"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir

"Ermənistanın bu yanaşması savaşı qaçılmaz edir" - Vəziyyət getdikcə gərginləşir"Beynəlxalq birlik hərəkətə keçməli və Ermənistan rəhbərliyini ağıllandırmalıdır!".

"Ermənistanın Baş naziri Nikol Paşinyana xəbərdarlıq edilməlidir ki, onun tutduğu mövqe qətiyyən Ermənistanın öz öhdəsinə götürdüyü beynəlxalq öhdəliyə uyğun gəlmir.

Prezident İlham Əliyevin ATƏT-in Baş katibi Tomas Qremingerlə görüşdə vurğuladığı kimi, ilk növbədə ATƏT-in sədri, eləcə də, vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri Ermənistanın yeni rəhbərliyinə xəbərdarlıq etməlidirlər ki, onlar üzərlərinə düşən beynəlxalq öhdəliyə əməl etsinlər.

Eyni zamanda, cənab prezident qeyd etdi ki, sonra bununla bağlı atılacaq hər hansı bir addımın məsuliyyəti Ermənistanın və onun rəhbərliyinin üzərinə düşəcək".

Bu barədə Milli.Az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, əməkdar jurnalist Sahib Alıyev bildirib. Onun fikrincə, Ermənistan rəhbərliyinin mövqeyi qəbuledilməzdir və bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tam ziddir: "Azərbaycanın atılacağı addımların hansılar olacağını hamı bilir. Çünki Azərbaycan oturub illər boyu gözləyəsi deyil ki, hər dəfə yeni bir "paşinyan" çıxsın meydana, ya danışıqlar xatirinə danışıq aparmaqla, ya da bu cür ziddiyyətli, eyni zamanda aqressiv bəyanatlar verməklə prosesin həllini uzatsın. Aydın məsələdir ki, bu ya onun bir siyasətçi kimi təcrübəsizliyindən, səbatsızlığından və populistliyindən, ya da bütövlükdə Ermənitan hakimiyyətinin Dağlıq Qarabağ məsələsində tutduğu mövqedən qaynaqlanır. Fərqi yoxdur. Paşinyanın sərgilədiyi bu yanaşma istər-istəməz savaşı qaçılmaz edir."
Millət vəkili Azərbaycana məsləhət verənlərə xitabən ritorik görünsə də, bəzi məntiqli suallar da səsləndirib: "Bizə problemin sülh yolu ilə həllini tapmalı olduğunu məsləhət görənlər reallığı da nəzərə almalıdırlar. Problem necə sülh yolu ilə həllini tapa bilər ki, işğalçı dövlətin yeni rəhbərliyi açıq şəkildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsindən və formatın dəyişdirilməsindən danışır?! Axı bu Minsk prosesi çərçivəsində müəyyənləşdirilmiş və hər iki tərəfin razılığı ilə meydana gəlmiş bir formatdır. Belə olan halda problemin sülh yolu ilə həllindən hansı söhbət gedə bilər?! Və Azərbaycan nə qədər gözləməlidir?! Azərbaycana bu məsləhəti verənlər özləri bu qədər gözləyə bilərdilərmi?".

Azərbaycanlı parlamentari hesab edir ki, beynəlxalq birlik tezliklə Ermənistanın yeni rəhbərliyini ağıllandırmalıdır. Əks təqdirdə nəticələr çox ağır olacaq: "Mənə belə gəlir ki, cənab prezidentin ATƏT-in Baş katibi ilə söhbətində dedikləri təcrübəli, savaş baş verə biləcəyi halda proseslərin nə ilə nəticələnəcəyini dərk edən, onun məsuliyyətini daşıyan bir dövlət xadiminin fikirləri idi. Çox təəssüf ki, qarşı tərəfdə isə biz populist, məsuliyyətsiz, eyni zamanda davakar bir şəxsi görürük. Adamın ona ölkə rəhbəri deməyə də dili gəlmir, çünki o, dövlət adamı kimi danışmır. Nə xarici auditoriyaya münasibətində, nə də daxildə erməni auditoriyası qarşısında bu cür çıxışı, davranışı görürük. Biz belə bir reallıqla üzləşmişik. Ona görə də doğrudan da beynəlxalq birlik artıq hərəkətə keçməli və Ermənistanın yeni rəhbərliyini ağıla gətirməlidir.
Fikrimcə, doğrudan da bu məsələdə az-çox obyektiv mövqe tutmaq bir yana, regionda yeni gərginlik ocağının yaranmasını istəmirsə, Minsk qrupunun başqa bir həmsədri - Fransa prezidenti Emmanuel Makron Ermənistan rəhbərliyi ilə görüşdə bunu onlara çatdırmalıdır. Paşinyan başa salınmalıdır ki, həmsədr dövlətlərin özünün də son bəyanatlarında bildirildiyi kimi, tezliklə substantiv danışıqlara başlamaq lazımdır. Belə davakar bəyanatlar isə yolverilməzdir!".

Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan son olaraq sentyabrın 7-də Rusiyaya səfəri zamanı ""Dağlıq Qarabağ respublikası" gələcəkdə erməni ərazilərinin tamhüquqlu tərkib hissəsi olmalıdır" və "Mənim təsəvvürümdə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir" kimi bəyanatlar verib, Moskvaya yola düşməzdən əvvəl isə Ermənistanın və bütün erməni xalqının Azərbaycana əks-zərbə vurmağa hazır olduğunu və bu məsələdə heç bir güzəştə gedilməyəcəyini bildirib.

Sentyabrın 12-də Bakıda ATƏT-in baş katibi Tomas Qremingeri qəbul edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə bildirib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə "Azərbaycan qondarma "Dağlıq Qarabağ Respublikası" ilə danışıqlar aparmalıdır" tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma "Dağlıq Qarabağ Respublikası"nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Prezident İlham Əliyev Ermənistanda demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarına, Ermənistanın baş naziri tərəfindən siyasi rəqiblərinin həbsi haqqında verdiyi göstərişlərə, Ermənistanda yeni diktatura rejiminin yaranmasına ATƏT-in biganə qalmaması ilə bağlı müraciət edib.

ATƏT-in Baş katibi Tomas Qreminger isə jurnalistlərə açıqlamasında deyib ki, vasitəçilər münaqişənin nizamlanması üçün səy göstərirlər: "Bununla belə, münaqişə tərəflərinin siyasi iradəsi olmalıdır ki, problemin həlli istiqamətində irəliləyiş əldə olunsun".


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1630   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Onlar sülhməramlı deyil, "erməniməramlı"dır" - Deputatdan SƏRT AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev BBC-yə müsahibəsində bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının mandatı ilə bağlı əlavə hüquqi mexanizmlər məsələsi barədə tərəflər arasınd

6 sentyabr 2021
.

İlham Əliyev Zəfər yolunda işlərlə tanış oldu - FOTO + YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son tamamlama işləri ilə tanış olub. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiq edilmiş işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Zəfər yolunun tikintis

29 avqust 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Rusiya Azərbaycanın şərtlərini qəbul edib - Eskpertən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Lavrovla Mirzoyanın görüşündə əsas diqqətçəkən məqamlardan biri də birgə mətbuat konfransında Rusiya XİN başçısının erməni diversantlarla bağlı açıqlaması və Ermənistan XİN rəhbərinin dəfələrlə Qarabağın "status"u məsələsini qaldırmasına baxmayaraq, Lavrovu

2 sentyabr 2021
.

Prezident siyasi partiyaların ofisləri ilə bağlı göstəriş verdi

Prezident İlham Əliyevin göstərişi ilə doqquz siyasi partiyanın ofisinin yerləşdiyi Azadlıq prospekti, 160B ünvanındakı binanın həyəti Baki Şəhər İcra Hakimiyyəti tərəfindən abadlaşdırılır. Bu barədə -a siyasi partiyalardan məlumat daxil olub. Məlumata görə, qeyd edilən ünvanda aparılan abadlıq işlər

4 sentyabr 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Azərbaycan XİN səssizliyini pozdu: Rusiyaya etiraz edildi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Rusiyanın ticarət sahəsində vahid informasiya sisteminin rəsmi internet səhifəsində ( ) Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların təminatı ilə əlaqədar tender elanı ilə bağlı yerləşdirilmiş məlumatda qondarma "Dağlıq Qarabağ Respublikası"

4 sentyabr 2021
.

Kərim Vəliyev Türkiyədə - Əməkdaşlıq məsələləri müzakirə olunacaq

Azərbaycan Respublikası Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Türkiyə Respublikasında rəsmi səfərdədir. Müdafiə Nazirliyindən -a verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasının hərb

12 sentyabr 2021