Məzahir Pənahovun müavini yüksək vəzifəyə təyin olundu

Məzahir Pənahovun müavini yüksək vəzifəyə təyin olunduMSK-da iki yer boş qaldı; Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq

Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədov vəzifəsindən çıxıb. N.Məmmədov Nazirlər Kabineti Aparatı rəhbərinin müavini təyin edilib.

Sonxeber.az xəbər verir ki, "Report"un yaydığı xəbərə görə, Milli Məclis MSK-ya yeni üzvün seçilməsi məsələsinə baxacaq.

N.Məmmədov 2004-cü ildə parlamentin qərarı ilə Mərkəzi Seçki Komissiyasının üzvü təyin edilmişdi. O, Azərbaycan Respublikasının Mili Məclisində heç bir siyasi partiyaya mənsub olmayan və onun namizədliyini təqdim edən deputatları təmsil edirdi. N.Məmmədov 2010-cu ildən MSK-nın sədr müavini idi.

Natiq Məmmədovun MSK-dan gedişi ilə bu qurumun üzvlərinin sayı daha bir nəfər azalıb. Xatırladaq ki, 30 aprel 2018-ci ildə Mərkəzi Seçki Komissiyasının üzvü Azər Tağıyevin vəfatından sonra MSK-nın üzvlərinin sayı 17-yə enib. Onun yeri hələ ki boşdur.

Seçki Komissiyasında boş qalan yerə təyinatın və ya seçkinin keçiriləcəyini Seçki Məcəlləsi tənzimləyir. MSK-dan verilən açıqlamada bildirilir ki, Mərkəzi Seçki Komissiyasına üzv təyinatı Milli Məclis tərəfindən edilir: "Azər Tağıyev Mərkəzi Seçki Komissiyasında Milli Məclisdəki bitərəf deputatların təmsilçisi idi. MSK-da 6 nəfər parlamentdə çoxluqda olan partiyanı, 6 nəfər parlamentdə azlıqda olan partiyaları, 6 nəfər isə bitərəfləri təmsil edir. Həm mərhum Azər Tağıyevin yerinə, həm də Natiq Məmmədovu MSK üzvü kimi yerinə təyinat olanda Milli Məclis bu paritetliyi gözləyəcək. Yəni təyin olunan MSK üzvləri parlamentdəki bitərəf deputatların təmsilçiləri olaraq təyin olunacaq. Yəni bu məsələ Milli Məclisin səlahiyyətindədir. Mərkəzi Seçki Komissiyasında boş qalan yerə təyinat məsələsinə nə vaxt baxılacağı parlamentdən asılıdır. Yəqin yaxın vaxtlarda Milli Məclis bu məsələyə baxacaq".

Qeyd edək ki, Seçki Məcəlləsinin tələbinə görə, Dairə Seçki Komissiyasının üzvü yerinə təyinat ən geci 1 ay ərzində həyata keçirilməlidir. Əgər seçki vaxtıdırsa, 10 gün ərzində boş qalan DSK üzvü yerinə təyinat olmalıdır. MSK ilə bağlı da belə bir məsələ əksini tapır.

MSK üzvlərindən ikisinin yoxluğunun qurumun işinə mənfi təsir edib-etmədiyinə gəlincə, hazırda seçki olmadığı üçün iş prosesinə ciddi təsir göstərməsi gözlənilmir. Sadəcə, səsvermə qaydasında müəyyən dəyişiklik ola bilər. 18 nəfər yox, daha az sayda MSK üzvü iştirak edirsə, müvafiq olaraq səsvermədə həlledici səsin miqdarı azalır. Çünki 18 nəfər iştirak etdikdə 12 səs həlledicidirsə, 16 nəfər iştirak edirsə, 10 səs həlledici olur".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 1505   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Prezidentin xüsusi nümayəndəliyindən Xankəndinin ilk körpəsi ilə bağlı paylaşım

Xəbər verdiyimiz kimi, antiterror tədbirləri nəticəsində işğaldan azad edilmiş ərazilərimizdə ilk körpə dünyaya gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Xankəndi, Ağdərə, Xocalıda prezidentin xüsusi nümayəndəliyi də məlumat yayıb. "Xankəndi şəhərində çalışan Azərbaycan Dövlət Su Ehtiyatlar

23 aprel
.

Bayden "erməni soyqırımı" ifadəsini növbəti dəfə işlətdi

ABŞ Prezidenti Co Bayden ənənəvi müraciətində növbəti dəfə "erməni soyqırımı" ifadəsindən istifadə edib. APA-nın xəbərinə görə, o bildirib ki, "soyqırımın" ildönümünün qeyd olunması onun "qurbanlarının" anılması və bu "faciənin" unudulmaması üçün səbəbdir. Qey

24 aprel
.

Sabah 31 dərəcə isti olacaq

Aprelin 25-ə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfer təzyiq

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel
.

Azərbaycanda yeni kollec yaradıldı

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərbaycan Dövlət Aqrar Universiteti" publik hüquqi şəxsin nəzdində "Gəncə Dövlət Aqrar Kolleci" publik hüquqi şəxs yaradılıb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar qəbul edib. Yeni kollec Kənd Təsərrüfatı Nazirliyini

24 aprel
.

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi

Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının iclası keçirilib. xəbər verir ki, bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Baş nazir, AİH-nin Müşahidə Şurasının sədri Əli Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyində holdinqin idarəetməsinə verilmiş Portfel şirkətlərin 2023-c

24 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

"40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı erməni lobbisinin sifarişiylə hazırlanıb" - DEPUTAT

Xəbər verdiyimiz kimi Azərbaycan Rusiya sülhməramlılarını ölkədən çıxarırkən, Ermənistanla sülh müzakirələrində irəliləyiş əldə edilərkən ABŞ Konqresinə 40 Azərbaycan rəsmisi haqqında sanksiya qərarı üçün layihə təqdim edilib. Siyahıda Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Dövlət Təhlükəsizliy

24 aprel
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24 aprel