"Qız kimi hoppanıb düşməyi özümə yaraşdırmıram" - VİDEO
Dava sevmirəm, konflikt adamı deyiləm. Nəinki qrup üzləri ( W-Trio), həmkarlarımla, sinif yoldaşlarımla, dostlarımla çox az konfliktim olub.
Sonxeber.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Elnarə Xəlilova deyib. Sənətçi bir müddət əvvəl əməkdar artist Röya Ayxanla arasında plagiat mahnı iddiaları ətrafında yaranan qalmaqala münasibət bildirib. O, Röyayla düşmən olmadığını qeyd edib:
"Mənə dəstək olan ailəm, həyat yoldaşım var. Hər şeydən əlim üzülsə belə, onlara baxıb sevinirəm. Heç kimlə problemim yoxdur. Kinim, neqativ düşüncələrim də yoxdur. Bugünkü gündə qapıdan içəri girən adama salam verərəm, hal-əhval da tutaram. Heç bir azərbaycanlı mənim düşmənim ola bilməz. Bunu birmənalı şəkildə demişəm. Onlara nə demişəmsə, olanı demişəm. Həyat səhifələrimizə baxanda hər şey göz qabağındadır. Heç nəyi nə artırmamışam, nə də azaltmamışam. Yalan danışmamışam, olanı demişəm, faktları sadalamışam. Burda nə var ki? Boynuma alıram, etiraf edirəm".
Elnarə son klipi olan "Sevgi fəslim"dən də danışıb. Müğənni bildirib ki, əvvəlki Elnarə bir daha qayıtmayacaq:
"Kliplərimdə hər zaman özümü oynamışam. Məndən əvvəlki Elnarəni gözləyirlər. Nə özləri başa düşmürlər, nə də mən başa sala bilmirəm. Əvvəlki Elnarə qayıda bilməz. Fikirlərim dəyişib, formalaşıram, müdrikləşirəm. Yaşımın üstünə yaş gələndə kamilləşirəm. Yetkin bir insana qız kimi ora-bura hoppanıb düşməyi yaraşdırmıram. Mənə nə qədər mahnı mətnləri gəlir. Elə bilirsiz ki, hər mahnını oxuyuram?! Yüz dəfə baxıram, seçirəm. İndi belə şeyləri çox düşünürəm. O vaxtlar nə gəldi oxumuşam".
Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda Paylaş"Bədəninə dərman yüklədilər, dünyasını dəyişdi"
"Mənə başqa yerdən pislik etməyə başlayırlar. İctimai insanam, çırmalayaram qollarımı, başlayaram. Kiməsə pislik etmək istəmirəm". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqramda canlı yayımda deyib. Koronavirusa yoluxan müğənni bir neçə gün əvvə
9 sentyabr 2021"Hər gün yalvarırdım..." - atasını itirən Aygün hər kəsi KÖVRƏLTDİ
Xəbər verdiyimiz kimi ötən gün müğənni Aygün Mahmudovanın atası koronavirusdan dünyasını dəyişib. -a istinadən xəbər verir ki, ağır itki yaşayan Aygün sosial media hesabında atası ilə fotolarını paylaşaraq izləyicilərini kövrəldib:. "Canım sənə qurban, ay ata, hara getdin?!Mən hər şeyimi Allah
8 sentyabr 2021Yaqub Zurufçu və Səyyad Əlizadə peyvənd olunublar - Ailələrindən açıqlama
Xəbər verdiyimiz kimi, əməkdar artist Yaqub Zurufçu koronavirusdan vəfat edib. Digər sənətçi Səyyad Əlizadənin də vəziyyəti ağırdır, suni tənəffüs aparatına qoşulub. Bəs, görəsən iki sənətçi peyvənddən sonra yoluxub?. xəbər verir ki, Y.Zurufçunun xanımı Aynur Zurufçu " "a mərhumun peyvənd olunduğun
15 sentyabr 2021Flora Kərimova küçədə mahnı oxudu – VİDEO
Xalq artisti Flora Kərimova küçədə mahnı oxuyub. Belə ki, xalq artisti küçə ilə gedərkən musiqi səsi eşidib və musiqi səsi gələn tərəfə yönəlib. O, küçədə gitara çalıb mahnı oxuyan gənclərlə birgə duet oxuyub. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb. Həmin görüntüləri təqdim edirik:
8 sentyabr 2021"Canımı yandırdın" məşhur xanəndə ölən atası haqqında - FOTO
Xəbər verdiyimiz kimi tanınmış xanəndə Tahir Nəbiyev dünyasını dəyişib. -a istinadən xəbər verir ki, xanəndənin qızı Kamilə Nəbiyeva sosial media hesabında atası haqqında paylaşım eib. O, "İnstagram" hesabında atasının fotosunu paylaşaraq: "Canımın içi, canımı yandırdın.Sənsiz mən bu dünyan
3 sentyabr 2021Məhəbbət Kazımovun vəsiyyəti: Oğlu nə qərar verəcək?
"Məhəbbət Kazımovun qəbri Xırdalan qəbiristanlığında qalsa, daha məqsədəuyğun olar". Bunu Qaynarinfo-ya açıqamasında mərhum sənətkar, əməkdar artist Məhəbbət Kazımovun oğlu Rəşid Kazımov deyib. Rəşid Kazımov mərhum sənətkarın Laçında dəfn olunması ilə bağlı vəsiyyət etdiyini deyib:. "Atamı
3 sentyabr 2021Səməd Səmədovun məzar daşı niyə qoyulmayıb? - VİDEO
Bu gün Xalq artisti Səməd Səmədovun dünyasını dəyişməsindən 40 gün ötür. Axşam.az xəbər verir ki, müğənni Xatun Əliyeva mərhumun məzarını ziyarət edərək, görüntü paylaşıb. Diqqət çəkən məqam isə S.Səmədovun məzar daşının hələ də düzəldilməməsi olub. X.Əliyevanın prodüseri Pənah Eldar Axşam.az-a açıqlamasınd
2 sentyabr 2021