Azərbaycanda ağır qəza: ölən və yaralananlar var

Azərbaycanda ağır qəza: ölən və yaralananlar varŞamaxı rayonunda 2 avtomobil toqquşub, ölən və xəsarət alanlar var.

Sonxeber.az report-a istinadən xəbər verir ki, hadisə Şamaxı rayon ərazisində, Şamaxı-Piriqulu yolunda qeydə alınıb.

Belə ki, "UAZ" markalı minik maşını qarşıdan gələn "Nissan" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Nissan"ın sürücüsü hadisə yerində ölüb, sərnişini isə ağır xəsarət alıb. Toqquşma zamanı zərbənin gücündən digər maşında olan bir sərnişin də ağır xəsarət alıb.

Yaralılar Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırdan ölən və xəsarət alanların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Hadisə   Baxılıb: 1942   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 050 3422489

Facebookda Paylaş

Unvan.az - elanlar sayti

DİGƏR MARAQLI XƏBƏRLƏR