Ziya Məmmədovun 100 milyona qurduğu Mərkəzi "söküb yenidən yığırlar"

Ziya Məmmədovun 100 milyona qurduğu Mərkəzi "söküb yenidən yığırlar"Ölkə başçısının 26 oktyabr 2007-ci il tarixli Fərmanı ilə nəqliyyat sahəsində idarəetmə sistemi formalaşdırmaq, nəqliyyat axınının effektiv idarəedilməsini təmin etmək üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) yaradılıb. Təəssüf ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun dövründə qurulmasına 100 milyon manata yaxın vəsait ayrılan və Prezidentin də iştirakı ilə 2011-ci ilin sonunda açılışı olan Mərkəz ona olan etimadı doğrultmur.

NİİM o vaxtkı Nəqliyyat Nazirliyinin nəzdindən çıxarılıb Bakı Nəqliyyat Agentliyinin nəzarətinə veriləndə əksəriyyət sistemin bundan sonra nöqsansız işləyəcəyini düşünürdü. Amma təəssüflə qeyd etməliyik ki, NİİM-in saytı da işləmir, mobil tətbiqeetmə yenilənmir, şəhərdəki tablolar yolun açıq və havanın günəşli olduğunu göstərməkdən başqa heç nəyə yaramır. Məhz sadaladığımız problemlərlə bağlı ilin əvvəlində Bakı Nəqliyyat Agetliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayevlə söhbətləşmişdik. Təxminən ilin sonlarına doğru dəyişən nəsə varmı?

Bütün bunlara aydınlıq gətirməsi üçün yenidən Mais Ağayevə müraciət etdik.

- Mais bəy, böyük vəsait sərf edilərək yaradılan Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi hazırda nə işə yarayır? Paytaxtın nəqliyyat sistemində müşahidə edilən xaosu bu qurumamı borcluyuq?

- Hazırda Mərkəzin təyinatı üzrə fəaliyyət göstərməsi üçün yenidənqurma işləri aparılır. Məqsəd dayanıqlı proqram təminatına əsaslanan bir sistemin qurulmasıdır. Bunun üçün inkişaf etmiş şəhərlərin təcrübəsi öyrənilir. Xüsusən də Türkiyənin İstanbul şəhərində analoji işlərlə məşğul olan qurumlarla sıx əməkdaşlıq edilir. Yaxın vaxtlarda bu işlərə yekun vurulması nəzərdə tutulub. Bundan sonra Bakı şəhəri üzrə svetaforların, parklanma yerlərinin idarə olunması, yollarda nəqliyyat axınının tənzimlənməsi bu mərkəzdən həyata keçiriləcək. Yenilənmə işlərindən sonra NİİM-in imkanlarından istifadə etməklə sərnişindaşımaya aid bəzi vacib məsələlərin də tənzimlənməsi müasir standartlara uyğun həyata keçiriləcək.

- NİİM yaradılarkən, çox böyük ümidlər verildi, xüsusilə pik saatlarda paytaxda müşahidə edilən tıxacın aradan qaldırılacağı bildirildi. Hazırda heç dayanacaqlardakı Avtobus İnformasiya terminallarından belə hansısa məlumat almaq mümkün deyil. Bu baxımdan qurumun adındakı intellektual sözünün ixtisar olunması daha məqsədəuyğun deyilmi?

- Qeyd etdiyiniz problemlərlə razıyıq. Və məqsədimiz onların həll olunmasıdır. Bu gün dayanacaqlardakı Avtobus İnformasiya Terminallarının işləməməsinin əsas səbəblərindən biri də kənar müdaxilələrin olmasıdır. Təəssüf ki, ayrı-ayrı şəxslər və ya qurumlar yollarda hər hansı bir qazıntı işləri apardıqları zaman müvafiq icazələrin alınması məsələnə ciddi yanaşmayıblar. Bu sahədə olan xaotik vəziyyət həmin terminalların və ya svetaforların naqillərinin zədələnməsinə səbəb olub. Bildiyiniz kimi, biz müxtəlif vaxtlarda dayanacaq pavilyonlarının qeyri-qanuni olaraq sökülməsi halları ilə rastlaşmışıq. Bu zaman informasiya terminallarına da ciddi ziyan vurulub. Və əlbəttəki sistemdə olan çatışmazlıqlar nəticədə bu gün hər birimizi narahat edən mənəzərinin yaranmasına səbəb olub.

- Mais bəy, nə vaxt vədlər verməkdən iş görməyə və nəticələr hasil etməyə başlanılacaq? Sərnişinlərin narazılığına nə vaxt son qoyulacaq?

- Bu gün BNA NİİM-in fəaliyyətinin bərpası istiqamətində ciddi iş aparır və yaxın vaxtlarda bunun müsbət nəticələrini hiss edəcəksiz.

Əhaliyə müasir tələblər səviyyəsində sərnişindaşıma xidmətinin göstərilməsinə nail olmaq bizim əsas hədəfimizdir. Bu eyni zamanda dövlət başçısının BNA qarşısında qoyduğu ən vacib tapşırıqdır. Və elə dövlət başçısının birbaşa diqqət və qayğısı ilə hazırda bu istiqamətdə ciddi iş aparılır.

