"Paşinyan bölgəni müharibəyə sürükləyir" - Politoloq

"Paşinyan bölgəni müharibəyə sürükləyir" - Politoloq"Ermənistanın baş naziri Nikol Paşinyanın ifadə etdiyi sərt ritorika sırf Azərbaycana təzyiq xarakteri daşıyır və Moskva ilə əlaqələrin qaydasında, hətta əvvəlkindən də daha səmimi səviyyədə olduğunu nəzərə çarpdırmaq məqsədi güdür".
Bu fikirləri Azvision.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Paşinyanın avatürist mövqeyi münaqişənin hərbi yolla həllinə apara bilər:

"Paşinyanın "Kommersant" qəzetinə verdiyi müsahibədə Dağlıq Qarabağ probleminin həlli ilə bağlı işlətdiyi ifadələr sözün həqiqi mənasında divanəlik, normal diplomatik etiketə yaraşmayan hərəkətdir. Dağlıq Qarabağın hüdudlarından kənarda işğal edilmiş 7 rayonun Azərbaycana qaytarılmayacağı, onun kontitusiya ilə qondarma rejimə aid olduğunu söyləməsi, bu adamın çox avantürist təbiətli və beynəlxalq hüquq, beynəlxalq münasibətlərdən tamam kənar adam olduğunu göstərir. Görünür, bu adam həyasızcasına iddiaları ilə bir daha Azərbaycanı məcbur edəcək ki, danışıqlar prosesi haqqında bəyanat versin və məsələnin hərbi yolla həlli istiqamətində çalışsın.

Hesab edirəm ki, Paşinyanın Moskva səfərindən sonra verdiyi bəyanatlar, regionda vəziyyəti yenidən gərginləşdirmək, danışıqlar prosesini pozmaq, eyni zamanda Azərbaycandan kompromis adı altında ciddi məsələlərdə güzəşt tələb etmək məqsədi daşıyır. Qarşısında duran dövlətin oyuncaq dövlət olmadığını və belə yanaşmalardan çox ciddi nəticələr çıxara biləcəyini düşünmür. Paşinyanın Moskva səfəri Azərbaycan prezidentinin Rusiyaya səfərinə cavab idi. Bununla göstərmək istəyirdi ki, münasibətlər tam qaydasındadır. Hətta özünün iddia etdiyi kimi guya əvvəlkindən bir qədər də yüksək səviyyəyə qalxıb. Bunların hamısı qeyri-ciddi yanaşmadır. Adamın səviyyəsinin çox primitiv və aşağı olduğu nəzərə çarpır. Belə görünür ki, Paşinyan küçədən gələn biri kimi diplomatiya aləminə tamamilə yaddır".

Politoloq qeyd edib ki, Qarabağ məsələsində Rusiya öz xeyrinə oyun oynayır: "Bildirilir ki, Soçi görüşündə razılaşdırılmamış, bu səbəbdən də ekspertlərin yenidən işləməsinə verilmiş bəzi məsələlərin razılaşdırılması Rusiya prezidenti Vladimir Putinin Azərbaycana sentyabrın 25-də nəzərdə tutulan səfəri zamanı baş tutacaq. Bunların iqtisadi, yoxsa siyasi məsələlər blokuna aid olduğu barədə məlumat verilmir. Ehtimal edirəm ki, siyasi məsələlər blokuna aiddir və bu istiqamətdə Rusiya Dağlıq Qarabağla bağlı danışıqlar prosesini, bütövlükdə problemi öz nəzarətində saxlamaq istəyir. Bununla da həm Azərbaycanı, həm də Ermənistanı öz orbiti ətrafında hərəkət etməyə məcbur etmək niyyəti güdür. Azərbaycan prezidentinin Soçi səfərindən sonra Rusiya ilə münasibətlər, xüsusilə iqtisadi sahədə əlaqələr tamamilə yeni mərhələyə qalxa bilər.

