Şirin və cır narın müalicəvi təsiri

Şirin və cır narın müalicəvi təsiriNar min bir dərdin dərmanı sayılır. Onun müalicəvi xassələri hələ eramızdan əvvəl assuriyalılara, misirlilərə, yunanlara və romalılara məlum idi. Son araşdırmalar narın zəngin tərkibi olduğunu təsdiqləyir. Özündə kalium, dəmir, kalsium, fosfor, minerallar, C, B1, B2 vitaminləri ehtiva edən narın şirəsindən ürək ağrıları zamanı və öskürək əleyhinə dərman kimi istifadə olunur. Qabıq və çiçəklərinin dəmləməsi boğaz ağrıları zamanı qarqara kimi tətbiq edilir. Bu məhlul diş əti iltihabı zamanı da əvəzsiz vasitədir.

Nar qızdırmanı və yorğunluğu aradan qaldırır, bədənə enerji verir, ürəyi, mədəni və diş ətini qüvvətləndirir. Mədə iltihabı və ağız yarası üçün faydalıdır. İmmun sistemi gücləndirir, xərçəng xəstəliyindən qoruyur, təzyiqi aşağı salır, damar sərtliyinin qarşısını alır. Həmin xüsusiyyətlərinə görə nar, ürək-damar xəstəliklərinə qarşı ən yaxşı qoruyucu vasitə hesab olunur. Narın qabıqlarından hazırlanan dəmləmə ishalı kəsir, bağırsaq qurdlarını tökür, dənələrini örtən pərdə isə həzmi asanlaşdırır.

Tərkibi antioksidantlar və virus əleyhinə bakteriyalarla zəngin olan nar meyvəsi zökəm xəstəliyində yaxşı təsir göstərir. Gün ərzində bir stəkan nar suyu içmək gün boyu gümrahlıq hissi yaradır.

Şirin nar mədənin fəaliyyətini genişləndirir, yanma hissini aradan qaldırır. Böyrək və qaraciyərində problemi olanlara nar şirəsi içmək xeyirlidir. Şəkər xəstələrinə isə cır nar şirəsini içmək məsləhət görülür.

Cır nardan hazırlanan narşərab həzm prosesinə kömək edir və sinqa xəstəliyinin müalicəsində yaxşı səmərə verir. (azərtac)


Sonxeber.az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1541   Tarix: 14 sentyabr 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Xərçəngdən qoruyan, damarları möhkəmləndirən QIRMIZI ÇAY

Karkade çayı çox faydalı və müalicəvi içkidir. Çayın qeyri-adi tünd qırmızı rənginə görə onu tez-tez "qırmızı çay" adlandırırlar. Çay qibiskus gülündən hazırlanır. Bu səbəbdən ona "çay" demək düzgün deyil, du daha doğrusu bitki dəmləməsidir. Əməköməci nəslindən olan qibiskusu həmçini

14 sentyabr 2021
.

Yatmazdan 1 saat əvvəl süd için

Çoxları rahat yata bilməməkdən, yuxusuzluqdan, gecələr tez-tez oyanmaqdan şikayət edir. Yuxu pozuntusunu yaradan səbəblər arasında qidalanma birinci yerdədir. Belə ki, gün ərzində yediklərimiz yuxu rejimini tənzimləyir. Axşam.az-a istinadən xəbər verir ki, insan sağlamlığı üçün yuxu ən önəmli faktordur

15 sentyabr 2021
.

Beyin üçün zərərli qidalar açıqlandı

Düzgün qidalanmamaq beyində iltihabı proseslərə, yaddaş pozulmasına və digər əqli problemlərə gətirib çıxara bilər. Buna yol verməmək üçün, ilk növbədə şəkər tərkibli məhsulların istifadəsini azaltmaq vacibdir. Lakin şəkərdən imtina etmək də olmaz. Belə ki, bu, əqli imkanların zəifləməsi və hətta qısamüddətl

17 sentyabr 2021
.

Koronavirusun simptomları dəyişdi

Böyük Britaniyadan verilən son hesabata əsasən, peyvənd edilən insanlarda koronavirusun fərqli simptomları onların dəyişdiyini göstərir. Burun axması, baş ağrısı, asqırma, boğaz ağrısı və qoxu itkisi son dövrün ən çox görülən 5 simptomu arasındadır və mütəxəssislər bu simptomları olan insanların peyvən

14 sentyabr 2021
.

Pis əhvalın koronavirusla əlaqəsi açıqlandı

Pis əhval-ruhiyyə səbəbindən COVID-19-a yoluxmaq mümkündür. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionist Svetlana Malinovskaya koronavirusun gözlənilməz səbəbləri barədə danışarkən bildirib. Həkimin sözlərinə görə, insanın psixoloji vəziyyətinin immun sistemə böyük təsiri var. "Qorxu

14 sentyabr 2021
.

Son sutkada peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus əleyhinə 52 386 vaksin vurulub. Bu barədə -a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 108, ikinci mərhələ üzrə 34 278 nəfərdir. Vaksinlərin ümumi sayı 7 609 940, birinci mərhələ üzrə vaksinasiy

12 sentyabr 2021
.

Ağıl dişi problemi - Kökündən çıxartmaq, yoxsa müalicə?

Stomatoloqların baş bəlası olan "Ağıl dişi" mövzusu hələ də mübahisəlidir:çünki bir çoxları onları lazımsız artıq bilib çəkdirməyi, digərləri isə saxlamağı vacib sayır. dişlərin içində ən çətini olan müdriklik dişləri haqqında pasiyentləri maraqlandıracaq 3 əsas məsələyə aydınlıq gətirir. Müdrikli

17 sentyabr 2021
.

Zəncəfil və sarıkökün bilinməyən zərərləri

Mütəxəssislər xüsusən də qış aylarında mikrob və viruslardan qorunmaq üçün daha çox çay dəmlənmələrində istifadə edilən zəncəfil və xörəklərə xüsusi təam verən sarıkökün zərərlərindən danışıblar. -ın Sputnik Azərbaycan-a istinadən xəbərinə görə, bu haqda ürək-damar cərrahları xəstələrə xəbərdarlıq edib

14 sentyabr 2021
.

Yuxusuzluq bu ağır pozulmaların riskini artırır

European Journal of Preventive Cardiology jurnalında dərc olunmuş araşdırmada göstərilib ki, yuxusuzluq ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, infarkt və insultun riskini xeyli artırır. Yuxusuzluq metabolik proseslərə və endokrin sisteminin fəaliyyətinə təsir edir, simpatik sinir sistemini aktivləşdirir

15 sentyabr 2021