Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDI

Paşinyanın Qarabağı qaytarmaqdan başqa çıxış yolu qalmadı – Məxfi SƏNƏDLƏR ÜZƏ ÇIXDIErmənistanda Dağlıq Qarabağ üzrə məxfi danışıqların detallarının açıqlanması qalmaqala səbəb olub. Məlum olub ki, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ərazilərin qaytarılması ilə bağlı sənədə imza atıb.

Publika.az xəbər verir ki, Respublika Partiyasının sədr müavini Armen Aşotyan baş nazir Nikol Paşinyanın əraziləri qaytarmağa hazır olduğunu bildirəndən sonra Paşinyan bunu təkzib etdi.

Lakin Aşotyan Paşinyandan tələb etdi ki, əraziləri qaytarmayacağını sübut etmək üçün lazımi sənədləri dərc etsin. Paşinyan isə cavabında bildirdi ki, dövlət maraqlarına görə bu sənədi dərc edə bilmir, lakin Aşotyan Serj Sarkisyandan bu haqda soruşa bilər.

Sentyabrın 12-də Armen Aşotyan parlamentdə bildirdi ki, o, bu haqda Sarkisyanla danışdı və qarşı tərəf bildirdi ki, danışıqlar prosesinin əsasını Qarabağın statusu məsələsi tutur. Lakin Paşinyan bu dəfə məxfi sənədlərə istinadən Sarkisyanı təkzib etdi və qeyd etdi ki, sənədlərdə Qarabağın statusu haqqında heç bir söz yoxdur. Əksinə, Sarkisyan ərazilərin qaytarılmasına əvəz olaraq, Qarabağa yalnız aralıq statusun verilməsi ilə razılaşıb.

Erməni şərhçi Akop Badalyan yazır ki, Sarkisyan ilkin mərhələdə 5 rayonun qaytarılması, bölgəyə sülhməramlıların yerləşdirilməsi, azad olunmuş ərazilərə azərbaycanlıların qayıdışını nəzərdə tutan sənədlə razılaşıb.

"Sənəddə Qarabağa yalnız aralıq statusun verilməsi nəzərdə tutur, lakin bunun nə vaxt olacağı qeyri-müəyyən olaraq göstərilir", - deyə erməni şərhçi əlavə edib.

Sarkisyanın bu sənədə imza atması Ermənistanın yeni rəhbərliyinə əraziləri qaytarmaqdan başqa çıxış yolu qoymur. Paşinyan da bildirir ki, bu sənədlər ona keçmiş hakimiyyətdən miras qalıb. Digər tərəfdən, razılaşmanın əldə olunmasında vasitəçi olan Rusiya da İrəvana təzyiq edir. Rusiya xarici işlər naziri Sergey Lavrovun Paşinyan hakimiyyətinə "keçmiş razılaşmalara sadiq qalın" çağırışı da bunun tərkib hissəsidir. İndi Paşinyanın iki yolu qalıb: ya razılaşmanın şərtlərini yerinə yetirməli, ya da Azərbaycan Ordusu ilə qarşı-qarşıya gəlməlidir. Bu dəfə Rusiya da Ermənistanı müdafiə etməyəcək...


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Müharibə   Baxılıb: 2012   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xudayar Yusifzadənin şəhid olduğu gündür - VİDEO

Bu gün Vətən müharibəsinin şəhidi, "Vətən yaxşıdır" mahnısı ilə könüllərdə taxt quran Xudayar Yusifzadənin anım günüdür. xatırladır ki, şəhidimiz 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. X.Yusifzadə 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbind

22 oktyabr 2023
.

Zəngilan istiqamətində təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar

Ötən gün Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu istiqamətindəki mövqelərinə qarşı təxribat törədənlər Ermənistanın "Yerkrapa" terror təşkilatının üzvləri olublar. Məlumatı Ermənistan mətbuatı yayıb. Xatırladaq ki, hələ bir müddət əvvəl Azərbaycan-Ermənistan şərti sərhədində Ermənista

13 fevral
.

"Qisas əməliyyatı" nəticəsində öldürülən erməni hərbçilərin sayı ARTDI

Azərbaycanın Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq keçirilən "Qisas əməliyyatı" nəticəsində məhv edilən erməni hərbçilərinin sayı dördə çatıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Hələlik Ermənistan tərəf

13 fevral
.

Ermənistan sülhə deyil, müharibəyə hazırlaşır - Polkovnik danışdı - VİDEO

"Sülh sazişi imzalamaq ərəfəsində sərhəddə belə bir təxribat törətmək onu göstərir ki, Ermənistan sülhə hazırlaşırmır, müharibəyə hazırlaşır". xəbər verir ki, bu sözləri real tv-yə açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisinin şəxsi heyətlə iş üzrə sabiq müavini, ehtiyatda olan polkovni

14 fevral
.

Ermənilərin döyüş postu darmadağın edilib - RƏSMİ

Ermənilərin dünənki təxribatına cavab olaraq Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi "Qisas əməliyyatı" zamanı Ermənistan silahlı qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib. Bununla bağlı DSX məlumat yayıb

13 fevral
.

Azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti davam etdirilir - VİDEO

Azad edilmiş ərazilərdə Azərbaycan Ordusunun Mühəndis Qoşunları digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə çətin relyefli və dağlıq ərazilərdə xidmət aparan bölmələrimizin təminat yollarını qar örtüyündən təmizləyərək daim işlək vəziyyətdə saxlanılmasını təmin edirlər. Bu barədə Müdafiə Nazirliyində

14 yanvar
.

Rusiyanın yaşayış məntəqəsi ukraynayönümlü hərbçilərin nəzarətinə keçib

Rusiyanın Belqorod vilayətinin Qorkovski qəsəbəsi Ukrayna tərəfdə savaşan "Rusiyanın azadlığı" legionunun nəzarətinə keçib. "Report" xəbər verir ki, bu barədə legion teleqramda bildirib. "Belqorod vilayətinin Qorkovski qəsəbəsi "Rusiyanın azadlığı" qüvvələrinin nəzarət

17 mart
.

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 12-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, mərasimdə hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanın

12 noyabr 2023
.

Yaralı əsgərə alnından burun düzəldən cərrah: "Qopmuş qolu ardınca sürünürdü" - VİDEO

Baku TV-də yayımlanan "Aydın tarix" verilişinin yeni buraxılışı efirə gedib. Verilişin budəfəki sayının qonağı plastik, rekonstruktiv və estetik cərrah, uzman doktor Mahir Əliyevdir. 21 il ordu sıralarında xidmət edən həkim Vətən müharibəsi başlayan zaman özəl xəstəxanadakı fəaliyyətini dayandırara

19 noyabr 2023