Amma bizim üçün ən vacib olanı iqtisadi məsələlərlə yanaşı, siyasi, xüsusilə Dağlıq Qarabağ probleminin həllidir. Göründüyü kimi Ermənistanda ipə-sapa yatmayan hakimiyyətin iş başına gəlməsi münasibətləri daha da gərginləşdirib. Rusiya bütün iplərini öz əlində saxlayır və Paşinyan kimi avantüristlərin meydan sulamasına imkan vermək olmaz. Səfər zamanı Dağlıq Qarabağ məsələsi daha ətraflı, daha ciddi surətdə nəzərdən keçirilə bilər və həll varinatları üzərində müəyyən məqbul konsensusa gəlinməsi istiqamətində axtarışlar aparıla bilər. Rusiya bilir ki, Azərbaycanın səbri tükənib və onu öz ərazi bütövlüyünü təmin etməkdən heç nə saxlaya bilməz. Rusiya buna görə də bölgədə yeni müharibənin olmasnı öz maraqları üçün ciddi zərbə hesab edir və qarşısını almağa çalışır. Bunun üçün mütləq Azərbaycanı təmin edəcək varinatlar üzərində düşünməlidirlər. Hər halda Rusiya bu məsələdə sona qədər səmimi mövqe tutmur, desək yanılmarıq".

Q.Hüseynli vurğulayıb ki, Paşinyan bölgəni müharibəyə sürükləyir: "Paşinyanın son çıxışları o dərəcədə qeyri-etik, qeyri-diplomatikdir ki, hətta sıravi azərbaycanlını belə qəzəblənməyə, hiddətlənməyə sövq edir. Hətta bəziləri lap daş-kəsəklə də olsa ermənilərlə vuruşmaq kimi fikirlərə düşürlər. Dağlıq Qarabağın hüdudlarındakı 7 rayonun qondarma rejimin konstitusiyasına uyğun olaraq ərazisi hesab olunmasına dair fikirlər səsləndirən adamın tam məsuliyyətsiz, siyasi cəhətdən naşı, bölgədə gərginliyin azalmasına yox, artırılmasına xidmət edən təxribatçı olduğu başa düşülür".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1901   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Vladimir Putin: "Heydər Əliyev Baykal-Amur magistralının tarixində müstəsna, böyük rol oynayıb"

"Heydər Əliyev Baykal-Amur Magistralının (BAM) tarixində müstəsna, böyük rol oynayıb". AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları v

22 aprel
.

Azərbaycan-Ermənistan sərhədində koordinatların dəqiqləşdirilməsi prosesi başlayıb

2024-cü il aprelin 23-də ölkələrin ekspert qrupları Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Baş nazirinin müavin

23 aprel
.

Rusiya Qarabağdakı abidələrlə bağlı məsələlərin həllində Bakı və İrəvana yardım göstərməyə hazırdır

"Rusiya Qarabağ ərazisində dağıdılmış abidələrlə bağlı məsələlərin həllində Azərbaycan və Ermənistana kömək göstərməyə hazırdır". Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə bildirib. "Ermənistan və Azərbaycan arasında mədəni abidələrin, tarixi abidələrin v

25 aprel
.

Prezident: "COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür"

"Bizim sonuncu görüşümüzdən etibarən bütün hadisələr müsbət məcrada gedir, istər Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, istərsə də sərhədlərin delimitasiyası olsun". AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP2

23 aprel
.

"Azərbaycanla Ermənistan arasında delimitasiya prosesinə sürətlə gedir" - Politoloq

Dünən 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir. Yaxın gələcəkdə hansı əraziləri

24 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam Konfrans Mərkəzi ilə tanış olublar. Bu barədə AZƏRTAC məlumat yayıb

25 aprel
.

Nazir direktoru işdən çıxardı

Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 nömrəli tam orta internat məktəbinin direktoru İsmayıl Əliyev vəzifəsindən azad edilib. "Unikal"ın əldə etdiyi məlumata görə, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Hələlik direktor vəzifəsinə təyinat yoxdur

25 aprel
.

Qırğızıstan Prezidenti Şəhidlər xiyabanını ziyarət etdi - Fotolar

Azərbaycanda səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 24-də Şəhidlər xiyabanını ziyarət edib. "Qafqazinfo" xəbər verir ki, Prezident Sadır Japarov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsin

24 aprel