Dünya prezidentlərinin gizlədilən xəstəlikləri – SİYAHI

Dünya prezidentlərinin gizlədilən xəstəlikləri – SİYAHISağlam bədəndə sağlam ruh və sağlam fikir olur.

Buna görə də, liderlər öz sağlamlıqlarına xüsusilə diqqət yetirirlər. Ancaq insan özünü heç nədən sığortalaya bilmir və yaşadıqları stres, çiyinlərinə götürdükləri ciddi məsuliyyətlər dünya liderlərinin də sağlamlıqlarına ciddi təsir göstərir.

Prezidetlərin hər hansı bir xəstəlikdən əziyyət çəkmələri çox vaxt gizli saxlanır. Ancaq vəziyyət liderlərin vəziyyəti pisləşəndə artıq bunu gizlətmək olmur. Bəs ölkə başçıları, dövlət idarəçiliyindin yüksək mərtəbəsində dayanan vəzifəlilər hansı xəstəliklərdən əziyyət çəkirlər.

Sonxeber.az Minval.info-ya istinadən məlumat verir ki, hər ABŞ prezidentlərinin sağlamlıq vəziyyətləri barədə illik hesabatlar verilir. Donald Tramp yeni prezident seçildiyi vaxtlarda onun heç bir fiziki və psixoloji problemləri olmadığı açıqlanmışdı. Ancaq Tramp özü çox "fast food" yediyini boynuna alıb və həkimi onda arterial təzyiq olduğunu qeyd edib. Sabiq prezident Barak Obamanın da ciddi xəstəliyi olmadığı qeyd edilirdi. Ancaq Obamanın orqanizmində D vitamini çatışmazlığı olduğu barədə məlumatlar var.

Amerika prezidentləri içərisində ən çox xəstəlikdən əziyyət çəkən isə Franklin Ruzvelt olub. O, artıq 38 yaşından ürək tutmaları yaşamağa başlayıb. Həmçinin, qanda yüksək təzyiq, sinir sistemini zədələyə, əzələlərin iflicinə gətirib çıxaran poliomielit, damar bərkiməsi kimi tanınan ateroskleroz kimi xəstəlikləri onun ayaqlarının yavaş-yavaş iflic olmasına gətirib. İki ayağı da iflic ola Ruzvelt həyatını sonuna qədər əlil arabasında gəzib. Təbii ki, Ruzveltin sağlamlığı prezident olduğu illərdə ictimaiyyətdən gizlənsə də, ölümünə yaxın açıqlanıb. xroniki ürək çatışmazlığı, hipertoniya, kəskin bronxit və ağ ciyər xəstəlikləri kimi Bir çox problemlər mübarizə aparan Ruzvelt sonda beyin qanamasından həyatını itirib.

Böyük Britaniya kraliçası İkinci Elizabet yaşına görə olduqca sağlamdır. Ancaq mədənin selikli qişasının iltihabi olan qastritdən əziyyət çəkir. Hətta 2013-cü ildə şiddətli ağrıları səbəbindən xəstəxanaya yerləşdirilmişdi. Böyük Britaniyanın 60 yaşlı Baş naziri Tereza Mey 1-ci növ şəkərli diabetdən əziyyət çəkir və hər gün 4 insulin iynəsi ilə müalicə edilir. Həmçinin, Baş nazir bioloji olaraq övlad sahibi ola bilmir.

Fransa dövlət başçıları da öz sağlamlıq vəziyyətlərini daima gizlətməyə çalışırlar. Sabiq prezident Nikolya Sarkozinin idman zamanı huşunu itirib yıxıldığı bilinir, ancaq həkimləri onun xəstəliyi ilə bağlı heç bir açıqlama vermədən, sadəcə vəziyyətinin yaxşı olduğunu deyiblər. Daha əvvəl də, prezident Georgi Pompidonun xəstə olduğu gizlədirdi, ancaq prezidentlik müddətində dünyasını dəyişməsindən sonra onun qan xərçəngindən əziyət çəkdiyi açıqlanmışdı. 1981-95-ci illərdə Fransanı idarə edən Françis Mitteran da vəzifədən uzaqlaşdıqdan bir neçə ay sonra prostat xərçəngindən ölüb. Açıqlamaya görə, keçmiş prezident 11 ay boyunca həkimlərə sağlamlıq bulletenlərinin saxtalaşdırılmasını əmr edirmiş. Hazırkı prezident Emanuel Macronun fiziki göstəriciləri barədə də ictimaiyyətə heç bir məlumat verilməyib.

