"Rusiya qısa müddətdə Ermənistandan gedəcək" - eks-XİN rəhbəri

"Rusiya qısa müddətdə Ermənistandan gedəcək" - eks-XİN rəhbəriSonxeber.az Teleqraf.com-a istinadla sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla müsahibəni təqdim edir:

- Ermənistanın Baş naziri Nikol Paşinyanın Qarabağın Ermənistanın tərkib hissəsi olduğu, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin danışıqlar masasına gətirilməsi barədə iddialarını necə şərh edərdiniz?

- Qondarma Dağlıq Qarabağ Respublikası Azərbaycan ərazilərində işğalı həyata keçirən administrasiyadır. Heç bir legitimliyi olmayan, beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan bir qurumdur. Hamımız başa düşürük ki, qərarlar İrəvanda qəbul olunur və Ermənistan rəhbərliyi 20 il bundan qabaq bunu etiraf edib, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ konfliktinin həlli ilə bağlı məsuliyyəti öz boynuna götürüb və 20 ildir danışıqlarda iştirak edir. Paşinyanın siyasi taktikası bundan ibarətdir ki, camaat meydana yığışanda insanların müsbət rəyini qazanmaq üçün populist bəyanatlar verir və bununla da siyasətini həyata keçirmək məqsədi güdür. Bu isə mümkün deyil. Siyasətin öz reallıqları var. Paşinyanın başqa bir bəyanatına diqqət yetirək. O, 2 ay bundan qabaq müharibə təhlükəsi varkən, Rusiyanın Azərbaycana Ermənistanla müharibəyə imkan verəcəyinə inanmadığı söyləmişdi. Rusiyaya gedəndə münasibətlərin əsas kriteriyası ondan ibarət idi ki, daxili işlərimizə heç kəs qarışmasın. Bir tərəfdən Rusiyadan təhlükəsizliyin təminatını tələb edir, o biri tərəfdən deyir ki, Moskva İrəvanın daxili işlərinə qarışmasın. Belə ziddiyyətlər çoxdur. Bu isə onu göstərir ki, Paşinyan hakimiyyəti ələ keçirib, amma Qarabağ konfliktinin mahiyyətini, vəziyyətin nə yerdə olduğunu axıradək dərk eləmir. Sadəcə olaraq meydanda təkrarladığı şüarları indi də siyasi səhnədə səsləndirir. Bu, ilk növbədə Ermənistanın problemidir. Azərbaycan artıq öz mövqeyini bildirib, məsələnin siyasi yolla həll edilməsinə cəhd göstəririk. Ermənistan tərəfi açıq şəkildə bundan imtina edib beynəlxalq ictimaiyyətə bunu çatdırırsa, hesab edirəm ki, bu cür addımlar Azərbaycanın xeyrinədir. Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in baş katibinə bildirdi ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır və belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.

- Hazırda Ermənistanda daxili vəziyyət xeyli gərginləşib, Ermənistanın sabiq prezidenti Robert Köçəryan aktivləşib və Paşinyanla ciddi mübarizə aparır. Bu iki şəxs arasında qarşıdurma nə ilə nəticələnə bilər?

