Azərbaycanın bu kəndlərinə minlərlə turist gəlib – ƏHALİ PUL QAZANIR

Azərbaycanın bu kəndlərinə minlərlə turist gəlib – ƏHALİ PUL QAZANIRAzərbaycanda turizm mövsümündə qərb bölgəsinə, xüsusilə Göygölə üz tutan turistlərin sayı xeyli artıb. Sonxeber.az fed.az-a istinadla xəbər verir ki, bundan rayondakı turizm obyktləri ilə yanaşı, evini turistlərə kirayəyə verən kənd sakinləri də böyük gəlir götürürlər.

"Yaşıl turizm", yəni, kənd turizmi insanlar üçün ucuz başa gəlməsi ilə yanaşı, həm də turistlərə daha çox rahatlıq gətirir.

Göygöl rayonunun yarıdan çox kəndi Göygöl Milli Parkına yaxın ərazidə yerləşir. Yeni Zod, Aşıqlı, Toğanalı, Topalhəsənli, Üçbulaq, Çaykənd, Mixaylovka, Şəhriyar və sair kəndlərdə yay istirahətini keçirənlər çox asanlıqla milli parkın ərazisində yerləşən Göygölə səyahət edə bilirlər.

Ötən il bu kəndlərə 81 min nəfərdən çox turist gəlib ki, onun da 5 min nəfəri əcnəbilər olub.

Rayonda ən çox turist qəbul edən Aşıqlı kəndidir. Kəndin 2340 nəfər əhalisi var, rayon mərkəzindən cəmi 5 kilometr məsafədə yerləşir və hər cür infrastrukturla təmin edilib. Asfalt yol, su, qaz, elektriklə təminat yüksək səviyyədədir. Ərazisində "ADA", "Gilavar", "Kəpəz" və sair istirahət mərkəzləri fəaliyyət göstərir.

Aşıqlı kəndində 400-dən artıq ev var. Hacıkənd və Göygölə gedən yolun üstündə olduğundan turistlər burada qalmağa daha çox üstünlük verirlər. Ona görə də kənd sakinləri hər il mövsümqabağı evlərini təmir etdirir, burada turistlərə şərait yaradırlar.

Yüksək şərait yaradılmış evlərin bir günü 20-30 manat civarında dəyişir.

Keçən il kənddə 2000 nəfərdən artıq turist istirahət edib. Bu il havalar həddindən artıq isti keçdiyindən turistlərin sayı da kəskin artıb.

Aşıqlı kəndinin sakini İkram Məmmədov deyir ki, turistlərin qəbulu üçün evində hər cür şərait yaradıb. 4 otaq tikdirib. Hər il 60-70 nəfər ailəvi turist qəbul edir.

Kənd sakini Lamiyyə Əliyeva da hər il turistlərdən xeyli miqdarda gəlir əldə edir. Həyətində eyni vaxtda 10 nəfərədək turist qəbul etməyə şəraiti var. Burada yaradılan səliqə və sahmanın yüksək səviyyədə olduğundan yay mövsümündə ev boş qalmır.

Aşıqlı kənd nümayəndəliyinə daxil olan Köşkü və Üçbulaq kəndləri də turistləri özünə cəlb edir. Üçbulaq kəndində müalicəvi əhəmiyyəti olan "Nurud" suyu çıxır.

Üçbulaq sakinləri turistlərin istəklərinə uyğun olaraq onlara təbii süd məhsulları, kənd çolpaları təklif edirlər. Yerli və xarici turistlərin maraq göstərdikləri Üçbulaq kəndini Göygöllə cəmi bir dağ ayırır. Sıx meşələrin arası ilə asfalt yolla cəmi 20 dəqiqəyə göllər tacı Göygölə, eləcə də onun ətrafındakı digər göllərə getmək olar.

Göygölə ən yaxın kənd isə Toğanalıdır. Buradan cəmi 5 dəqiqəyə Göygölə çatmaq olar. Odur ki, hər il rayona gələn turistlər bu kəndə daha çox maraq göstərirlər. Son illər burada infrastruktur tamamilə yenilənib. Yaponiya hökumətinin maliyyə dəstəyi ilə 8 kilometr məsafədən içməli su xətti çəkilib. Burada tibb məntəqəsi, poctamt, kitabxana fəaliyyət göstərir. Kəndə yaxın ərazidə "Cənnət məkan", "Ağrı dağı", "Gəncəbasar" və sair istirahət mərkəzləri fəaliyyət göstərsələr də, yerli və xarici turistlər ən çox kənd turizminə üstünlük verirlər. Əvvəla, onlar bunu ona görə istəyirlər ki, evlərdə qalmaq çox ucuz başa gəlir, digər tərəfdən təbii şəraitdə istirahət edirlər.