2014-cü ildə Rusiya Federasiyasının prezidenti Vladimir Putinin də xəstə olduğu deyilirdi. Bəzi mənbələr Putinin onurğa beyində, bəziləri isə mədəaltı vəzində xərçəng olduğunu iddia edirdilər. Ancaq sonra Putinin mətbuat katibi Dmitri Peskov xəstəlik iddialarını təkzib edib.

Prezidentlik müddəti çox qısa çəkən, Ermənistanın sabiq baş naziri Serj Sarkisyan da ağır xəstəliyə tutulub. Onun Koreyada lif hüceyrəsindən mülicə alması barədə xəbərlər mətbuata sızdıqdan sonra prezidentin mətbuat xidməti məlumatı təsdiq etməyə məcbur olub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərodağanın xəstə olduğu illərdir müzakirə edilir. Dəqiq açıqlama verilməsə də, Ərdoğanın kolorektal (bağırsaq) xərçəngi olduğu deyilir. Məlumatlara görə, onun bağırsaqlarının yarısı əməliyyatla götürülüb.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 5056   Tarix: 10 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

14 sentyabr 2021
.

Bio Balance Age Reversing Instant Wrinkle Filler

Məhsul haqqında. Bio Balance gəncləşdirici və anında qırışıq doldurucu krem. Faydaları:. Üz xətlərini və qırışıqlarını dərhal doldurur və hamarlayır. Cilddəki xətlərivə qırışıqlıqları dərhal minimizə edir. Cildə möhkəm və dolğun görüntü bəxş edir. Cilddəki qocalma əlamətlərini azaldır. İstifadə qaydaları:

10 sentyabr 2021
.

Biləcəri qəsəbəsində 7 sot torpaq sahəsi satılır!

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asef Zeynallı küçəsi, Respublika DYP ya tərəf gedəndə 3-cü küçədə 6,7 sot torpaq sahəsidir, yoldan 150 metr aralıdır. Köhnə məhəllədir, yaşayış çoxdur, özüm satıram, 2 hissəyə də bölüb satmaq mümkündür, torpağın eni 23,5 uzunu 28,5 metrdir. Qaz,su,işıq kanalizasiy

8 sentyabr 2021
.

"Facebook" "ağıllı" eynək satışına BAŞLAYIR

"Facebook" platforması "Ray-Ban"la müştərək "ağıllı" eynəklərin satışına başlayır. xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş məlumatda bildirilir. "Ağıllı" eynəklər foto və video çəkilişi, musiqi mərkəzi və telefon zəngi kimi funksiyalara malikdir

12 sentyabr 2021
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ-a istinadən xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonu

10 sentyabr 2021
.

Dadına görə yeyilmir, amma...

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrind

7 sentyabr 2021
.

Gölün ortasında velosiped yolu tikildi - FOTOLAR

Belçikada "Göllərin qorunması" layihəsi çərçivəsində ölkənin şərqində yeləşən göldə velosiped sürənlər üçün unikal yol hazırlanıb. Hollandiya sərhədi yaxınlığındakı Limburg əyalətində yerləşən, iki gölü ayıran köhnə bir sahil boyunca uzanan 200 metrlik velosiped yolu 2016-cı ildə açılıb. Sürücülə

8 sentyabr 2021
.

Günəşin ətrafındakı halqa görənləri heyrətləndirdi - FOTOLAR

Sinqapurda Günəşin ətrafında yaranan işıq dairəsi görənləri heyrətləndirib. xəbər verir ki, 2020-ci ildən sonra ikinci dəfə müşahidə olunan Günəş dairəsi insanlar tərəfindən maraqla qarşılanıb. Hər kəs bu təbiət hadisəsini seyr etsə də, elm insanları dairəyə gözlüksüz baxmağın təhlükəli olduğu yönünd

12 sentyabr 2021
.

Dərinizi yumşaq və gözəl edən təbii VASİTƏ

Məhsul haqqında BURADAN . Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə. Biokus Acne Ağardıcı Serum vitaminlər, təbii maddələr ilə zənginləşdirilmişdir. Ən yaxşı ağardıcı müalicə hesab olunur. Bu ağardıcı müalicə formulunun tərkibində olan minerallar, meyv

9 sentyabr 2021