- Xüsusilə sərnişindaşımada gedişhaqlarının qaldırılması vətəndaşların haqlı narazılığına səbəb olub. Qiymət baha, xidmət aşağı. Günün pik saatlarında dayanacaqlarda taksi əlindən tərpənmək mümkün deyil. Metronun "Xalqlar Dostluğu", "Neftçilər", "İnşaatçılar" stansiyalarının çıxışlarındakı dayanacaqlarda insanlar avtobusa minmək üçün sürücü ilə qaçdı-tutdu oynayır. Biz nə vaxt normal sərnişinlər kimi dayanacaqda gözləyib avtobusa minə biləcəyik?

- Artıq vəsait ayrılıb, tender elan edilib. Zəruri olan prosedurlar yekunlaşdıqdan sonra müasir və komfortlu avtobuslar alınaraq şəhərimizə gətiriləcək. Yeni nəqliyyat vasitələri müsabiqə yolu ilə müntəzəm marşrut xətlərində istismara veriləcək. İlkin olaraq 300 ədəd avtobusun alınması nəzərdə tutulub. Amma bu proses davamlı olacaq və bütün avtobus parkı yenilənənədək davam edəcək. Avtobus parkı yeniləndikcə marşrut xətləri üzrə müyyən optimallaşdırma işləri də aparılacaq. Bu çərçivədə ola bilsin yeni xətlər açılacaq, bəzi mövcud xətlər ləğv ediləcək, hansısa birinin sxemində dəyişilik ediləcək. Yeni avtobusların gətirilib xətlərə buraxılması ilə nağdsız ödəniş sisteminə qoşulan xətlərin əhatə dairəsi də genişlənəcək. Bunun özünün də müsbət tərəfləri var. Nəticədə biz dəqiq sərnişin axınını biləcəyik ki, bu məlumatların marşrut xətlərinin optimallaşdırılması baxımından əhəmiyətlidir. (Modern.az)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sosial   Baxılıb: 8091   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Əməkdar məşqçi vəfat etdi

Gəncə boks məktəbinin müəlliflərindən olan əməkdar idman ustası Eldar Həsənov dünyasını dəyişib. "Qafqazinfo" xəbər verir ki, məşqçi 82 yaşında həyatını itirib. Eldar Həsənov SSR-i İdman Ustası, əməkdar məşqçi və bir sıra idman tutumlarına malik olub. Onun tələbləri istər ölkəmizdə, istərsəd

19 aprel
.

Növbəti "Əhməd" olayı: 24 yaşlı oğul ailə üzvlərini öldürdü

Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a bildirilib. Qeyd olunub ki, aprelin 19-da Sumqayıt şəhəri ərazisində iki nəfərin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 200-ci il təvəllüdl

19 aprel
.

Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO

Orta məktəblər üçün olan yeddi dərslikdə məzmun dəyişikliyi edilib. Sentyabrdan həm Azərbaycan, həm də rus bölməsi üzrə bəzi məktəblilər yeddi fənn üzrə tam fərqli kitablar görəcəklər. -ın məlumatına görə, söhbət ikinci sinif həyat bilgisi, beşinci sinif Azərbaycan dili, riyaziyyat, altıncı sinif coğrafiya

19 aprel
.

İsrail İrana zərbə endirdi - VİDEO

İranın İsfahan şəhərindəki hava limanı ərazisində, Hərbi Hava Qüvvələrinin 8-ci bazasının ərazisində üç güclü partlayış səsi eşidilib. İran KİV-in məlumatına görə, hava hücumundan müdafiə qüvvələri İsfahan ərazisində bir neçə dron vurub. ABC telekanalı isə iki ABŞ rəsmisinə istinadən hücumun İsrail ərazisində

19 aprel
.

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlandı + YENİLƏNİB

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb. Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyinin (ABTM) təsisçisi olduğu Bakı Fransız Liseyi Təhsil Kompleksinin (BFL) ləğv olunması haqqında qərar qəbul edib. Qərarın qəbul edilməsində əsas səbəblər 10 illik fəaliyyət

19 aprel
.

"Qərbi azərbaycanlıların Ermənistana, ermənilərin isə Qarabağa qayıdışı" - Zaxarova nədən DANIŞIR? - ŞƏRH

"Ötən əsrin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanı tərk etmiş azərbaycanlıların geri qayıtması üçün böyük həcmdə işlər görülməlidir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib. O cümlədən Rusiya rəsmisi Azərbaycanın Qarabağ regionunu

19 aprel
.

Bakıda gecə intihara cəhd olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən intihara cəhdin qarşısı alınıb . FHN-dən verilən məlumata görə, gecə saatlarında Bakı şəhərinin Nizami rayonu, Qara Qarayev prospektində bir nəfər körpüyə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Bununl

19 aprel
.

Parlament seçkiləri nə vaxt keçiriləcək?

"Parlament seçkiləri sentyabrda keçirilə bilər". Bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli deyib. Qulamhüseyn Əlibəyli bildirib ki, parlament seçkilərinin noyabrda keçirilməsi ümumi tələbdir, amma seçkilərin vaxtı dəyişdirilə də bilər:. "Konstitusiyaya görə, növbədənkəna

19 aprel
.

Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO

Bir neçə gün əvvəl Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Vaqif Tahir oğlu Süleymanovun meyiti tapılıb. "Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabı

19 aprel