Zahid Oruc onu tənqid edənlərə cavab verib

Zahid Oruc onu tənqid edənlərə cavab verib"Elə insanlar var ki, tarixi faktları, siyasi prosesləri, dövlətçilik hadisələrini müasir dövrə daşımağı sevir, paralellər aparmağı, onların əsasında təhili və mühakimə mövqelərini analiz etməyi bizdən istəyirlər. Belə olan təqdirdə, bir qədər siyasi, publisistik və yaxud da analitik məkana yaxın olanlar bilir ki, insanların hansısa peyğəmbərin həyatından misal gətirməsi avtomatik olaraq haqqında bəhs etdiyi şəxsiyyətə, dövlət başçısına peyğəmbər kimi yanaşması deyil. Şərq aləmində bəziləri ölkə rəhbərlərinə Allahın yerdəki kölgəsi kimi baxırlar. Biz bu cür ilahiləşdirmə istəyindən kənardayıq. Amma reallıq ondan ibarətdir ki, müəyyən qədər də onların missiyasında oxşarlıqlar var. İnsanların taleyinin hər zaman onların qərarlarından asılı olması, çox mürəkkəb situasiyalardan çıxmaq bacarığı, toqquşmaların və konfliktlərin qarşısını alması, dövlətlərarası münasibətlərdə həlledici rol oynaması, insanların mənəvi dünyasını təsir göstərmək, yaxşı nümunələr yaratmaq, cəza və humanistləşdirmə siyasətində dəqiq balansı qorumaq və s. keyfiyyətləri misal çəkmək olar".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc deyib.

O qeyd edib ki, peyğəmbər haqqında da bəhs edərkən eyni epitetlərdən, oxşar anlayışlardan istifadə edilir: "İlham Əliyevin, ondan öncə isə ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində daşıdıqları mühüm milli missiyadan bəhs etmişəm. Yazdığım məqalədə qeyd etmişəm ki, Musa peyğəmbər vaxtilə öz xalqı üçün fədakarlıq göstərib. Musa peyğəmbər yəhudiləri əsarətdən qurtaranda necə etmişdisə, İlham Əliyev də öz xalqını həmin üsullarla, qələbələrlə və uğurlarla müstəqilliyə öyrədir. Bəli, tarixi fakt məhz bundan ibarətdir. Azadlığımızın düz 25 ili əliyevlərin adı ilə bağlıdır. Milyonlarlarla soydaşımızın sığındığı vahid bir dövləti quran kişilər məhz Ata və Oğul Əliyevlərdir. Bu paraleldən kimsə əsas məqsəddən yayınaraq, hansısa bir ifadəni təhlil etməsi əhəmiyyətsizdir".

Z.Oruc vurğulayıb ki, adamların sözə, fikirə, ideyalara gücü çatmayanda mütləq onun içərisindən ayırmalar edib öz arzuladıqlarını reallıq kimi qələmə verib hücuma keçirlər: "Biz onsuz da haqlı mövqedən çıxış edirik. Musa peyğəmbərə qarşı çevrilən qara düşüncə sahibləri də vardı. Eynən Prezident İlham Əliyevə də əsassız yerə müxtəlif məkanlarda kölgəsinə hücum edənlər var ki, biz onları xəyanətkar hesab edirik. Parisdən, Berlindən siyasi İŞİD təfəkkürü ilə Azərbaycana hücum edənlər varsa, bu, onlara dəyən zərbələrimizin əks-sədasıdır. Birinci şəxs amili ilahi müəyyən qədər missiyadır. Buna görə də Prezident İlham Əliyev Allahın sevdiyi insandır. O, bu illər ərzində millətini çətin, ağır təhlükələrdən xilas edib. Peyğəmbərlərlə dövlət başçıları arasında aparılan paralellər yalnız Şərq dünyasının ideyası deyil, Qərbdə də bu cür paralellər aparılır".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1196   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qazaxıstan prezidenti: "Azərbaycan-Ermənistan sülh sazişinin tezliklə imzalanmasında maraqlıyıq"

Qazaxıstan Ermənistanla Azərbaycan arasında problemə biganə qalmır və iki dövlət arasında sülh sazişinin tezliklə imzalanmasında maraqlıdır. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-nə planlaşdırılan İrəvana səfəri ərəfəsində "Armenpress" agentliyinə müsahibəsində deyib.

13 aprel
.

Paşinyan: "Ermənistan Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir"

"Ermənistan 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında Azərbaycanla münasibətlərin normallaşdırılmasına sadiqdir". Ermənistan mətbuatı yazır ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə Aİ-ABŞ-Ermənista

5 aprel
.

Prezident İlham Əliyev Gəncədə ulu öndərin abidəsini ziyarət edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Gəncə şəhərində səfərdə olub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub

9 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

Azərbaycan Prezidenti: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"

"Azərbaycan dövləti güclü dövlətdir, öz gücünə, öz imkanlarına arxalanan dövlətdir". AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında söyləyib. "Biz Qarabağd

16 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan edib

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib. Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsini

15 aprel
.

Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər. Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətind

8 aprel
.

Prezident Bum qəsəbəsində tam orta məktəbin yeni binasının açılışında iştirak edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Qəbələ rayonunda 624 şagird yerlik Təbriz Yaqubov adına Bum qəsəbə tam orta məktəbinin yeni binasının açılışında iştirak edib. Bu barədə xəbər yayıb

9 aprel