Deputat: Digərləri də Fəxrəddinin taleyini yaşamalıdır

Deputat: Digərləri də Fəxrəddinin taleyini yaşamalıdır"Fəxrəddin Abbaszadə uzun müddətdir Azərbaycana qarşı çox kəskin mövqedə çıxışlar edirdi, çağırışlar edirdi. Azərbacana qarşı aparılan təhdidlərin tən ortasında yer almışdı. Azərbaycanı parçalamaq, ölkədə separatizmin yayılması və onun geniş miqyas almasına böyük dəstək verən, bunun ideoloqlarından biri kimi çıxış edirdi". Bunu Sonxeber.az-a Milli Məclisin deputatı Fəzayıl Ağamalı separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri Fəxrəddin Abbaszadənin Moskvada saxlanılmasına münasibət bildirərkən deyib.

Fəxrəddinin həbsində Rusiya amili

Millət vəkilinin sözlərinə görə, onun bu hərəkətləri və davranışları Azərbaycan Cinayət Məcəlləsinə uyğun cavabını almalıydı və bu nəhayət baş tutdu. Buna görə Rusiya ilə Azərbaycan arasında münasibətlərin yüksək səviyyədə olduğu da önə çıxır. Ona görə ki, Fəxrəddini Rusiyanın hüquq-mühafizə orqanları həbs ediblər, yəqin ki, qısa zaman kəsiyində onu Azərbaycana təhvil verəcəklər".

Əlikram Hümbətov da bu taleyi yaşamalıdır

F. Ağamalı separatçının həbsinin kifayət etmədiyi qənaətindədir: "Azərbaycana qarşı təhdidlərlə çıxış edən, ölkənin unitar dövlətçiliyinə qarşı kəskin mövqe ortaya qoyan, antiazərbaycan qüvvələr içərisində xüsusi yer tutan, Azərbaycanın müstəqilliyinə və suverenliyinə təhlükə törədə bilən çağırışları edən hər kəs Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs olunaraq cəzasını almalıdır. Abbaszadə ilə kifayətlənməli deyilik. Əlikram Hümbətov da bu taleyi yaşamalıdır. Hümbətovun Azərbaycan dövlətinin humanist siyasəti nəticəsində azadlığa buraxılmasına baxmayaraq, o, çirkin əməllərindən əl çəkmədi, hətta Ermənistanın xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsini də gizlətmir, Ermənistana gedərək orada Azərbaycana qarşı çirkin təbliğat kampaniyasının fəal iştirakçılarından biri kimi özünü göstərməkdədir".

Digərləri də Fəxrəddinin taleyini yaşamalıdır

Deputat qeyd edib ki, həmçinin, Avropanın ayrı-ayrı ölkələrində yerləşərək Azərbaycanı inqilabla, üsyanla, silahlı mübarizə ilə hədələyənlər və belə çağırış edənlər hüquq-mühafizə orqanları tərəfindən hökmən həbs olunaraq Azərbaycana gətirilməlidir: "Onlar məhkəmə qarşısında törətmiş olduqları əməllərə görə cavab verməlidirlər. Bu addımı yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu, başlanğıcdır. Bundan sonra da digərləri Fəxrəddinin taleyini yaşamalıdır. Azərbaycanın hüquq-mühafizə orqanları bu baxımdan çox kəskin, ardıcıl və prinsipial mövqe nümayiş etdirməlidir.

Fəxrəddin qanun qarşısında cavab verməsə...

F. Ağamalı hesab edir ki, Azərbaycanın əleyhinə olan qüvvələr içərisində xüsusi yer tutan şəxslər, siyasi məhbus adı altında öz biznesini quran, korrupsiyalaşmış şəxslər F. Abbaszadənin adının və soyadının qarşısına siyasi məhbus anlayışını da qoyacaqlar: "Lakin biz geri çəkilməli deyilik. Çünki o, faktiki olaraq cinayətə yol verib və cinayətə yol verməkdədir. Bu, birmənalı şəkildə tələb edir ki, Fəxrəddin və onun kimi insanlar qanun qarşısında cavab versinlər. Belə olmasa, o zaman həm Azərbaycanda, həm də bütün ölkələrdə anarxist qüvvələr stimullaşar, onlar hər bir ölkədə olduğu kimi Azərbaycanda da özünün xoşagəlməz fəsadlarını verə bilər".

Xarici İşlər Nazirliyi sərt mövqe nümayiş etdirməlidir

Onun sözlərinə görə, Avropada olan ayrı-ayrı antiazərbaycan qüvvələri ölkə Prezidentinə, onun ailəsinə, Azərbaycan dövlətçiliyinə qarşı şər, böhtan, tərbiyəsiz sözlərdən belə çəkinmirlər: "Əgər bu vəziyyət Azərbaycanın içərisində həmin ölkələrə qarşı olsaydı, tam əminəm ki, onlar buna biganə qalmazdılar və çox sərt şəkildə öz reaksiyalarını bildirərdilər, Xarici İşlər nazirlikləri, səfirlər səviyyəsində nota göndərərdilər. Çox təəssüf ki, xüsusilə Azərbaycanın Xarici İşlər Nazirliyi Avropada və ayrı-ayrı ölkələrdə sığınacaq almış, erməni və antiazərbaycan qüvvələrinin puluyla ölkə əleyhinə çıxan şəxslərə qarşı sərt mövqe nümayiş etdirmir və bu bizdə çox böyük təəssüf doğurur. Buna görə də onlara qarşı sərt mövqe olmalıdır. Azərbaycanın Xarici İşlər Nazirliyi, xarici ölkələrdəki səfirlər Azərbaycan dövlətçiliyi naminə prinispial mövqe orta qoyaraq konkert addımlar atmalıdırlar".

