Azərbaycanda təhlükəli virus - insanlarda qanqrena yarada bilər

Azərbaycanda təhlükəli virus - insanlarda qanqrena yarada bilərKənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvanlar arasında yayıla bilən bradzot xəstəliyi ilə bağlı fermerlərə müraciət edib.

Xidmətdən Sonxeber.az-a verilən məlumata görə, müraciətdə deyilir ki, bradzot itigedişli polibakterial toksikoinfeksiyalı (orqanizmin toksinlərlə zədələnməsi) olmaqla, heyvanların birdən-birə ölməsi, şirdan və onikibarmaq bağırsağın hemorragik iltihabı və mədə-bağırsaq sistemində qazların toplanması ilə səciyyələnən infeksion xəstəlikdir.

Xəstəliyin törədicisi torpaqda və su tutarlarının çöküntülərində yayılan klostridiya mikroblarıdır. Bu mikroorqanizmlərin müxtəlif tipləri insan və heyvanların müxtəlif xəstəliklərinə: insanlar yaman keyfiyyətli şişi və qanqrena, dovşancıq və botulizm, quzular anaerob dizanteriya və anaerob enterotoksemiya, iribuynuzlu heyvanlar hemorroji enterotoksemiya, nekrotiki enterit və hepatit, batsilyar hemoqlobinuriya, qoyunlarenterotoksemiya, bradzot,yaman keyfiyyətli şiş, camışlar osteomielit və s.səbəb olur.

Xəstəliyə cinsindən və yaşından asılı olmayaraq qoyunlar, əsasən 2 yaşa qədər kök heyvanlar daha həssasdır.Nadir hallarda keçilər də bu xəstəliyə tutulur. Bradzot ilin bütün fəsillərində, xüsusi ilə yaz və payız aylarında daha çox baş verir. Bradzot ildırımvari və iti gedişli olur. İldırımvari gediş zamanı kliniki sağlam görünən heyvanlarda qəfildən ölüm baş verir. Xəstəliyin iti gedişində heyvanlarda güclü sinir tutmaları, timpaniya, ağızdan və burundan köpüklü maye axır. Xəstəliyin gedişatında heyvanda temperatur 40.5-41oC-ə çatır, təngnəfəslik, boğulma, qanlı ishal və heyvanlar yerə yıxılaraq ətrafları ilə üzmə hərəkəti edirlər.

Ölmüş heyvanların cəsədlərində köpmə müşahidə edilir, tez çürüyür. Təbii dəliklərdən qanlı köpüklü maye axır. Mədə önlükləri yemlə, bağırsaqlarda qazla dolu olur. Köks və qarın boşluğunda qanlı maye olur. Ağciyər dolu qanlı, ürək əzələsi nisbətən boş, epikard edpkorda qan sağıntıları, dalaq az böyümüş, qaraciyərdə nekroz sahələri görünür. Böyrəklər böyümüş, yumuşalmış, kapsulası asan sayılır.

Xəstəliyin ildırımvari formasında müalicə effekt vermir, lakin iti formada biometsin, terrometsin və sintometsin antibiotiklərindən istifadə edilərək müalicə aparılır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq otlaq və su mənbələrinin baytarlıq-sanitariya vəziyyətinə nəzarət olunmalıdır. Xəstəlik baş verdikdə heyvanların yeri dəyişdirilməlidir, yemlənməsinə fikir verməli, köp verən yemlər və şehli otlaqda otarılmamalıdır.

Bradzot xəstəliyinə qarşı profilaktiki olaraq heyvanları peyvəndləməyə cəlb etmək lazımdır. Bunun üçün hər il sağlam heyvanlar bradzot və digər xəstəliklər əleyhinə buraxılmış polivalent vaksinlə (koklavaks) təlimata uyğun peyvənd edilməlidir.

Bradzota qarşı müalicə və profilaktiki tədbirlər təsərrüfat sahibinin hesabına aparılır.

