Boks çempionunu vurub öldürən Babək Həsənov tərcüməçini də ölümlə təhdid edir - FOTO

Boks çempionunu vurub öldürən Babək Həsənov tərcüməçini də ölümlə təhdid edir - FOTOMəşhur boksçu Serqey Laşenkonun qətlində ittiham olunan Babək Həsənovun cinayət işi üzrə məhkəmə prosesi növbəti dəfə təxirə salınıb. Məhkum noyabrın 16-na kimi istintaq təcridxanasında saxlanılacaq. Bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Sonxeber.az virtualaz-a istinadən xəbər verir ki, zərərçəkmişin qanuni nümayəndəsi Marina Laşenko məhkəməyə bildirib ki, B.Həsənov tərəfindən tərcüməçiyə və ailəsinə təzyiqlər olunduğundan yenə prosesə gəlməyib: "Həsənov tərcüməçini hədələyir. Tərcüməçi də öz həyatı və ailəsinin həyatı üçün ehtiyat edir. Amma bunu açıq şəkildə bildirmək istəmir".

Təqsirləndirilən B.Həsənov isə zərərçəkmişin dediklərini iftira adlandırıb və faktı sübut etməsini tələb edib. Üzünü proses iştirakçılarına tutan B.Həsənov heç vaxt belə bir şey olmadığını bildirib.

Zərərçəkmişin vəkili Yuliya Qavrilyuk da məhkəmə iclasına qatılmayıb. M.Laşenko Həsənov tərəfindən hədələnən vəkilinin vəsatətini məhkəmənin diqqətinə çatdırıb. Vəkil vəsatətində Həsənovun onu və ailəsini hədələdiyini, Ukrayna dilini tərcüməçidən yaxşı bilməsini dediyini, ona qarşı çıxanların üstünə "kislota" atacağı haqda audio yazıların cinayət işinə əlavə olunmasını xahiş edib.

Vəkil vəsatətində anket məlumatlarında B.Həsənovun Beynəlxalq humanitar universitetdə oxuduğu göstərilsə də, özü heç yerdə, hətta Azərbaycanda da oxumadığını bildirib.

Zərərçəkmişin vəkili məhkəmədə iştirak etmədiyinə görə, proses sentyabrın 21-nə kimi təxirə salınıb. Y.Qavrilyukun qaldırdığı vəsatət növbəti məhkəmə iclasında müzakirə olunacaq.

Xatırladaq ki, məşhur boksçu S.Laşenko 8 aprel 2015-ci ildə gecə saatlarında qətlə yetirilib. Cinayəti törətməkdə şübhəli bilinən 24 yaşlı Babək Həsənov istintaqdan qaçıb gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. Rusiya ərazisində saxlanılan B.Həsənov Odessaya ekstradisiya olunub. Ötən ilin fevralında Primorski rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Artıq 9 aydır ki, cinayət işi üzrə məhkəmə baxışı təxirə salınır. Məhkəmə faktiki olaraq işə baxa bilmir. Buna səbəb isə təqsirləndirilən şəxsin daimi tərcüməçisinin olmamasıdır. Yalnız apreldə ittiham tərəfinin şahidləri prosesdə dindirilib. Tərcüməçiyə gəlincə isə, o, sonuncu prosesdə də məhkəmə iclasına qatılmayıb.

Qeyd edək ki, 27 yaşlı S.Laşenko aprelin 8-də Odessanın mərkəzindəki Yəhudi xəstəxanasında güllələnib. Gecə saatlarında xəstəxananın qəbul məntəqəsinə güllə yarası almış üç yaralı gətirilib. Onlara tibbi xidmət göstərilən zaman "razborka"nı xəstəxanada çürütmək istəyən şəxs hamının gözü qarşısında travmatik tapançadan yaralılardan birinə - boksçuya səkkiz dəfə atəş açıb. Laşenko güllə yarasından ölüb. Ona hücum çəkənlər isə qaçıblar.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Kriminal   Baxılıb: 3071   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Ərini kürəklə öldürüb cəsədini yandırdı

Neftçalada ərini öldürüb yandıran Şahzadə Məhərrəmovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. " "a istinadən xəbər verir ki, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim İlkin Abdullayevin icraatına verilib. Qeyd edə

1 sentyabr 2021
.

Abşeronda ər arvadını QƏTLƏ YETİRDİ

Avqustun 24-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində 1995-ci il təvəllüdlü Sultanova Kəmalə Gülmirzə qızının qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Abşeron rayon prokurorluğundan -a verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertini

25 avqust 2021
.

Azərbaycanda qadın qonşusunu bıçaqla öldürdü

Prokurorluq Gəncə şəhərində qadının qətli ilə bağlı məlumat yayıb. Şəhər Prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 31-i saat 17 radələrində Gəncə şəhər sakini, 1963-cü il təvəllüdlü Sücayət Məmmədovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmı

1 sentyabr 2021
.

İmişlidə mübahisə qanlı bitdi: 32 yaşlı kişi bıçaqlandı

İmişli rayonunda bıçaqlanma hadisəsi baş verib. -ın məlumatına görə, hadisə Şahverdili kəndində qeydə alınıb. Belə ki, 1989-cu il təvəllüdlü Hüseynov Səbuhi Sabir oğlu mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin kəsilmiş-deşilmi

5 sentyabr 2021
.

Rusiyada azərbaycanlı qadın keçmiş əri tərəfindən bıçaqlandı - VİDEO

Rusiyanın Orenburq şəhərində 40 yaşlı qadın keçmiş əri tərəfindən bıçaqlı hücuma məruz qalıb. portalı məlumat verir ki, hadisə yaşayış binasının təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb. Videoda orta yaşlarında olan kişinin qadını saçlarından tutaraq yerlə sürüdüyü daha sonra isə əlind

2 sentyabr 2021
.

Bakı sakini döyülərək öldürüldü

Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda

1 sentyabr 2021
.

Azərbaycanda ana, oğlu və qızı bıçaqlandı

Sabirabadda bıçaqlanma hadisəsi baş verib. Report-a istinadən xəbər verir ki, hadisə Kürkəndi kəndində qeydə alınıb. Belə ki, 1986-cı il təvəllüdlü Zərbəliyev İlkin Əlifağa oğlu, anası, 1946-cı il təvəllüdlü Zərbəliyeva Gülzar Nuru qızı və G.Zərbəliyevanın qızı, 1987-ci il təvəllüdlü Tarverdiyeva Hilal

8 sentyabr 2021
.

Meşəlik ərazidə narkotik plantasiyası aşkar edildi - Sahibi saxlanıldı

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin məsuliyyətə cəlb edilmələri istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan -a verilən məlumata görə

28 avqust 2021
.

Türkiyə ordusunun iki hərbçisi şəhid oldu - FOTO

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı türkiyəli hərbçilərə hücuma məruz qalıb. xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb. Hadisə sentyabrın 11-də baş verib. Nəticədə 2 hərbçi şəhid olub, 3-ü yaralanıb. Yaral

11 sentyabr 2021