Paşinyan çılğına döndü: "Sizə iki saat vaxt verirəm, yoxsa özüm..." - VİDEO - FOTO

Paşinyan çılğına döndü: "Sizə iki saat vaxt verirəm, yoxsa özüm..." - VİDEO - FOTOErmənistanın baş naziri Nikol Paşinyan İrəvanın meriyası funksiyasını yerinə yetirən Ağsaqqallar Şurasına seçkilər kampaniyası çərçivəsində keçirilmiş mitinqdə emosiyalarına hakim ola bilməyib.

O, dünən yayılmış qalmaqallı səs yazısından bəhs edib.

Dünən Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Artur Vanesyanla Xüsusi İstintaq Xidmətinin sədri Sasun Xaçatryanın telefon danışığının səs yazısı yayılıb.

Söhbətin mövzusu Ermənistanın sabiq prezidenti Robert Köçəryanın dindirlməsi, habelə MDB-nin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Yuri Xaçaturova qarşı ittiham və onun həbsidir.

A.Vanesyan hakimə R.Köçəryanın həbsi barədə hökm çıxarmağı əmr etdiyini deyib.

Daha sonra o, söyləyib: "Mənə bax, Yuri Xaçaturova toxunma. O, KTMT-nin rəhbəridi. Ara, ruslarla yenicə barışmışam. Onu tutsaq, biabır olacağıq. Baş nazir deyir tut onu, bas içəri. Ruslarsa dəridən-qabıqdan çıxırlar ki, Xaçaturov tutulmasın. Onu tutma, ölkəni tərk etməməklə bağlı iltizam al, bəsidir".

A.Vanesyan səs yazısının gerçək olduğunu dünən təsdiqləyib.

Paşinyan isə mitinqdə çox qəzəbli idi.

"Ölkənin xüsusi xidmət orqanlarının danışıqlarının gizli şəkildə dinlənilməsi xəyanət, dövlətçiliyə qarşı cinayətdir. Milli Təhlükəsizlik Xidmətinə və polisə tapşırmışam ki, bunu edənlər ən qısa müddətdə tapılsın, ən sərt məsuliyyətə cəlb olunsun. Bütün bu "xüsusi xidmət"lər və qanunsuz silahlı qruplaşmalar aşkarlanacaq, məhv ediləcək", - Nikol Paşinyan söyləyib.

O, Ermənistanın MTX-nə və polisə oliqarxlarla yüksək rütbəli məmurların mühafizə xidmətlərinə qarşı reydlər keçirilməsini də əmr edib: "Bu üzdəniraq "mühafizəçilər"i asfalta sərib tərk-silah edin. İki saat sonra Artur Vanesyan və polis rəisi Valri Osipyan görülən işlər, əldə olunan nəticələr barədə məlumat verməlidir. Kimsə məsuliyyətdən yayınmamalıdır. MTX-dən və polisdən bütün Ermənistanda qayda-qanunun bərqərar edilməsini tələb edirəm. Görsəm ki, bacarmırlar, mən bilirəm nə edəcəyəm. Yenə kamuflyaj geyinəcəyəm, Ermənistanda qayda yaradacağıq. Evbəev, küçəbəküçə..."/milli.az

Paşinyan çılğına döndü: "Sizə iki saat vaxt verirəm, yoxsa özüm..." - VİDEO - FOTOPaşinyan çılğına döndü: "Sizə iki saat vaxt verirəm, yoxsa özüm..." - VİDEO - FOTO


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 3321   Tarix: 12 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev Çinlə əməkdaşlıqdan DANIŞDI

"Bizim "Vahid Çin" siyasətinə yanaşmamız çinli tərəfdaşlarımıza yaxşı məlumdur. Çin isə hər zaman Azərbaycanın ərazi bütövlüyünə dəstək verib. Bu, hər zaman əməkdaşlığımız əsasını təşkil edib". AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 23-də AD

23 aprel
.

Moskvada İlham Əliyevin Vladimir Putinlə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə təkbətək görüşü olub. Bununla bağlı məlumat yayıb. 16:39. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvada rusiyalı həmkarı Vladimir Putinlə görüşü başlayıb. Bununl

22 aprel
.

Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi olub. Bununla bağlı AZƏRTAC məlumat yayıb

24 aprel
.

Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE

Naxçıvan Ali Məclisinin qərarı ilə muxtar respublikanın yeni Baş naziri Ceyhun Cəlilov təyin olunub. yeni baş nazirin dosyesini təqdim edir:. Ceyhun Ramiz oğlu Cəlilov 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz şəhərində anadan olub. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxal

25 aprel
.

Qırğızıstan Ağdamda məktəb binası inşa edəcək

Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək. xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Qırğızıstan Prezidenti Sadır Japarovla mətbuata bəyanatında bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Qırğızıstanın vəsaiti hesabına Ağdamda orta məktəb binası tikiləcək və hər iki Preziden

24 aprel
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22 aprel
.

Ərdoğandan Ermənistana xəbərdarlıq: "Fürsət qapıları həmişə açıq qalmır"

"Artıq regionda yeni bir nizam qurulur". Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqdan qayıdarkən jurnalistlərə müsahibəsində bildirib. O qeyd edib ki, gerçəkliklə heç bir əlaqəsi olmayan uydurma tarixi hekayələr üzərində hərəkət etməkdənsə, zamanın reallıqlarına əsaslanaraq hərəkə

23 aprel
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19 aprel
.

Ermənistan KİV: Bağanis istiqamətində müdafiə mövqeyi Azərbaycana təhvil veriləcək

Səhər saatlarından etibarən Ermənistan polisi Bağanisdən Voskepara gedən yolu bağlayıb. Yerli sakinlərin sözlərinə görə, əraziyə polisin xüsusi təyinatlı qüvvələri cəlb olunublar. Sakinlər iddia edirlər ki, Ermənistan tərəfi müdafiə mövqelərindən birini təhvil verməyə hazırlaşır

23 aprel