Yol qəzalarına düşən DÖVLƏT BAŞÇILARI...

Yol qəzalarına düşən DÖVLƏT BAŞÇILARI...Yol qəzaları hər il on minlərlə insanın həyatına son qoyur, yüz minlərlə insan isə xəsarətlərlə qurtulur. Bu cür hadisələrdən hamı kimi ən yaxşı qorumalara və imkanlara sahib dövlət başçıları da sığortalanmayıb. Dövlət başçılarının düşdüyü qəzalardan bəziləri ehtiyatsızlıq və ya texniki nasazlıqlar səbəbi ilə baş versə də, digərləri ən yüksəık vəzifə tutan şəxslərə qarşı sui-qəsd məqsədi ilə qəsdən törədilir. Yol qəzalarına düşən rəsmi şəxslər sırasına dünyanın ən güclü təhlükəsizlik xidmətlərinə sahib ABŞ və Rusiya liderləri də məruz qalıb.

İki gün öncə Moldova dövlət başçısı İqor Dodonun yol qəzasına düşməsi və ondan az əvvəl isə separatçı Abxaziya rejiminin baş nazirinin yol qəzasında ölməsi dünya mediasında ciddi müzakirələrə səbəb olub.

Sonxeber.az xəbər verir ki, Modern.az bunları nəzərə alaraq, yol qəzalarına düşən dövlət başçılarını araşdırıb.

Moldova prezidenti İqor Dodonun korteji sentyabrın 9-da yol qəzasına düşüb. Kortejdəki maşınlardan birinin əks istiqamətdə hərəkət edən yük maşını ilə toqquşduğu bildirilir. Qəzada prezidentin xəsarət almadığı qeyd olunsa da, onun anasının yüngül xəsarətlər aldığı söylənilir. Dodon özü qəzanı "müəmmalı" adlandırıb və təhqiqatın bu suala cavab verəcəyinə ümid etdiyini vurğulayıb.

Polşa prezidenti Anjey Dudanı daşıyan maşın 2018-ci ilin fevralın 27-də hərəkət zolaqlarını ayıran beton arakəsməyə dəyib. Bəzi məlumatlara görə, prezidentin maşını beton arakəsmənin üzərində ilişib qalıb və hərəkət edə bilməyib. Duda özü xəsarət almayıb və yolunu kortejdəki digər avtomobillə davam etdirib. İlkin məlumatlara görə, yol qəzası maşının təkərinin anidən partlaması nəticəsində baş verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı daşıyan kortej 2016-cı ilin dekabrında İstanbulda ağır yol qəzasına məruz qalıb. Bildirilir ki, Ərdoğan həmin vaxt dua üçün etmək üçün məscidə gedirmiş. Hadisədə 4 polis nəfərinin xəstəxanaya çatdırıldığı qeyd edilir. İnsident yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları qəza yerini mühasirəyə alsalar da, yolda hərəkət dayandırılmayıb.

Ən güclü mühafizə olunan dövlət başçılarından ABŞ prezidenti Donald Trampın korteji də 2017-ci ilin sentyabrın 28-də İndianapolis ştatında qəzaya düşüb. Qəza korteji müşayiət edən motosiklet sürücülərindən birinin idarəetməni itirməsi nəticəsində baş verib. Şahidlər polisin özündə olduğunu qeyd edirlər. Həmin şəxsin xəstəxanaya yerləşdirildiyi və topuğunu sındırdığı qeyd edilib.

ABŞ-ın ilk qara dərili prezidenti Barak Obamanı daşıyan kortej isə bir az ağır yol qəzasına tuş gəlib. Hadisə 2012-ci il sentyabrın 9-da prezidentin seçkiqabağı kampaniyası çərçivəsində hərəkəti zamanı baş verib. Yolda hərəkət zamanı Ford markalı pikap avtomobili prezidentin kortejində olan polis motosikletini vurub. Nəticədə polis zabiti həyatını itirib. Prezidentin mətbuat xidmətindən Obamanın qəzanı şəxsən görməsə də, yolda ölü vəziyyətdə qalan zabiti öz gözləri ilə gördüyünü qeyd ediblər. Prezident həlak olmuş polisin ailəsinə baş sağlığı bildirib.

Kanada baş naziri Castin Trüdonun maşın korteji 2018-ci ilin fevralın 10-da yol qəzasına düşüb. Hadisənin qonşu ölkədə - ABŞ-ın Kaliforniya ştatında baş verməsi isə ciddi müzakirələrə səbəb olub. Qəza polis motosikletinin Toyota markalı krossoverin anidən qarşısına çıxması nəticəsində baş verib. Nəticə üç nəfər xəsarət alıb və onlar xəstəxanaya yerləşdiriliblər.

Konqo Demokratik Respublikasının prezidenti Jozef Kabilanın korteji də 2018-ci ilin fevralın 13-də ölkənin qərbində qəzaya düşüb. KİV-in məlumatına görə, kortejə daxil olan maşınlardan biri idarəetməni itirib və yol kənarındakı maneələrə çırpılıb. Nəticədə prezident qvardiyasının 5 hərbçisi ölüb.