- Müstəqillik qazanandan sonra Ermənistan siyasəti ölkəni ciddi böhrana məruz qoyub. Ölkədə həm iqtisadi, həm siyasi, həm də demokrafiq və hərbi böhran hökm sürür. Cəmiyyətin içində də çoxdan yaranan və indi kəskin forma alan böhran mövcuddur. İrəvan erməniləri ilə gəlmələr, yəni işğal olunmuş ərazilərdən gələn ermənilər tarix boyu bir-birini tanımayıblar və müxtəlif alçaldıcı adlar qoyublar. Dağlıq Qarabağdan çıxan ermənilər 20 ildir Ermənistanda hakimiyyəti zəbt ediblər və demək olar ki, bütün sərvətləri istismar ediblər. Bu baxımdan bu konflikt çoxdan mövcud idi, indiki mərhələdə daha da kəskinləşib. Paşinyanın siyasi hakimiyyətə gəlməsinin birinci səbəbi ondan ibarətdir ki, İrəvan erməniləri gəlmələrə qarşı öz qəzəb və nifrətini ifadə edərək, onları siyasi səhnədən çıxarmaq istəyirdilər və buna nail oldular. İndi digər cərgə formalaşıb və özlərinə siyasi rəhbər seçiblər, bu da Köçəryandır. Köçəryan və ya digər birisi olsa da, bu böhran davam edəcək. Bu böhranın nəticələrinin nədən ibarət olacağını söyləmək çətindir. Bir şeyi qeyd etmək lazımdır ki, bu böhran və qarşıdurma uzun müddət olacaq və onun Ermənistan üçün təhlükəsi böyükdür. Çünki qarşıdurma Ermənistanı tam uçuruma apara bilər. Ciddi cəbhəyə bölünmə göz qabağındadır. Biz bu prosesləri diqqətlə izləyib məqamında öz xeyrimizə lazımi addımlar atmalıyıq. Elə vaxt seçməliyik ki, ərazi bütövlüyümüz və suverenliyimizin bərpası az itki tələb etsin.

- Hərbi gücün tətbiqini nəzərdə tutursunuz?

- Güc tətbiq olunmasa Ermənistan və erməni elitası reallığa qayıtmayacaq. Bu qüvvələrin ambisiyaları, radikal mövqeləri Rusiyanın onların təhlükəsizliyinə təminat verməsi ilə bağlıdır. Bu istiqamətdə də böhranın ciddi olduğunu görürük. Paşinyanın ziddiyyətli bəyanatları da bunu göstərir. Qısa müddətdə Rusiya Ermənistandan gedəcək. Onlar bəzən Ermənistanı "qulpsuz çemodan" adlandırırlar. Yəni qulpsuz, lazımsız yükdən azad olacaqlar. Siyasi reallıq bunu göstərir.

- Paşinyanın rəsmi Kremllə münasibətlərinin gərginləşməsini nə ilə izah edərdiniz?

- Yenə də Paşinyanın tarixçəsinə qayıtsaq, o hesab edir ki, meydanlarda adət elədiyi populist bəyanatlarını, konsepsiyalarını xarici səfərlərdə də kiməsə çatdırıb təbliğ edə bilər. Bu, bir az sadəlövh yanaşmadır. Çünki Rusiya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nədən ibarət olduğunu bəlkə də Paşinyandan daha yaxşı bilir. Təsəvvür edin ki, təcrübəli siyasətçinin qarşısına təcrübəsiz siyasətçi gəlir və durmadan öz mövqeyini bildirir. Təbii ki, çox qəribə mənzərədir. Kadrlarda da görünür ki, Putin Paşinyanın bu qəribə davranışlarına ona uyğun reaksiya verir. Zəif, balaca ölkənin nümayəndəsinin təhlükəsizlik və digər məsələlər barədə onunla birbaşa bağlı olan ölkənin rəhbərinə təkidlə söylədinin şahidi olduq. Əksinə Paşinyan ayrı mövqe tutmalı idi, bəzi şeyləri soruşub addımlarına münasibətin necə olduğuna nəzər yetirməli idi. Ona görə də Paşinyanın Moskva səfəri uğursuz oldu. Ayrı cür ola da bilməzdi. Paşinyanın siyasi məntiqi bu tezislərdən ibarət idi. Bunlarla Rusiyaya gedib hansısa müsbət nəticə ilə qayıtmaq mümkün olan şey deyildi.

- Növbədənkənar seçkilərdə Ermənistanın baş nazirini hansı nəticə gözləyir?

