"Sən çaşmasaydın, vurulmazdın" – İki dostun iki manatlıq davasının TƏFƏRRÜATLARI

"Sən çaşmasaydın, vurulmazdın" – İki dostun iki manatlıq davasının TƏFƏRRÜATLARIİki dost 2 manat 50 qəpiyə görə dava ediblər. Mübahisə əvvəlcə davaya, daha sonra isə qanlı cinayətə çevrilib. Dostlardan biri sinəsindən bıçaq zərbəsi alıb, onu ölümdən xilas etmək mümkün olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə ittiham edilərək həbs edilən 1995-ci il təvəllüdlü Elvin Hümbətovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmiş Ceyhun Abbasov ifadə verib.

Əvvəlcə hakim Ceyhun Abbasova məhkəmənin çağırışlarına məhəl qoymayaraq bir neçə aydır, proseslərə gəlməməsinə görə iradını bildirib. Zərərçəkmiş isə xəstə olduğunu əsas gətirib.

Sərbəst ifadə verən Ceyhun hadisənin baş verməsinin səbəbi kimi dostu ilə aralarında yaranmış mübahisəni göstərib. Hakim və dövlət ittihamçısı dəfələrlə mübahisənin baş vermə səbəbini soruşsa da, Ceyhun elə "anlaşılmazlıq oldu, mübahisə elədik" deyərək konkret cavab verməkdən yayınıb.

Hakim təqsirləndirilən Elvindən də hadisənin baş vermə səbəbini soruşub. Elvin isə deyib ki, bıçaqladığı Ceyhun özü bilir. Vuran və vurulan hadisənin səbəbini gah gizlətməyə, gah da cavabı bir-birinin üstünə atmağa çalışıblar.

Çoxsaylı suallardan sonra Ceyhun deyib ki, mübahisəyə səbəb pul olub. Həmin məbləğ isə 2 manat 50 qəpik imiş. Ceyhun deyib ki, Elvinə 2 manat 50 qəpik verərək başqa bir tanışlarına çatdırmasını istəyib. Amma Elvin pulu sahibinə çatdırmayıb və onların arasında mübahisə yaranıb.

Elvin bu sözlərə müdaxilə edib və deyib ki, həmin şəxsə pulu versə də götürməyib. Təqsirləndirilən Elvin əlavə edib ki, Ceyhunu vurmasının səbəbi başqadır: "Adam adamı durduq yerdə vurmaz. Əlbəttə ki, bir səbəbi var. Bunu da Ceyhun özü yaxşı bilir. Çaşmasaydın, vurmazdım. Mən ona 10 dəfə adam balası kimi izah elədim. Dedim ki, pulu verdim götürmədi. Amma başa düşmədi ki, düşmədi".

Hadisə ötən ilin dekabrında baş verib. Məlum olub ki, bıçaqlanma hadisəsindən əvvəl də Ceyhun Elvini döyübmüş. Elvin də bunun qisasını almaq istəyib. Amma Elvin məhkəmədə döyülmədiyini israrla deyib. Ceyhun isə israrla Elvini vurduğunu deyib.

Elvin bildirib ki, Ceyhunla eyni qəsəbədə qalır və münasibətləri yaxşı olub. Amma mübahisə zamanı Ceyhun ona xoşagəlməz sözlər dediyi üçün onu vurub. Ceyhun da, Elvin də dava zamanı söyüş söymədiyini deyir. Elvin davanın pul üstündə olmadığını da deyir. Belə olan halda hadisənin baş verməsinin əsas səbəbi gizli qalır.

Elvin Hümbətova Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Amma Elvin deyir ki, dostunu öldürmək yox, cəzalandırmaq niyyəti olub. O, Ceyhuna bir bıçaq vurandan sonra hadisə yerindən qaçıb.

Sinəsindən bıçaq zərbəsi alan Ceyhun da deyib ki, Elvinin onu öldürmək niyyəti olmayıb. Əgər belə bir niyyəti olsaydı, edərdi: "Mənə bir dəfə vurdu və qaçdı. Sinəmə batan bıçaq qırılıb yerə düşdü. Mən ayağa qalxmaq istəsəm də yıxıldım. Məhəllədə camaat səsə gəldi. Məni maşına qoyub xəstəxanaya çatdırdılar".

Ceyhun dostu Elvindən şikayətçi olmadığını, onu ilk gündən bağışladığını deyib. Məhkəmədə şahid qismində zərərçəkmiş Ceyhunun dayısı İsrafil İsrafilov da dindirilib.

