İdlibdə "böyük müharibə" gözlənilir – ŞƏRH

İdlibdə "böyük müharibə" gözlənilir – ŞƏRHBu dəfə Rusiya Bəşər Əsəd ordusunun mövqelərinə kimyəvi silahdan istifadə etdiyi üçün zərbələr endirməyə hazırlaşan amerikalıları qabaqladı.

Bu fikirləri Oxu.az-a açıqlamasında azərbaycanlı politoloq Tofiq Abbasov deyib.

Onun sözlərinə görə, İdlibə zərbələr endirilməsi qaçılmaz olacaq.

"Terrorçuların sonuncu istinadgahı Rusiya, İran və şiə müxaliflərin iştirakı ilə Əsəd ordusu tərəfindən zərbələrə məruz qalacaq və Suriyanın vacib bölgəsi cihadçılardan təmizlənəcək. Hazırda İdlibdə müxtəlif qruplaşmalara məxsus 100 min silahlı var", - müsahibimiz bildirib.

Abbasov əlavə edib ki, zərbə endiriləcək qrupa "Ən-Nusra Cəbhəsi"nin 40 minə yaxın döyüşçüsü daxildir.

"Onlar barışmazdır və sona qədər döyüşəcəklər. Bu bölgədə zəif müxalifət faktiki olaraq yoxdur. Onlar ya dağılıb, ya da təslim olublar", - o deyib.

Politoloq əlavə edib ki, indiyədək döyüşənlər kamikadzedilər.

"Gözləmək olar ki, yaxın vaxtlarda cihadçıların mövqelərinə hücum ediləcək. Hadisələrin necə olmasına baxmayaraq, Astana formatı faktiki olaraq köhnəlir və Türkiyə siyasi kursunu müttəfiqləri Rusiya və İrana uyğun davam etdirir", - Abbasov əlavə edib.

ABŞ-la bağlı danışan müsahibimiz qeyd edib ki, ABŞ istənilən vaxt Əsəd və müttəfiqlərinə qarşı hərbi gücdən istifadə edə bilər.

"Hücumlar zamanı amerikalılarla Suriya müharibəsindəki rəqibləri arasında toqquşmalar istisna deyil. Əgər amerikalılar rusiyalıların yerləşdiyi deskalasiya zonasına zərbə endirsə, Rusiya bunu Vaşinqtonun çağırışı kimi qiymətləndirə bilər. Bir məsələ şübhəsizdir ki, İdlib və ətrafında yaxın vaxtlarda vəziyyət çox isti olacaq", - Abbasov deyib.


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Siyasət   Baxılıb: 1399   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Zakir Həsənov Ərdoğanla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənovu və Müdafiə nazirinin müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevi qəbul edib. "Qafqazinfo" xəbər verir ki, qəbulda Türkiyənin Milli Müdafiə naziri Hulus

14 sentyabr 2021
.

"15 qəpiklə heç kim kasıblamaz" - Deputatdan bahalaşmaya reaksiya

"Hazırda ölkə iqtisadi cəhətdən ciddi bir dövrünü yaşayır. Həm COVID-19 pandemiyası, həm də Vətən müharibəsi ilə əlaqədar olaraq xərclərimiz çoxdur. Həmçinin dövlət son illər hərbiyə də olduqca çox vəsait ayırır. Doğrudur, Azərbaycan kifayət qədər iqtisadi gücə malikdir, amma bizim ABŞ-da olduğ

15 sentyabr 2021
.

Paşinyanın arvadı haqda sensasion məlumat yayıldı

Erməni mənbələri xəbər verir ki, 44 günlük müharibənin ilk günlərində Nikol Paşinyanın xanımı Anna Akopyan Rusiyanın əleyhinə sərt fikirlər səsləndirib. Baş nazirin xanımı bildirib ki, "əsrlər boyu özünü bizə müttəfiq kimi sırıyan Rusiya əslində heç də bizim müttəfiq və tərəfdaşımız deyil"

9 sentyabr 2021
.

XİN-dən ABŞ-ın Ermənistandakı səfirinə CAVAB

"ABŞ səfirinin belə bir açıqlama ilə çıxış etməsi qəbuledilməzdir. Münaqişə keçmişdə qalıb, Azərbaycan ərazi bütövlüyünü təmin edib və Prezidentin 7 iyul 2021-ci il tarixli Sərəncamı ilə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları yaradılıb. Bu ərazilər Azərbaycanın tərkib hissəsidir və hər hans

11 sentyabr 2021
.

Laçın təlimləri anti-terror əməliyyatlarının başlanğıcıdır? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, ötən gün Laçın rayonunda Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb. Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsə

7 sentyabr 2021
.

Türkiyə səfirindən Bakının azad olunması ilə bağlı PAYLAŞIM

Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Cahid Bağcı Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin ildönümü ilə bağlı paylaşım edib. "Bu gün Bakının bolşevik və erməni quldur dəstələrinin işğalından azad edilməsinin 103-cü ildönümüdür. B

15 sentyabr 2021
.

"Üç Qardaş - 2021" təliminin əhəmiyyəti ilə bağlı türkiyəli generaldan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Bakıda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Pakistanın xüsusi təyinatlı qüvvələrinin "Üç Qardaş - 2021" birgə beynəlxalq təlimi keçiriləcək. Birgə təlimin əsas məqsədi döyüş əməliyyatlarının aparılması zamanı dost və tərəfdaş ölkələrin xüsusi təyinatlı bölmələrini

13 sentyabr 2021
.

Fəxrəddin Altun: "Dezinformasiyaya qarşı ümumi mübarizədə strateji proses aparılmalıdır"

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun "Həqiqət Sonrası Bir Dövrdə Milli Təhlükəsizlik Təhdidi Olaraq Dezinformasiya və Manipulyasiya Siyasəti" adlı məqaləsində "Dezinformasiyaya qarşı ümumi mübarizədə qısa, orta və uzunmüddətli stratej

11 sentyabr 2021
.

Azərbaycan və Türkiyə birgə hərbi layihəyə start verib

Azərbaycan Ordusuna dəstək məqsədilə Ermənistan işğalından azad edilən bölgələrdə mina axtarışı və zərərsizləşdirilməsi fəaliyyətləri davam edir. xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında bildirilib. Qurum rəsmisinin sözlərinə görə, ölkənin Silahlı Qüvvələr

5 sentyabr 2021