- Qarabağ klanı ilə qarşıdurmanı nəzərə alsaq, bu, birbaşa siyasi proseslərə də öz təsirini göstərəcək və bu səhnədə toqquşmanın olacağını proqnozlaşdırıram. Konstitusiya dəyişikliklərinə əsasən, effektiv hakimiyyətin olması üçün parlament çoxluğu da şərtdir. Çünki anormal bir vəziyyət yaranıb. Konstitusiyaya görə, baş nazir parlament tərəfindən seçilir, amma parlamentdə onun tərəfdarları azdır. Bu baxımdan absurd vəziyyət var. Bu da onu göstərir ki, Ermənistanın siyasi strukturu və qurumların fəaliyyəti çox süni şəkildədir. Bu da təhlükə zonasıdır. Əminəm ki, Paşinyanın tərəfdarları çoxluğun səsini qazanacaq. Amma bu, heç də o demək deyil ki, Köçəryan öz tərəfdalarını prosesə cəlb edib hansısa addım atmayacaq. Nisbi balans olacaq. İctimaiyyət tərəfindən Paşinyanın dəstəyi çoxdur, amma Qarabağ klanı hüquq-mühafizə orqanlarında, orduda güclü mövqeyə malikdir. Onlar ciddi rəqabət yarada bilərlər. Situasiya onu deməyə əsas verir ki, konflikt uzun müddət davam edəcək.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1888   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ermənistanla sülh müqaviləsi hansı tarixdə imzalanacaq? - AÇIQLAMA

"Biz sülh müqaviləsinin hansı şərtlərlə imzalanacağına fikir verməliyik. Ermənistan tərəfi indi yalnız mümkün qədər çox güzəşt əldə etməyə çalışır. Bütün bunlara görə də təxribatların baş verir. Bu sözləri -a açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlə

18 sentyabr 2021
.

Azərbaycan Qarabağa gedən İran maşınlarını yoxlamağa başladı - FOTO

Azərbaycan Daxili İşlər Nazirliyinin əməkdaşları, ikinci Qarabağ müharibəsində azad edilən Azərbaycan ərazisindən keçən Gorus-Qafan dövlətlərarası yoldan keçən İran dövlət qeydiyyat nişanlı yük maşınlarının sürücülərinin və yüklərinin sənədlərini yoxlamağa başlayıb. xəbər verir ki, bu barədə Ermənista

12 sentyabr 2021
.

Azərbaycan Gorus-Qafan yolunda post qurub - DİN-dən AÇIQLAMA

Azərbaycan polisi Qubadlı rayonunun inzibati ərazisində də nazarət-keçid məntəqəsi quraşdırıb. Bu barədə görüntülər sosial şəbəkədə yayılıb. Bildirilib ki, məntəqə Goruş-Qafan yolunda quraşdırılıb. Məsələ barədə Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. DİN-in Mətbuat Xidmətinin Bərdə regiona

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Ərdoğan: "Azərbaycan və İranla birlikdə UNESCO-ya müraciət etdik"

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan "2021 UNESCO Ahi Evran Anma ili - Ahi Evranın izi ilə sahibkarlarla görüş" proqramına qatılıb. O çıxışı zamanı bildirib ki, atalarımızın miras qoyduğu köklü qurumla fəxr edirik. "Sənədlərimizi Azərbaycan və İranla birlikdə hazırlayıb UNESCO-ya təqd

16 sentyabr 2021
.

Mehriban Əliyeva Xocavənddən paylaşım edib - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocavənd rayonundan paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva özünün instaqram səhifəsində Prezident İlham Əliyevin Xocavənd rayonundakı fotosunu paylaşıb. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-preziden

29 avqust 2021
.

Yeni "Taliban" hökumətində kimlər olacaq? - ARAŞDIRMA

Avqustun 15-də "Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra bütün gözlər yeni hökumətin necə qurulacağına yönəldi. Euronews-a istinadən xəbər verir ki, "Taliban" mənbələrindən əldə edilən məlumata görə, Şeyx əl-Hadis Məvləvi Abdulhakim Sahib Əmir əl-Muminun (Möminləri

4 sentyabr 2021
.

İran Qarabağa yenə qanunsuz yük daşıyır - VİDEO

Cari ilin avqustunda Azərbaycan tərəfi İrana məxsus yük maşınlarının rəsmi Bakının icazəsi olmadan Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasına qanunsuz keçməsi barədə məlumat əldə etmişdi. Belə ki, 11 iyul-8 avqust tarixlərində İrana məxsus 35 maşın ( 4 yük maşını, 31 yanacaq tankeri) 7

11 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021