Şaftalının meyvəsi, çiçəyi, toxumu və yarpaqları müalicə vasitəsi kimi çox faydalıdır

Şaftalının meyvəsi, çiçəyi, toxumu və yarpaqları müalicə vasitəsi kimi çox faydalıdırŞaftalının dadı da, ləzzəti də hamımıza məlumdur. Yayda şaftalının özünü, digər fəsillərdə isə bu meyvədən hazırlanan məhsulları - mürəbbə, cem, kompot və sair iştahayla yeyirik. Amma çoxumuz bilmirik ki, şəfalı xüsusiyyətlərə malik şaftalı meyvəsi kimi onun çiçəyindən, yarpaqlarından və çəyirdəyindən bir çox xəstəliklərin müalicəsində əvəzsiz təbii vasitə kimi istifadə etmək faydalıdır.

Bu fikirləri Azərbaycan Dövlət Aqrar Universitetinin Bağçılıq kafedrasının professoru, meyvələrlə müalicə sahəsində uzunillik elmi araşdırmaların müəllifi Zaur Həsənov AZƏRTAC-a şaftalının faydaları, bu meyvə ilə qidalanma və müalicə vasitəsi kimi istifadə qaydaları haqqında danışarkən deyib.

Zaur Həsənov bildirib ki, yüksək pəhrizlik xüsusiyyətlərə və zəngin kimyəvi tərkibə malik şaftalı meyvələri çox qədimdən Şərq xalqlarının böyük dəyər verdiyi qiymətli meyvə bitkilərindəndir. Bu səbəbdən də ona İranda Şahalı da deyilir.

Meyvələrdə şəkərlər, pektin, sellüloza, C vitamini, həmçinin bir çox digər maddələr vardır. Eyni zamanda, meyvədə 22 ədəd mineral element mövcuddur. Üzvi turşulardan alma, limon və şərab turşusu üstünlük təşkil edir. Meyvə lətində 18-ə qədər amin turşuları, ləpəsində 4,84 - 56,88 faiz yağ var. Bu yağdan yeməkdə istifadə edilməklə yanaşı, həm də qulaq ağrıları zamanı sakitləşdirici vasitə kimi istifadə edilir.

Müalicə vasitəsi kimi şaftalının meyvələri, çiçəyi, toxumu və yarpaqları istifadə olunur.

Şaftalı şişkinlik, anemiya, qusma əleyhinə, sidikqovucu, yumşaq işlədici təsirli, həzmi asanlaşdıran, qaraciyərin işini yüngülləşdirən, bədxassəli şişlər əleyhinə orqanizmin müvazinətini artıran, qocalmanı ləngidən profilaktiki vasitə kimi istifadə edilir.

Şaftalı meyvələri və şirəsi ürək-damar xəstəlikləri, həmçinin ürək ritminin pozulması və ateroskleroz, tənəffüs yollarının, qaraciyərin, öd kisəsinin, böyrəklərin xəstəliyi, qanazlığı, qəbizlik, aşağı turşuluqlu mədə xəstəliyi zamanı faydalıdır. Bu məqsədlə təzə meyvələrdən çəkilmiş şirə, gündə 2-3 dəfə olmaqla, yeməkdən yarım saat qabaq ½ - 1 stəkan içilir.

Şaftalı meyvələrindən hazırlanmış kompot qaraciyər, böyrək, ürək-damar xəstəliklərinin müalicəsində məsləhət görülür. Piylənməyə qarşı şəkərsiz kompot faydalıdır.

Təzə çiçəkləri və çiçəklərdən çəkilmiş şirə sidikqovucu və işlədici vasitə kimi istifadə olunur, ağrıları sakitləşdirir, zərərli duzları kənarlaşdırır.

Yarpaqlardan alınmış şirə revmatizm, qastrit, enterit, sklerodermiya və baş ağrıları, həmçinin qurdqovucu və işlədici kimi gündə 3-6 milliqram qəbul edilir. Təzə yarpaqlar yarasağaldıcı vasitə kimi yaraların üzərinə qoyulur.

Xalq təbabətində yarpaq və çiçəklərdən hazırlanmış həlim və cövhər şəkərli diabet xəstəliyinin müalicəsində, sidikqovucu və qurdqovucu vasitə kimi istifadə olunur. Həlim hazırlamaq üçün qurudulmuş çiçəklərdən 3-4 qram götürüb, üzərinə 150 milliqram qaynar su tökülür və 5 dəqiqə qaynadılır. Alınmış məhlul 2 saat müddətində soyudulur və süzüldükdən sonra ondan gündə 3 dəfə, yeməkdən 30 dəqiqə qabaq 50 milliqram içilir.

Yarpaq şirəsi və yarpaq həlimi işlədici kimi, həmçinin revmatizm, baş ağrıları və qastroenterit zamanı istifadə olunur. Yarpaq həlimi hazırlamaq üçün bir xörək qaşığı miqdarında xırda doğranmış yarpaq üzərinə 250 milliqram qaynadılmış su tökülür, 5 dəqiqə müddətində su hamamında qaynadılır və 2 saat müddətində soyudulduqdan sonra süzülür. Həlim gündə 4 dəfə yeməkdən 20 dəqiqə qabaq içilir.

