Ermənistan parlamenti Azərbaycana müharibə elan etdi

Ermənistan parlamenti Azərbaycana müharibə elan etdiÖtən gün sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib.
Sonxeber.az Virtualaz.org-a istinadla xəbər verir ki, bu qərar sentyabrın 11-də başlayan "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb.

"Ermənistan hökumətinin sentyabrın 12-də "Müharibə elan edilməsinin dəstəklənməsi barədə" təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və "Ermənistan Milli Məclisinin Nizamnaməsi"nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır"-qərarda belə deyilir.

"Şant-2018" hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib, bildirilir ki, bu ümumdövlət təlimləri "planlı xarakter daşıyır" və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

"Şant" təlimləri Ermənistanda bundan əvvəl də keçirilirdi, amma bu təlimlər çərçivəsində parlamentin Azərbaycana müharibə elan etməsi barədə qərar çıxarması İrəvandakı indiki hakimiyyətin növbəti qızışdırıcı addımı sayılmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 5575   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənilər Kəlbəcərdə mövqelərimizi atəşə tutdu

İyunun 26-da saat 14:50-dən başlayaraq iyunun 27-i saat 03:00 radələrinədək Ermənistan silahlı qüvvələrinin bölmələri Vardenis rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik və İmambinəsi kəndi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrl

27 iyun 2021
.

Ermənistan daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqladı

Ermənistan tərəfi Qarabağda aparılan axtarışlar zamanı daha səkkiz hərbçisinin qalıqlarının tapıldığını açıqlayıb. xəbərverir ki, bu barədə saytı yazıb. Erməni hərbçilərin qalıqları Azərbaycanın işğaldan azad olunan Hadrut qəsəbəsi ərazisində tapılıb

12 iyun 2021
.

Azərbaycan Ordusunun əsgəri HƏLAK OLDU

Kəlbəcərdə xidmət edən Azərbaycan Silahlı qüvvələrinin əsgəri, Sabirabad rayonu Poladtoğay kəndindən olan Əsgərov Aydəniz Elbrus oğlu həlak olub. xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, şəhidin nəşi sabah doğulduğu kəndə gətiriləcək

22 avqust 2021
.

Ballıqaya faciəsinin şahidi həmin gecənin dəhşətlərindən danışdı - VİDEO

1992-ci il mayın 18-də Azərbaycanın qədim yurd yerlərindən olan Laçın ermənilər tərəfindən işğal edildikdən sonra rayonun maldarlıqla məşğul olan bir qrup sakini heyvandarlıq üçün əlverişli olan Goranboyun Ballıqaya ərazisində müvəqqəti məskunlaşır. Yaxın qohumluq münasibətləri olan altı ailə yeddi çadırd

28 avqust 2021
.

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə TUTULDU

İyulun 25-də saat 15:30 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca kəndi yaxınlığında yerləşən mövqelərdən Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub. Müdafiə Nazirliyini

25 iyul 2021
.

Cəbrayılda daha 1 erməni hərbçisinin meyiti tapıldı

Qarabağda axtarışlar zamanı Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilmiş daha 1 erməni hərbçisinin meyitinin qalıqları tapılıb. xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları işğaldan azad olunmuş Cəbrayıl rayonu ərazisində aşkarlanaraq qarş

28 avqust 2021
.

Cəbrayılda daha bir erməni hərbçisinin meyitinin qalıqları tapıldı

44 günlük müharibə zamanı itkin düşmüş daha bir erməni hərbçinin meyitinin qalıqları tapılıb. erməni KİV-ə istinadən xəbər verir ki, hərbi qulluqçuların meyitinin qalıqları Cəbrayılda aşkarlanıb. Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı məhkəmə-tibb ekspertizası təyin edilib. Bununla d

11 sentyabr 2021
.

Xocavənddə 2 erməni hərbçinin qalıqları tapıldı

Xocavənd rayonunda 2 erməni hərbçinin qalıqları aşkar olunub. "Sputnik Armenia"ya istinadən xəbər verir ki, hərbçilərin şəxsiyyəti Ermənistanda keçiriləcək məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcək. Bununla da Qarabağ müharibəsi bitdikdən sonra ərazilərdə aparılan axtarış əməliyyatlar

21 avqust 2021
.

Kəlbəcər rayonu istiqamətində mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonu istiqamətində mövqelərimizi atəşə tutub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 22-si saat 20:47-dən 22:50-dək Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunu

23 avqust 2021