Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTO

Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTODünyada izafi çəki, tosqunluq və gombulluq problemi sürətlə artır. Belə ki, hazırda Yer kürəsindəki insanlar arasında hər 8 nəfərdən birində izafi çəki, yaxud piylənmə problemi var.

BMT-nin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondunun (International Fund for Agricultural Developmen, İFAD), Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (Food and Agriculture Organization, FAO), Uşaq Fondunun (UNİCEF), Ümumdünya Ərzaq Proqramının (World Food Programme, WFP) və Ümumdünya Səhiyyə Təşkilatının (World Health Organization, WHO) hazırladıqları birgə hesabatda belə deyilir.

İzafi çəki və piylənmə problemi Şimali Amerika və Avropada daha ciddidir. Bununla belə, Afrika və Asiya ölkələrində də insanlar arasında izafi çəkililərin sayının artması təmayülü var.

Avropa ölkələrində əhalinin piylənmə və izafi çəki "əmsal"ının orta statistik göstəricisi 23 faizdir.

Avropanın 53 ölkəsi arasında artıq çəki probleminin ən ağır olduğu ölkə Türkiyədir. Burada əhalinin 32,1 faizində izafi çəki problemi var. İkinci yeri tutmuş Maltada sözügedən rəqəm 28,9 faiz, üçüncü yerdəki Britaniyada isə 27,8 faizdir.

İlk onluqda sonrakı yerləri Macarıstan (26,4 faiz), Latviya (26,3), İsrail (26,1), Çexiya (26), Andorra (25,6), İrlandiya (25,3) və Bolqarıstan (25 faiz) tutublar.

Azərbaycanda vətəndaşların 19,9 faizində izafi çəki və piylənmə problemi var.

MDB ölkələri arasında Belarusda bu rəqəm 24,5 faiz, Ukraynada 24,1 faiz, Latviyada - 23,6, Rusiyada - 23,1, Gürcüstanda - 21,7, Estoniyada - 21,2, Qazaxıstanda - 21, Ermənistanda - 20,2, Moldovada - 18,9, Türkmənistanda - 18,6, Qırğızıstanda və Özbəkistanda - 16,6, Tacikistanda isə 14,2 faizdir.
Alimlər xəbərdar edir: Azərbaycanda hər 5 nəfərdən birində bu problem var - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1316   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Hansı hava şəraitində insult riski artır?

Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır. Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri

3 mart
.

Naxçıvanda vərəmdən müalicə olunan xəstələrin sayı açıqlanıb

Hazırda Naxçıvan Muxtar Respublikasında 442 nəfər vərəm xəstəliyi ilə mübarizə aparır. Bu barədə "Report"un yerli bürosuna Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Dispanserinin baş həkimi Günay Quliyeva bildirib. O, qeyd edib ki, hazırda dispanserdə qeydiyyatda olan xəstələrdən 7

24 mart
.

Həkim xəbərdarlıq etdi: "Uzunsaçlı gəlinciklər təhlükəlidir"

Uzunsaçlı gəlinciklər uşaqlar üçün ciddi təhlükə yarada bilər. -a istinadən bildirir ki, bunu Rusiya Uşaq Elmi-Tədqiqat Klinik İnstitutunun pediatrı Yekaterina Pasnova bildirib. O qeyd edib ki, uşaqlar gəlinciklərin başından qopan uzun saç tellərini uda bilərlər. Əgər bu tellər kifayət qədər uzun v

17 mart
.

Arzuolunmaz tüklərdən qurtulmağın YOLLARI

Bədənimizi qoruyan tüklər bəzən arzuolunmaz ola bilər. Xüsusilə üz, qol və çənə kimi nahiyələrdə olan tüklər həyatımızda narahatlıq yaradır. Tüklərini ülgüclə götürmək istəməyənlər onu ağartmaqla bu problemdən xilas ola bilərlər. Burada tük ağartma üsulları işə yarayır. Hidrogen peroksid tükləriniz

14 aprel
.

Hamilə qadınların boyu niyə qısalır? – İZAH

Hamiləlik dövründə onurğanın əyriliklərinin artması səbəbindən qadının boyu kiçilir və bu, tamamilə təbii prosesdir. xəbər verir ki, bunu həkim-osteopat Dmitri Simkin açıqlayıb. Həkim prosesi belə izah edir:. "Qadının bətnindəki uşaq daim böyüyür və onu kifayət qədər yerlə təmin etmək üçün qadı

14 aprel
.

Nanə ilə baş ağrısını dəqiqələr ərzində dayandıran effektiv üsul

Hamının hər an qarşılaşa biləcəyi sağlamlıq problemlərindən biri olan başağrısı bəzən dərman atmaqla da keçmir. Ancaq onun qarşısını təbii üsullarla almaq mümkündür. Bununla bağlı orta əsrlər dövrünün ən böyük təbiblərindən biri, reseptləri günümüzdə də aktuallığını qoruyan İbn Sinanın məsləhət gördüy

17 mart
.

Qan təzyiqini tez aşağaı salmaq üçün SADƏ ÜSUL

Mütəxəssislər ürək sağlamlığını yaxşılaşdırmağın və qan təzyiqini azaltmağın yollarını açıqlayıblar. xarici mətbuata istinadən xəbər verir ki, hər hansı orta fiziki fəaliyyət qan təzyiqini azaltmağa və eyni zamanda ürək sağlamlığını yaxşılaşdırmağa kömək edir. Ancaq son məlumatlara görə, ürək sağlamlığın

6 aprel
.

Dünyada daha bir epidemiya gözlənilir: Gözlərinizi qoruyun!

Qadjetlərdən geniş istifadə miyopiyanın dünyada yayılmasına səbəb olub. Problem xüsusilə 1997-2012-ci illər arasında doğulanlar arasında müşahidə olunur. Sonxeber -a istinadən xəbər verir ki, bu barədə göz cərrahı Yorn Yorgensen danışıb. Həkimin sözlərinə görə, Böyük Britaniyada son 30 ildə yeniyetmələ

10 mart
.

Alimlər yeni pandemiyaya səbəb ola biləcək virusun adını açıqlayıblar

Qrip virusu yeni pandemiyaya səbəb ola bilər. "Report"un məlumatına görə, bu barədə "The Guardian" beynəlxalq araşdırmaya istinadən yazır. Sorğuda dünyanın müxtəlif ölkələrindən 187 alim iştirak edib. Onların 57 faizi qrip virusunun başqa bir ştamına görə yeni pandemiyanın baş verəcəyin

21 aprel