Şaftalı toxumları yüksək qurdqovucu xüsusiyyətə malikdir. Toxum həlimi hazırlamaq üçün 3-7 ədəd quru toxum üzərinə 200 milliqram qaynadılmış su tökülür və sakit halda 5-7 dəqiqə qaynadırlar. Alınmış məhlul soyudulduqdan sonra gündə 3 dəfə yeməyə 1 saat qalmış 1/3 stəkan içilir.

Qızılca və diatez zamanı yaxşı qızardılmış şaftalı ləpəsi tam ovxalanaraq su ilə isladılır və uşaqların bədənində, üzündə olan səpkilərə sürtülür.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1817   Tarix: 09 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Payız soyuqdəyməsindən bunlarla qorunun

Havaların get-gedə soyumağa başlaması ilə soyuqdəymə, qrip kimi xəstəliklər də çoxalır. İmmunitet getdikcə, düşür. Buna görə də ilk növbədə immuniteti yüksək saxlamaq üçün vasitələrə baş vurmaq lazımdır. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, immuniteti ən çox yüksəldən vasitə otlardan hazırlana

17 sentyabr 2021
.

Peyvəndləmə infeksion prosesin qarşısını ala bilir? - Həkim AÇIQLADI

Dəfələrlə demişəm və yenə də təkrar edirəm ki, COVID-19-a görə məktəblərin bağlanması, həftə sonları ictimai nəqliyyatın işləməməsi, ictimai obyektlərin bağlanması düzgün addım deyil. Ona görə ki, pandemiya 5-10 il davam edə bilər. Belə çıxır ki, həmin müddət ərzində məktəblər bağlı qalmalı, ictima

12 sentyabr 2021
.

Arpa suyu - süd artıran vasitə

Dünyada anaların rəğbətini qazanan İsveçrəli əmizdirmə məsləhətçisi Hillary Jacobson süd artıran reseptləri ilə tanınmışdır. -ın Sağlamolun.az-a istinadən verdiyi xəbərə görə, mütəxəssis qeyd edir ki, onun tövsiyyə etdiyi reseptləri əmizdirdiyi dövrdə özünün süd azlığı çətinlikləri zamanı sınamışdır

8 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Dördüncü dalğa nə zaman bitəcək? - Həkim açıqladı

El bir olsa, dağ oynayar yerindən. Dediklərimi etsəniz, 4-cü dalğa bu gündən etibarən ən azı sizin üçün bitəcək. Bir müddətlik restoranlara, alış veriş mərkəzlərinə, gəzməyə, qonaqlığa getməyin. Bütün günü orda-burda şəkil çəkdirib sosial şəbəkədə paylaşırsınız, 3 gün sonra da yazırsınız ki, mən də yoluxdum

13 sentyabr 2021
.

Vaksin vurduran şəxslər niyə dünyasını dəyişir? - AÇIQLAMA

Son günlər vaksin olunanlar arasında dünyasını dəyişənlər az deyil. Bu da insanlarda narahatlığa səbəb olur. Niyə vaksinasiya olunan şəxslər virusa yoluxan zaman bu xəstəlikdən vəfat edirlər?. Məsələ ilə bağlı -a infeksionist Nicat Əzimli açıqlama vererkən "Coronavac" vaksininin hazırkı dönəmd

16 sentyabr 2021
.

Qızdırma yaradan yeni virus aşkarlanıb

Rusiyanın "Vektor" mərkəzinin mütəxəssisləri qızdırma simptomlarına səbəb ola biləcək yeni virus təsbit ediblər. Yeni patogenə Rusiyanın cənubundakı Manıç çayının şərəfinə "manych" adı verilib. Virus Rostov vilayətində tibb müəssisələrindən "Krım-Konqo hemorragik qızdırması"

10 sentyabr 2021
.

Goji cavanlaşdırıcı kremi ilə cavanlaşın!

Çökmə (Göz Qapaqları). Genetik və ya yaşlanmağa bağlı olaraq göz qapaqlarının çökmüş olması və göz uçurumun daha diqqətə çarpan hala gəlməsi xəstəni daha yaşlı və əsəbi göstərməkdədir. Bu xəstələrdə Goji Kremi ilə xəstənin baxışları daha gənc və canlı hala gətirmək mümkündür. Üzdə Boşalma və sallanmalar

13 sentyabr 2021
.

Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq

COVID-19-u yarım saatdan az müddətdə yüksək dəqiqliklə aşkar edə biləcək cihaz hazırlanıb. İxtiranın müəllifi Rusiya Federal Tibbi və Bioloji Agentliyinin (FTBA) Fiziki və Kimya Tibb İnstitutundan olan rusiyalı mütəxəssislərdir. Bildirilir ki, cihaz virus antigeninin varlığını 27 dəqiqədə aşkarlayır

8 sentyabr 2021