Bakıda məsciddən oğurluq edən şəxs barəsində qərar verildi - RƏSMİ

Bakıda məsciddən oğurluq edən şəxs barəsində qərar verildi - RƏSMİBakıda məsciddən oğurluq edərkən tutularaq dirəyə bağlanılan şəxs barəsində həbs qərarı çıxarılıb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə məlumat verib.

Onun sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinərək saxlanılan Anar Mirzəyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb: "Onun sonuncu məhkumluğu da oğurluq üstündə olub. Azadlığa çıxdıqdan sonra tüfeyli həyat tərzi keçirən bu şəxs sentyabrın 5-də həm Yasamal rayonundakı "Qasımbəy", həm də Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən "Hacıbəyverdi" məscidlərinin nəzir qutularından oğurluq edib".

O.Mansurzadə həmçinin qeyd edib ki, hər üç faktla bağlı toplanmış materiallar bir icraatda birləşdirilərək A.Mirzəyev barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə protokol tərtib edilib və baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. Məhkəmə də işin hallarını və oğurluq edənin şəxsiyyətini nəzərə alaraq onun barəsində 3 ay müddətinə inzibati həbs qərarı çıxarıb.

"Report"un əldə etdiyi məlumata görə, Yasamal rayonu ərazisində yerləşən məscidin nəzir qutusundan 90 manat pul oğurlayarkən tutulan Anar Mirzəyev əvvəllər də bir neçə dəfə eyni üsulla həmin məsciddən oğurluq edib. Məsciddə olan şəxslər onu tutmağa çalışsalar da, A.Mirzəyev hər dəfə bıçaq və digər kəsici alətlərlə onlara müqavimət göstərərək hadisə yerindən qaçmağa müvəffəq olub. Lakin o, sonuncu dəfə planını həyata keçirə bilməyib və məsciddəki şəxslər onu tutaraq qaçmaması üçün dirəyə bağlayıblar. A.Mirzəyev daha sonra polisə təhvil verilib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 2305   Tarix: 08 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Bakıda bir ailənin üç üzvünü öldürən şəxsə ÖMÜRLÜK HƏBS

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində keçmiş qayınatası, qayınanası və qaynını qətlə yetirməkdə təqsirləndirilən Nofəl Səfərova hökm oxunub. "Report" xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə ela

11 mart
.

DƏHŞƏT: Yaşlı qadın azyaşlı nəvəsini boğaraq öldürdü - FOTO

Çeboksarıda (Rusiya) nənə özünü pis aparan doqquz yaşlı nəvəsini öldürüb. Məlumata görə, uşaq anası və nənəsinin yanında böyüyüb, atası ayrı yaşayıb. Bir gün əvvəl uşaq evdə nənəsi ilə qalıb. Ana işdən evə qayıdanda oğlunu ölü tapıb. 61 yaşlı nənə nəvəsini boğub. Bu hərəkətə səbəb oğlanın təqaüdçünü

13 aprel
.

Aytən Kərimovaya 7 il həbs istənildi

Azərbaycan Dövlət Pantomima Teatrının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq mühasibi Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib. O, A.Kərimovanı

15 aprel
.

Tofiq Yaqublunun həbs müddəti uzadıldı

Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun həbsdə saxlanma müddəti uzadılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsi qərar qəbul edib. Məhkəmə prokurorun əsaslandırılmış təqdimatını təmin edib. Qərara əsasən, T.Yaqublunun həbs müddəti 2 ay uzadılıb. Xatırladaq ki, Tofi

6 aprel
.

Tovuzda 36 yaşlı kişi bıçaqlandı - Şübhəli şəxs xanımıdır

Tovuzda bıçaqlanma hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alımıb. Belə ki, kənd sakini 1988-ci il təvəllüdlü Namiq İsmayılov bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib. Vəziyyətinin kafi olduğu bildirilir

7 mart
.

Bakıda dekanın sifariş etdiyi qətlin təfərrüatı illər sonra ortaya çıxdı - VİDEO

2011-ci ildə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi İlkin Qurbanovun üzərində zorakılıq əlamətləri ilə meyitinin aşkar edilməsi ilə bağlı məlumat yayıb. Həmin vaxt Xətai Rayon Prokurorluğunda cinayət işi başlasa da, hadisəni törətmiş şəxsi və ya şəxsləri müəyyən etmək mümkün olmayıb. 11 ildən sonra

13 aprel
.

Bakıda ailə faciəsinə səbəb olan vatsap statusu...

Ötən il Bakının Qaradağ rayonunda qadının ərini baltalayaraq ona ağır xəsarətlər yetirməsinin təfərrüatları məlum olub. "Qafqazinfo"nun məlumatına görə, 29 yaşlı Könül Quliyevanın 1987-ci il təvəllüdlü əri Rəsul Quliyevlə (adlar şərtidir) mübahisəsi qadının telefonuna gələn "darıxmaq şər

8 aprel
.

İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkət

5 aprel
.

Ələsgər Məmmədli həbsdə qaldı

"Toplum TV"nin təsisçisi Ələsgər Məmmədli haqda seçilmiş həbs qərarından verilmiş şikayətə baxılıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda müdafiə tərəfi təqsirləndirilən media eksperti barəsindəki qətimkan qərarının ləğv edilməsini istəyib

15 mart