İsveç baş naziri Stefan Leven 26 fevral 218-ci ildə yol qəzasına düşüb. Hadisənin pis hava şəraiti səbəbi ilə baş verdiyi bildirilir. Baş nazirin sürücüsü pis görmə şəraitində qarşıda dayanmış maşını görməyib və vaxtında əyləcə basa bilmədiyinə görə qəza baş verib. Hadisədə xəsarət alan olmayıb. Maraqlısı burasıdır ki, KİV-də hadisə zaman baş naziri müşayiət edən digər maşınların adları çəkilməyib. Onun minimum müşayiətlə hərəkət etdiyi bildirilib.

Rusiya prezidenti Vladimir Putinin korteji də qəzaya düşüb. Bu qəza xarici KİV-də Putinə mesaj kimi qiymətləndirilib. 2016-cı ilin sentyabrın 2-də prezidentin korteji Moskvada hərəkət edərkən qarşıdan gələn Mercedes markalı avtomobil anidən istiqaməti dəyişərək, yüksək sürətlə kortejin üzərinə hərəkət edib. O, prezidentin avtomobili ilə toqquşub. Lakin həmin an Putin o maşında deyil, kortejdəki digər maşında olub. Nəticədə Rusiya prezidentinin ən yaxşı sürücüsü hadisə yerindəcə həyatını itirib.

2012-ci ilin oktyabrın 3-də Zimbabve prezidenti Robert Muqabenin korteji insan itkisi ilə müşayiət olunan yol qəzasına düşüb. 88 yaşlı prezidentin korteji yük maşını ilə toqquşub. Hadisə nəticəsində qarşıda hərəkət edən polis motosikletinin sürücüsü yerindəcə həyatını itirib. Qeyd etmək lazımdır ki, bundan əvvəl də Muqabenin korteji 4 dəfə yol qəzasına tuş gəlib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2200   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13 sentyabr 2021
.

Bill Qeyts dünyanın ən böyük hotellərindən birini satın aldı

"Microsoft" şirkətinin təsisçisi və dünyanın ən varlı adamlarından biri Bill Qeyts Səudiyyə Ərəbistanı Şahzadəsi Talal bin Abdülaziz Əl-Səudun "Four Season" hotel şəbəkəsinin səhmlərinin yarısını satın alıb. Yayılan məlumatlara əsasən, Bill Qeytsin nəzarətində olan "Cascade Investment"

10 sentyabr 2021
.

"Google" xəritəsindən mistik görüntü - VİDEO

Sosial şəbəkələrdə səhrada yardım çağırışının əks olunduğu foto yayılıb. Şəkli "MrMBB33" ləqəbli "YouTube"-bloqer dərc edib. Bloqer xəritədə İordaniyanın cənubundakı ucqar səhranı araşdırarkən qumun üzərində latın hərfləri ilə "SOS Stranded" ("Kömək lazımdır. Burd

7 sentyabr 2021
.

Bu qadın 40 ildir ki, yatmır - Səbəbi açıqlandı

Çində yaşayan Li Zhanying adlı qadın 40 ildir yatmadığını iddia edir. -a istinadən xəbər verir ki, çinli qadının 40 ildir yatmadığını qonşular və həyat yoldaşı da təsdiqləyir. 45 yaşlı çinli qadın 5 yaşından bəri yatmadığını bildirib. Bu səbəbdən bir çox həkimə müraciət etdiyini, ancaq diaqno

8 sentyabr 2021
.

Fərqli gözləri olan pişik bloqerlik edir - FOTO - VİDEO

Bu pişik öz həmcinslərindən nadir genetik patalogiyası ilə fərqlənir. Heteroxromiya sayəsində onun bir gözü sarı, digər isə mavidir. Rusiyanın Sankt-Peterburq şəhərində Yevgeni adlı sahibiylə birlikdə yaşayan ev heyvanı həm də qeyri-adi məşğuliyyətə sahibdir. Belə ki, o asudə vaxtlarında bloqerlik edi

16 sentyabr 2021
.

İdman dünyası BİR ƏSRDƏ necə dəyişdi? - FOTO

Bir insan üçün 100 il çox böyük müddətdir, tarix baxımından isə bir əsr bir anlıqdır. idman aləminin bir əsrdə necə dəyişdiyini açıq şəkildə nümayiş etdirən maraqlı arxiv fotoşəkillərini təqdim edir:

15 sentyabr 2021
.

Körpəm məni nə zaman eşitməyə başlayır?

Körpəsinin doğulmasını gözləyən ana və atalar, uşaqlarını qucaqlarına alacaqları günü düşünəndə həyəcanlanırlar. Bununla yanaşı, bətndəki körpələri haqqında məlumatlarla da maraqlanırlar. Onlara ən çox maraqlı gələn sual isə budur: Uşağım məni nə vaxt eşitməyə başlayır?. -a istinadən məlumat verir ki

17 sentyabr 2021
.

Danışan ÖRDƏK tapıldı - VİDEO

Avstraliyada Ripper adlı bir ördək "sən lənətə gəlmiş axmaq" kimi bir söz deyə bilir. Yeni araşdırmalara görə, quşun 1980-ci illərin sonlarında Kanberra yaxınlığındakı Tidbinbilla vəhşi təbiət qoruğunda böyütmüş bir baxıcıdan - "lənətə gəlmiş yemək" kimi də yozula bilən ifadəni öyrəndiy

9 sentyabr 2021
.

Zooloqlar inəklərə görün nə öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. Məlum olduğu kimi inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmaması üçün müəyyən çətinliklərl

15 sentyabr 2021