O, deyib ki, Ceyhunla Elvinin dalaşmasından xəbər tutanda onları sakitləşdirməyə çalışıb: "İlk dəfə dava edəndən sonra Elvin bizim qapıya gəldi. Ceyhunu soruşdu. Mən də ondan xahiş elədim ki, məsələni böyütməyin. Hadisənin böyüməsini istəmirdim. Elvin çıxıb gedəndə elə bildim ki, məsələ həll oldu. Amma sonra Elvinin Ceyhunu vurduğunu eşitdim".

Məhkəmə iclası sentyabrın 14-də davam edəcək.(azxeber)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Hadisə   Baxılıb: 2344   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

SON DƏQİQƏ: Bakıda ağaclıq ərazi yanır

Bakıda ağaclıq ərazidə yanğın başlayıb. xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Səbail rayonu ərazisində ağaclıq ərazidə yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələr

17 sentyabr 2021
.

Taliblərin marşal Dustumun iqamətgahında yaşayışları - VİDEO

"New York Times" nəşri Kabulu ələ keçirdikdən sonra ölkənin keçmiş vitse-prezidenti Əbdül-Rəşid Dustumun iqamətgahını zəbt edən "Taliban" yaraqlılarının həyatından kadrlar göstərib. "Şəhərdə yaşasam da, ilk dəfədir belə bir yer görürəm", - deyən taliblərdən biri nəşrə müsahibəsind

11 sentyabr 2021
.

Tanışını döyə-döyə öldürdü

Bakıda tanışını döyərək öldürən şəxs saxlanılıb. Xətai rayon prokurorluğundan -a bildirilib ki, sentyabrın 15-də paytaxtın Xətai rayonu ərazisində 1994-cü il təvəllüdlü Hüseyn Hüseynovun almış olduğu xəsarətlər nəticəsində 3 saylı Şəhər Kliniki Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məluma

16 sentyabr 2021
.

Samuxda azyaşlı bacı-qardaşın çöplü şirədən zəhərlənib öldüyü güman edilir

Samux rayonunda üç və iki yaşlı körpələr naməlum şəraitdə ölüb. -a istinadən xəbər verir ki, hadisə Qarayeri qəsəbəsində qeydə alınıb. Kənd sakinləri - 2018-ci il təvəllüdlü Nurəddin Əfqan oğlu Quliyevin və bacısı Ruqəyya Əfqan qızı Quliyevanın yaşadıqları evdə səhhətlərində problem yaranıb. Vəziyyətlər

13 sentyabr 2021
.

Mingəçevirdə minik avtomobili kül oldu

Mingəçevir şəhərində "Mercedes" markalı minik avtomobilinin mühərrik hissəsində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyindən -a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

11 sentyabr 2021
.

Pitbul küçədə səkkiz yaşlı uşağa hücum etdi - VİDEO

Türkiyənin Çorum şəhərində səkkiz yaşlı oğlan pitbul cinsli itin hücumuna məruz qalıb. -ın -a istinadən verdiyi məlumata görə, insident ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb. Yeniyetmə oğlan ətrafdakı insanların köməyi ilə itin hücumundan xilas edilsə də, onun müxtəlif xəsarətlə

14 sentyabr 2021
.

Mingəçevirdə karantin qaydalarını pozan kafe aşkarlanıb - FOTO

Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejimindən irəli gələn qayda və tələblərə riayət edilməsi məqsədilə keçirilən nəzarət tədbirləri zamanı gecə saatlarında fəaliyyət göstərən kafe aşkarlanıb. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupunda

11 sentyabr 2021
.

Azərbaycanda QHT sədri vəfat edib

"Hüquqi Yardım" İctimai Birliyinin sədri, hüquqşünas və mediator İlqar Qasımov vəfat edib. "Report" xəbər verir ki, bu barədə onun yaxınları məlumat yayıb. Məlumata görə, o, bu gün dünyasını dəyişib. Mərhum sabah Lənkəranda dəfn olunacaq. Allah rəhmət eləsin!

12 sentyabr 2021
.

52 yaşlı qadın intihar edib

Göyçay rayonunda intihar hadisəsi baş verib. " "a istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü İradə Şixəliyeva yaşadığı evdə sirkə turşusu içərək intihar edib. Qadın üç ildir onkoloji xəstəlikdən əziyyət çəkirmiş. Faktla bağlı araşdırma aparılır

14 sentyabr 2021