Bradzot xəstəliyinə qarşı təklif olunan preparatlar hər bir preparatın təlimatı əsasında baytar həkiminin təyinatı və iştirakı ilə aparılmalıdır.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Dünyada   Baxılıb: 1809   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

17 yaşlı gimnast meningitdən vəfat edib

İspaniyalı batut gimnastı Maria Herrance Qomez 17 yaşında meningit xəstəliyindən dünyasını dəyişib. xəbər verir ki, bu barədə idmançının məşq etdiyi "Kabanillas del Kampo" şurasının mətbuat xidməti məlumat yayıb. Qeyd olunur ki, şəhərdə matəm elan edilib, bütün sosial və mədəni tədbirlər ləğ

18 aprel
.

Rəsmi sənədləri saxtalaşdırma: Həkim saxta arayış düzəldib, tətilə getdi

Saxta arayış alıb tətilə gedən fizioterapevtin 15 il həbs edilməsi tələb olunub. xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Belə ki, Prokurorluq 4 günlük sağlamlıq arayışı alaraq tətilə gedən 37 yaşlı fizioterapevtə 15 ilə qədər həbs cəzası istənilib. Ağır Cinayətlə

17 aprel
.

Paşinyan: "Sərhədlərin delimitasiyasından imtina regionda gərginliyə səbəb olacaq"

"Ermənistanın Azərbaycanla sərhədlərin delimitasiyası və sonradan demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya gətirib çıxaracaq". Bunu Ermənistanın baş naziri Nikol Paşinyan sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə deyib. "Əgə

18 aprel
.

Ölən əmisini banka gətirib kredit götürməyə çalışdı - VİDEO

Braziliyada bir qadın ölən əmisini banka gətirərək kredit götürməyə çalışıb. xarici mediaya istinadən xəbər verir ki, bank rəsmiləri vəziyyəti görüb polisə məlumat verib. Braziliyada bir bankda cib telefonu ilə lentə alınan görüntülər qısa zamanda sosial mediada trend mövzusu olub. Qadın ölən əmisi bankda

17 aprel
.

Oğrulardan bezən mağaza sahibi: "Qapımız açıq gözləyirik, amma nə qədər lazımdırsa, götürsünlər"

Türkiyədə oğruluq hallarının çox olduğu küçədə sirniyyat düknanı olan şəxs maraqlı addıma əl atıb. xarici mediaya istinadən xəbər verir ki, daha əvvəl də qarət edilmiş şirniyyat dükanının sahibi oğruların mağazaya ziyan vurmasın deyə seyfdə cib pulu qoymağa başlayıb. 5 gün əvvəl 3 oğru müştəri kimi mağazay

17 aprel
.

"Miss-2024"ün finalçısı itkin düşdü

Rusiyanın Buryatiya Respublikası üzrə İstintaq Komitəsi "Miss Buryatiya 2024" müsabiqəsinin finalçısı Seseg Buinovanın qəribə şəraitdə yoxa çıxması ilə bağlı cinayət işi açıb. -a istinadla bildirir ki, taksi sürücüsü kimi fəaliyyət göstərən Buinova aprelin 12-nə keçən gecə iş zamanı yoxa çıxıb

18 aprel
.

Mariya Zaxarova: "Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir"

"ABŞ və Avropa İttifaqı (Aİ) ilə hərbi-siyasi razılaşmalar barədə məlumatların mətbuatda yer almasından sonra Rusiya Ermənistandan aydın reaksiya və rəsmi təkzib gözləyir". Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib. "Əvvəllə

18 aprel
.

Urmiya gölünün son peyk görüntüsü

Güney Azərbaycanın incisi sayılan Urmiya gölünün son görüntüləri yayılıb. Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat verib. Fotolardan gölün cənubunda suyun səviyyəsinin bir qədər çox, lakin mərkəzdən şimala doğru olan hissəsində suyun xeyli az olduğu görünür. Məlumata görə

18 aprel
.

Türkiyədə gecə baş verən zəlzələnin ANBAAN VİDEOSU

Türkiyənin Tokat şəhərinin Sulusaray rayonunda baş verən və ətraf ərazilərdə hiss edilən 4,7 bal gücündə zəlzələ təhlükəsizlik kameralarına əks olunub. bu barədə "Haber Global"a istinadən xəbər verir. Qeyd edək ki, təbiət hadisəsi yerli vaxtla 01:06-da (Bakı vaxtı ilə 02:06) qeydə alınıb. Bələdiyy

18 aprel