlaşaraq 31,179 min dollar təşkil edib. Qeyd edək ki, saat 16:55-də "bitcoin"in qiyməti 33,348 (-11,0
23 may 2021