Separatçı Fəxrəddin kimdir?

Qeyd edək ki, Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında federal axtarışa verilən və bu il sentyabrın 6-da Moskvada saxlanılan separatçı təşkilat rəhbəri, qondarma Talış Milli Hərəkatının sədri F. Abbaszadə ilə bağlı Azərbaycanın Baş Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmalar Dövlət Təhlükəsizlik Xidmətilə (DTX) birgə aparılır. Fəxrəddin Abbaszadə (özünü Faxroddin Abboszoda adlandırır) Azərbaycana düşmən kəsilən separatçı, bir zamanlar ölkəmizi bölməyə və "Talış-Muğan Respublikası" yaratmağa çalışmış Ələkrəm Hümbətov tərəfindən 1993-cü ildə qondarma qurumun "parlamentinin spikeri" təyin olunmuşdu. Xəyanətin qarşısı alındıqdan sonra qaçıb Rusiyaya sığınan F.Abbaszadə uzun müddətdir xaricdən Azərbaycan dövlətçiliyi əleyhinə mütəmadi təxribat xarakterli kəskin çıxışlar edirdi. O, ermənilərə məxsus mətbuat orqanlarında da Azərbaycana qarşı separatçı çıxışlar sərgiləyib. Fəxrəddin Abbaszadənin Ermənistan xüsusi xidmət orqanları ilə sıx əlaqədə olduğu bildirilir. Dəfələrlə Yerevanda separatçı tədbirlərə qatılan F. Abbaszadə Azərbaycanı, hakimiyyəti, müxalifəti, siyasi partiyaları, medianı ən müxtəlif "cinayətlər, repressiyalar, təqib"lərdə suçlayıb.

Məftun Salmanov


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1835   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

"Ermənistan beynəlxalq güc mərkəzlərinin maşası rolunda çıxış edir" - Ekspert

Son zamanlar bir sıra dünya ölkələri arasında gərginlik artmaqda davam edir. Bu proseslər Azərbaycan və Ermənistan münasibətinə necə təsir edə bilər?. Məsələ ilə bağlı politoloq Tural İsmayılov -a açıqlama verib. Politoloq Ermənistanın qızışdırılması Cənubi Qafqazı təhdit etdiyini bildirib:. "So

16 aprel
.

Sülhməramlılar Xudavəng monastırının ərazisini tərk etdi

Azərbaycanda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinə məxsus heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb. APA-ya istinadən xəbər verir ki, sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib. Hazırda Xudavəng monastrın

16 aprel
.

Ermənistanın baş naziri Vladimir Putinin andiçmə mərasiminə gedəcəkmi? - VİDEO

"Rusiya ilə münasibətlərində çətin günlərini yaşayan Ermənistan hələ də bir sualın cavabında qərara gələ bilməyib. Sual isə belədir: prezident Vladimir Putinin andiçmə mərasiminə Rusiyaya gedəcək və ya getməyəcəklər. Bu barədə Baku TV-nin "YouTube" kanalının növbəti analitik süjetind

12 aprel
.

R.Vardanyan - "Çirkli pulları yuma" hesabatlarında, yoxsa Nobel namizədliyində?

Məlum olduğu kimi, son illər ərzində özü barədə "filantrop" təəssüratı yaratmağa çalışmış, lakin çoxlarının qısa müddətdə aşkar çirkli pullar hesabına milyarder olmuş, Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində yaradılmış qondarma "Artsax Respublikası" adlı qanunsu

16 aprel
.

"Fransız deputatlar Azərbaycan əleyhinə qarayaxma kampaniyasında oyuncağa çevrilib" - Politoloq

Fransa Azərbaycandakı səfirini geri çağırıb. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Fransa Azərbaycandakı səfirini məsləhətləşmələr üçün geri çağırmaq qərarına gəlib", - məlumatda vurğulanıb. Səfir Ann Buayonun artıq Fransada olduğu və prezident Emmanuel Makronun diplomat

18 aprel
.

Ermənistanla Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər

Ermənistan və Azərbaycan delimitasiya və demarkasiya komissiyalarının işini bərpa etmək barədə razılığa gəliblər. "Report" "Novosti Armenia"ya istinadən xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında deyib. "Hökumətlə

11 aprel
.

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı" seçilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. xəbər verir ki, bununla bağlı məlumat yayıb. Sərəncama əsasən, Nazirlər Kabineti Şuşa şəhərinin 2024-cü il üçün "İslam Əməkdaşlı

17 aprel
.

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinə cavab verib

Qərbi Azərbaycan İcması ABŞ-nin Ermənistandakı səfirinin bəyanatına cavab verib. "Report" xəbər verir ki, İcmanın açıqlamasında deyilir:. "Amerika Birləşmiş Ştatlarının (ABŞ) Ermənistandakı səfiri Kristina Kvien Azərbaycandan köçmüş ermənilərin təhlükəsiz şəkildə geri qayıtmaq məsələsin

11 aprel
.

Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA - VİDEO

Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib. Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı

17 aprel