Bakı işğaldan azad edilməsəydi... - Millət vəkili

Bakı işğaldan azad edilməsəydi... - Millət vəkili"100 il əvvəl sentyabrın 15-də Bakının azad edilməsinə Azərbaycanın xilası tarixi kimi baxılmalıdır. Bakı işğaldan azad edilməsəydi, Azərbaycan dövlətinin rəsmən tanınması mümkün olmayacaqdı".

Sonxeber.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Millət vəkili bildirib ki, Bakının işğaldan azad edilməsi ciddi bir tarixi uğurdur:

"Nuru Paşanın komandanlığı altında Qafqaz İslam ordusu Bakını azad edəndən sonra Azərbaycan höküməti Bakıya köçdü. Bundan sonra Fətəli xan Xoyski hökümətin fəaliyyəti ilə bağlı idarəçiliyi əlində saxlayan ingilis işğalçı qüvvələrinin komandanına inandırıcı məlumatlar verə bildi. Bakı işğaldan azad olunmasaydı, Azərbaycan bayrağının bu ərazidə qaldırılması mümkün olmayacaqdı. Ona görə də 15 sentyabr bizim üçün çox önəmli bir tarixdir. Bu tarixin qeyd olunması "mümkün olmayanı etmək mümkündür" kimi bir motivasiya da yarada bilər. Çünki Bakı həmin dövrdə işğalçı qüvvələrin əlində idi və Türk ordusu olmasaydı, Bakını həmin qüvvələrdən azad etmək problem olacaqdı. Bu məsələyə həm də o zaman həyatını itirmiş yüzlərlə türk əsgərinə qarşı bir vəfa borcu olaraq baxılmalıdır. Onlar uzaq diyarlardan gələrək Azərbaycan əsgərini təlimləndirərək, onlarla birlikdə belə əhəmiyyətli bir hadisədə iştirak ediblər".

Millət vəkili hesab edir ki, Bakının azad edilməsi nə qədər əhəmiyyətli hadisə olsa da, ona tam layiq olduğu diqqət göstərilməyib:

"Ən böyük nöqsanlarımızdan biri həmin günə lazımi dəyəri verməməyimizdir. Bu tarixə laqeyd yanaşmaq olmaz. Bu həm də bizim təkrar olunan tariximiz ola bilər. İnsanlar anlamalıdırlar ki, bu cür dar günlərdə biz Anadolu türklərinin yardımına çatdığımız kimi, onlar da bu duyğunu daşımalıdır. Buna görə də həmin hadisədə iştirak edən hər kəsin xatirəsinə dəyər verməliyik. Lakin yetərincə dəyər verməmişik, hələ də, Nuru Paşanın adına küçə, heykəl yoxdur. Hesab edirəm ki, bunlar edilməlidir. Sevindirici haldır ki, ölkə rəhbərliyi bu istiqamətdə çox gözəl bir addım atdı. Bakının işğaldan azad olunmasının 100 illiyində, yəni 15 sentyabrda hərbi paradın keçirilməsi möhtəşəm bir qərardır, bu, həm də onların ruhuna bir sayğıdır.

Unutmayaq, Azərbaycanı, Bakını Azərbaycan əsgəri ilə birlikdə türk əsgəri xilas edib, burada mindən artıq şəhid veriblər, erməni vandallarından qisasımızı alıblar. Onların ruhu qarşısında biz də Azərbaycan dövləti olaraq, millət olaraq borcumuzu hər zaman xatırlamalıyıq, şükranlığımızı ortaya qoymalıyıq. Milli qəhrəmanımız Nuri Paşanın adının məhz Azərbaycanda əbədiləşdirilməsi məsələsinin yaxın zamanda həll ediləcəyinə inanıram".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 2193   Tarix: 11 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan DİN qırğız vətəndaşlarla bağlı məlumat yaydı

Qırğız Respublikası hüquq-mühafizə orqanlarının 23 mart 2024-cü il tarixli mətbuat açıqlamasında Qırğız Respublikası ərazisində 5 nəfər azərbaycanlının şübhəli şəxs qismində saxlanması barədə məlumat verilib. xəbər verir ki, bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda qey

26 mart
.

Azərbaycanlı deputat Avronest PA-nın komitə sədri seçildi

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək. "Report"un xəbərinə görə, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib

20 mart
.

Prezident İlham Əliyev terror aktı ilə əlaqədar Rusiya Prezidenti Vladimir Putinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moskvada törədilmiş dəhşətli terror aktı ilə əlaqədar Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə başsağlığı verib. "Report" xəbər verir ki, dövlətimizin başçısı başsağlığı məktubunda qeyd edib: "Crocus City Hall" konsert zalınd

23 mart
.

"Bu il bu proses davam edəcək"

"Biz İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı nəticəsində böyük qəhrəmanlıq göstərmişik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib. "Şəhidlərimizin

18 mart
.

"Paşinyan bu ərazilər ilə özü yaxından tanış olmaq istəyir" - Ekspert

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin (Dilican mahalı - red.) sərhəd kəndlərinin sakinləri ilə görüşündə bəyan edib ki, əgər İrəvan sovet dövründən qalan sərhədlər çərçivəsində Azərbaycana məxsus olan anklav kəndləri Bakıya qaytarmasa, bu, müharibəyə gətirib çıxaracaq. "Müharib

19 mart
.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycana rəsmi səfərə gəlib - FOTO

Gürcüstanın Baş naziri İrakli Kobaxidze martın 16-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Gürcüstanın baş nazirini Azərbaycan Respublikas

16 mart
.

Baş nazir quru sərhədlərinin açılmamasından DANIŞDI

"Quru sərhədlərinin bağlı olmasını ümumdaxili məhsulla bağlamaq düzgün deyil". APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib. Baş nazir bildirib ki, 2021-ci ilin mart ayından Azərbaycanın quru sərhədləri bağlanıb:. "Bu, mənim baş nazir kim

15 mart
.

Azərbaycan XİN Yunanıstanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Yunanıstanı Milli Gün münasibətilə təbrik edib. "Report" xəbər verir ki, bu barədə qurumun "X" hesabında yazılıb. "Yunanıstan hökumətini və xalqını Milli Gün münasibətilə təbrik edir, onlara davamlı inkişaf və firavanlıq arzulayırıq. Mill

25 mart
.

Şahmar Hüseynova yeni vəzifə verildi

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin baş direktoru vəzifəsindən azad edilən Şahmar Hüseynovun yeni iş yeri bəlli olub. SOCAR-dan "Qafqazinfo"ya verilən məlumata görə, o, fəaliyyətini bu şirkətdə davam etdirəcək. Belə ki, Ş.Hüseynov müvafiq əmrl

28 mart