Toğanalı kəndi hər il 100 nəfərə yaxın xarici turist qəbul edir. Gələnlərin əksəriyyətini almanlar təşkil edir. Onların daha çox maraq göstərmələri vaxtilə ata-babalarının burada yaşamasıdır.

Bu il rayona gələn xarici turistlər arasında Türkiyə, Almaniya, Rusiya, Gürcüstan, İran, Yaponiya, İsveçrə, eləcə də Rumıniyadan çoxluq təşkil edib. Bəzi turistlər buradakı şəraitdən çox razı qaldıqlarına görə gələn il də Göygölə gələcəklərini bildirirlər.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 3354   Tarix: 13 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İki dostun davası - Biri yaralanıb, o biri həbsdədir

İki yeniyetmə oğlan arasındakı mübahisə onlardan birinin bıçaqlanmasına gətirib çıxarıb. "Qafqazinfo"nun məlumatına görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Hazırda işə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. İttiham ondan ibarətdir ki, peşə liseyində təhsil ala

24 aprel
.

Sabah 31° isti olacaq

Aprelin 26-da Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirlib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şər

25 aprel
.

Şuşada keçiriləcək müsabiqənin qalibinə 10 000 dollar veriləcək

Şuşada vokalçıların Bülbül adına IX beynəlxalq müsabiqəsi keçiriləcək. xəbər verir ki, müsabiqə 3-9 iyun tarixində, Şuşa şəhərində baş tutacaq. Müsabiqədə iştirak üçün heç bir ödəniş tələb olunmur. Müsabiqənin mükafatları:. Qran-pri (10 00 dollar ). I mükafat (7 00 dollar). II mükafat (5 00 dollar)

25 aprel
.

Türkiyənin ilk astronavtı Azərbaycana gələcək

Türkiyənin kosmosa səyahət edən ilk astronavtı Alper Gezeravcının Azərbaycana səfəri təşkil olunacaq. report-a istinadən xəbər verir ki, bu barədə Ankarada keçirilən Türk dövlətləri kosmik agentliklərinin üçüncü iclasından sonra Azərbaycan Kosmik Agentliyinin ("Azərkosmos") İdarə Heyətini

24 aprel
.

Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA

Ötən gün intihar edən tanınmış həkim, ölkənin sabiq baş pediatoru Nəsib Quliyevin özünü öldürməsinin səbəbləri haqda sensasiyalı məlumat daxil olub. -a istinadən xəbər verir ki, ötən gün ailə istintaq orqanına dəvət edilib və N.Quliyevin intihar öncəsi yazdığı məktubla ailə üzvləri tanış edilib. İddiay

25 aprel
.

Hansı hallarda uşaqlara peyvənd vurulmur?

"Xroniki bir xəstəliklə yaşamaq uşaqların vəziyyətinin daimi monitorinqini və həkimin tövsiyələrinə riayət etməyi tələb edir". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun pediatr

24 aprel
.

Elmira Süleymanovanın dəfn olunacağı yer BİLİNDİ - YENİLƏNİR

Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanovanın dəfn olunacağı yer bilinib. xəbər verir ki, E.Süleymanova İkinci Fəxri xiyabanda dəfn olunacaq. 14:27. Bu gün vəfat edən Azərbaycanın ilk Ombudsmanı Elmira Süleymanova ilə vida mərasimi keçirilir. xəbər verir ki, mərasim Təzəpir məscidind

25 aprel
.

Tanınmış modeli döyməkdə təqsirləndirilən şəxs yenidən hakim qarşısında

Tanınmış modeli döyməkdə təqsirləndirilən Ziya Hüseynzadənin digər cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib. O, ifadəsi zamanı iş üzrə zərərçəkmi

24 aprel
.

Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? (İDDİA/VİDEO)

Bakı Sağlamlıq Mərkəzində tibbi təhsili olmayan, maşınqayırma texnikumunu bitirən şəxs anju əməliyyatı edir. Qaynarinfo xəbər verir ki, bu iddia ilə Bakı sakini Camal Şabanov çıxış edib. Onun sözlərinə görə, Bakı Sağlamlıq Mərkəzində Hüseyn adlı şəxs onu əməliyyat edib. "Cavan oğlan idi. Ondan soruşdu

24 aprel