Turistlər arasında ən populyar ölkələr - SİYAHI

Turistlər arasında ən populyar ölkələr - SİYAHIÜmumdünya Turizm Təşkilatı (ÜTT) Fransanı dünyanın ən çox baş çəkilən ölkəsi adlandırıb. Sonxeber.az "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, ÜTT-nin məruzəsinə əsasən, beynəlxalq turizmin artımı yubanma əlamətləri göstərmir.

Ekspertlər 2017-ci ildə əvvəlki illə müqayisədə 6,5 faiz çox gəliş hesablayıblar. Məruzədə bu, iqtisadi yüksəlişlər izah edilir ki, bu da tələbatın artmasına gətirib çıxarır.
Turistlər arasında ən populyar ölkələrin reytinqində birinci yeri Fransa (ora 86,7 milyon nəfər gedib) tutub, ikinci yerdə İspaniya (81,8 milyon) qərarlaşıb, ilk üçlüyü isə ABŞ (75,9 milyon) tamamlayır. Çin (60,7 milyon) və İtaliya (58,3 milyon) müvafiq olaraq dördüncü və beşinci yerləri tutur.

Ekspertlər, həmçinin ən tez böyüyən turizm istiqamətlərini reytinqini tərtib ediblər. Bu reytinqə isə Misir (51,1 faiz artım) başçılıq edir. Sonrakı yerləri ardıcıl olaraq, Toqo (46,7 faiz), San-Marino (31,1 faiz), Vyetnam (21,9 faiz) və Gürcüstan (27,9 faiz) tuturlar.

Məftun

Turizm   Baxılıb: 2190   Tarix: 08 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR